34 rayonun icra başçısı üçün ÇƏTİN DÖNƏM - Onlar özlərini doğrultmasalar...
Tarix: 6-11-2017, 10:38 | Çap et
İqtisadi böhran dərinləşdikcə hökumət dövlət büdcəsindən maliyyə alanların xərclərini azaldır. Bu azalma 2018-ci ildən etibarən bəzi rayonların icra hakimiyyətlərinə ayrılan vəsaitlərin məbləğində özünü göstərəcək. Belə ki, gələn ilin büdcə layihəsində xeyli sayda