"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                     Milli Məclisin Hesablayıcı komissiyasının .....                     Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib .....                     Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... .....                     Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır .....                     Dəhlizlə bağlı Bakının son tələbi .....                     Xatirə İslamın kommunal borcu şok etdi .....                     Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: .....                     Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib .....                     Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” .....                     2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? .....                     60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? .....                     "Nikol Paşinyana olan ictimai etimad... .....                     “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır .....                     Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ .....                     “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ .....                     Günün fotosu: MALƏSƏF... .....                     Paşinyan Zənğəzur dəhlizini açır .....                     “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin .....                     Erməni cəmiyyəti aşınıb .....                     "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" .....                     Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru .....                     Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik .....                     Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib .....                     Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib .....                     Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? .....                     “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək .....                     Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək .....                     Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... .....                     Pezeşkianı Bakıya niyə buraxmırlar? .....                 

Şimali İraqda baş verənlərə Bakı necə reaksiya verməlidir? - Milli Məclisdə müzakirə açılacaq
Tarix: 28-09-2017, 12:10 | Çap et
Şimali İraqda baş verənlərə Bakı necə reaksiya verməlidir?
Şimali İraqdakı Kürd Muxtar Vilayətində keçirilən müstəqillik referendumu bütün dünyanın diqqət mərkəzindədir. Referenduma görə, hələ muxtariyyətin liderini heç bir dövlət təbrik etməyib. Etirazlar, narahatlıq dolu bəyanatlar isə hər gün gəlməkdədir.

Yaranmış durumu şərh edən Politoloq Qabil Hüseynli isə bildirdi ki, müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər. Bu dövlətin Rusiya olacağı istisna deyil. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür: “Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında sentyabrın 28-də çox aktual bir görüş gözlənilir. Çünki Yaxın Şərqdə ABŞ, İsrail və başqa bir sıra bu kimi dövlətlər var ki, sərhədləri yenidən biçmək fikrinə düşüblər. Hazırda ən təhlükəlisi kürd dövlətinin yaradılmasından ibarət ideyadır. Düşünürəm ki, Kürd Muxtariyyətinin lideri Bərzaninin referendum keçirməsi ona verilən gizli dəstəklə bağlıdır. İndi bölgə dövlətləri yeni bir davakar dövlətin yaranmasının, həmçinin, İraqın tarixi sərhədlərinin pozulmasının qarşısını almaq üçün bir araya gəliblər. Söhbət İran, İraq və Türkiyədən gedir ki, artıq buraya Rusiyanın da daxil ola biləcəyini söyləmək mümkündür. Çünki Rusiya İraqın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyib. Türkiyə, İraq və İran arasında ciddi razılaşma əldə edilib. Rusiyanın da bu razılaşmaya qatılması, xüsusilə dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İraqın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi, Suriya daxil olmaqla, Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə dördüncü dövlətin daxil ola biləcəyindən xəbər verir. Söhbət prinsipcə mərkəzi qüvvələr nisbətinin yaranmasından gedir. Bir tərəfdə Amerika, İsrail və onların tərəfində olan əsasən Qərb dövlətləridir, digər tərəfdə isə Türkiyə, İran, İraq və Rusiya. Zənnimcə, Rusiyanın bu proseslərə müdaxilə etməsi işləri daha da canlandıracaq və İraqın ərazi bütövlüyünü bərqərar etmək mümkün olacaq. Hətta referenduma gedən şəxslər Bərzani başda olmaqla başa düşməlidir ki, onlar əllərində olan torpaqlardan da məhrum ediləcəklər və Səddam Hüseyndən sonrakı xaosdan istifadə edərək yaratdıqları muxtar qurumu itirəcəklər. Bölgədə kürdlərin süni şəkildə işğal etdikləri Kərkük və digər İraq torpaqlarının hamısı öz çərçivəsində qaydaya salınacaq. Kürd mahalına sonradan gəlmiş, xüsusilə PKK ilə bağlantıları olan müxtəlif qüvvələrin də ölkə ərazisindən çıxarılması prosesinə başlanacaq. Bu proses İraqın ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, bu ərazilərdə məskən salmış separatçı qüvvələrin də axırına çıxacaq və bölgədə əvvəlkinə nisbətən xeyli sabit proseslər hökm sürəcək”.

Deputat Fazil Mustafa isə bildirdi ki, Şimali İraqda keçirilən referenduma Azərbaycanın Milli Məclisi və digər müvafiq rəsmi orqanları da münasibət bildirməlidir. Çünki bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: “Bu gün Milli Məclisin İnsan Haqları Komitəsinin iclasında mən bu məsələ ilə bağlı fikirlərimi bildirdim və Milli Məclisin məsələyə münasibət bildirməsinin lazım olduğunu dedim. Çünki bu hadisə təkcə Kürdüstanın müstəqilliyi məsələsi deyil, bu Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik. Keçirilən referenduma dövlət səviyyəsində rəsmi münasibət bildirilməlidir. Biz Türkiyə ilə eyni mövqeyi ifadə eləməliyik. Bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xüsusən də Qarabağ məsələsinə təsirləri ola bilər. Bu, elə-belə məsələ deyil, çox ciddi məsələdir. Biz buna qarşı öz mövqeyimizi ifadə eləməliyik. Diqqət edirsinizsə, o referendumun təsiri altında artıq Azərbaycanın vətəndaşları sırasından Azərbaycan bayrağını yandıra biləcəyi barədə bəyanat verən oldu. Özü də bu şəxs Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş birisidir. Laçın rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Tanirverdiyev bəyan edib ki, məni işdən müstəqil Kürdüstanı müdafiə etdiyimə görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam. Bu, artıq bizim dövlət üçün gözlənilən təhlükə simptomlarından biridir. Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?
Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.

Deputat Vahid Əhmədov isə musavat.com-a bildirib ki, bu hadisələrdən ən çox əziyyət çəkən dövlət əlbəttə, Türkiyə olacaq. Ümumiyyətlə, bölgə üçün çox dəhşətli, qəbuledilməz bir məsələdir. Bu, bölgədə gərginliyi artıracaq. Həm Türkiyə, həm İran, həm İraqın özü məsələ ilə bağlı çox ciddi addımlar ata bilərlər. Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir: “Bizim də Qarabağ problemimiz var. Biz onsuz da separatizmdən əziyyət çəkirik. Ona görə də bu referendum bizim üçün qəbuledilməzdir. İkincisi də Türkiyə bizim üçün ən önəmli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır. İstənilən muxtar vilayətlərin özlərini dövlət elan etməsi yolverilməzdir. Ümumi siyasi vəziyyətə baxmaq lazımdır. Həmçinin orada türkmənlər var, onların vəziyyəti necə olacaq? Onlar ümumiyyətlə, bu vəziyyətlə heç vaxt barışmayacaqlar və “kürd dövləti” ideyasını qəbul etməyəcəklər, necə ki, biz razılaşmırıq. Ola bilər ki, Azərbaycanda müəyyən qruplar dəstəkləsin. Amma biz dövlət olaraq bu referendum dəstəkləməməliyik və mən millət vəkili olaraq bunu heç vaxt qəbul etmərəm. Milli Məclisin payız sessiyasının ilk iclasında da digər vacib məsələlər kimi, bu məsələyə də münasibət bildiriləcəyini istisna etmirəm”.

VİP sədri Əli Əliyev isə bildirdi ki, İraq kürd muxtariyyatının yaradılması ilə bağlı keçirilən səsvermə həm də qədim Azərbaycan ərazilərinin üzərində Kürd dövlətinin qurulması təşəbbüsüdür: “Kərkük və Mosul Azərbaycan coğrafiyasının bir parçası, tarixi Vətənimizdir. Qərbin böyük layihəsi olan Ərbil projesi bölgə üçün ciddi problemlər yarada biləcək. Anti-türk siyasətinin müəllifləri bu referendum vasitəsilə Türkiyəni, İranı, xüsusilə də Azərbaycanı təhdid edəcək bir iş başladıblar. Bizdən fərqli olaraq Türkiyə və İran güclü haldadırlar. Onlar həm PKK, həm də PEJAK-a layiqli cavab verə bilirlər. Azərbaycan ərazilərinə iddialarının da olmasına baxmayaraq, rəsmi Bakı hələ susqunluq nümayiş etdirir. Artıq dövlət qurumlarında çalışanların ilkin reaksiyaları gəlməkdədir. Açıq şəkildə dövlətimizi təhdid edən aksiyaya rəsmi qurumlarda çalışan bəzi şəxslər açıq dəstək nümayiş etdirirlər. İndi gör gizlində nə qədər sevinən, Öcalanın sağlığına badə qaldıranlar var məmləkətdə”.
Partiya sədrinin sözlərinə görə, Ərbil referendumunun bir təhlükəli tərəfi də Qarabağ üçün presedent yaratmaqdır: “Yaddan çıxarmaq olmaz ki, bizə sırınan Madrid prinsipləri Ərbilsayağı referendumu nəzərdə tutur. Bu prinsiplər 5 rayon müqabilində Dağlıq Qarabaq+Kəlbəcər+Laçının birdəfəlik ermənilərə müstəqilliklə birlikdə verilməsini nəzərdə tutur. Belə referendumdan sonra Dağlıq Qarabağa beynəlxalq hərbi kontingent zəmanət verəcək və Azərbaycan silahlı qüvvələrinin orada əməliyyat aparması qeyri mümkün olacaq. Bərzaninin keçirdiyi referendumun bu mənfi potensialı da bizim üçün təhlükə mənbəyidir. Hələ tarixi ərazilərimizdən savayı, bugünkü torpaqlarımızda da kürd dövlətinin uzantılarının nəzərdə tutulması öz yerində. Ərbil referendumuna qarşı Azərbaycan rəsmi səviyyədə cavab verməli, Türkiyə-İran koalisiyasında yer almalıdır. Tarixi məsuliyyətin qırmızı xətti bu nöqtədədir”.

YAP-çə deputat Aydın Mirzəzadə isə modern.az deyib ki, İrqada kürdlərin yığcam yaşadığı ərazidə birtərəfli referendumun keçirilməsi çox təhlükəli bir tendensiyadır: “Artıq indidən İraq Kürdüstanı kürdlərin kompakt yaşadığı İraq, İran və Türkiyə ərazisinə iddia edir. Həmçinin, yeni müstəqil dövlət yaratmaqla regionda gərgin olan vəziyyəti daha da gərginləşdirir. Kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur. Onların dəniz çıxışı yoxdur, bölgənin ərzaq idxalı qonşu dövlətlərdən asılıdır, bölgədə olan neft resursları dünya bazarına Türkiyə və İraq vasitəsilə çıxarılır. Hesab edirəm ki, bunu nəzərə alaraq, belə bir referendumun keçirilməsi regiondakı vəziyyəti daha da gərginləşdirir. Artıq hər üç dövlət regiona qarşı sanksiyaların elan edilməsi barəsində razılığa gəliblər. Hesab edirəm ki, ayrı-ayrı xalqların kompakt yaşadığı ərazilərin müstəqil dövlətindənsə, geniş muxtariyyətə malik olması daha məqbuldur. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirik ki, birtərəfli qaydada müstəqillik referendumunun keçirilməsi qəbuledilməzdir”
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29
60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26
"Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02
“Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59
Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56
“Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54
Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52
Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50
“Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47
Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44
"Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42
Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40
Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37
Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30
Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28
“Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25
Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23
Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19
Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17
Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13
Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru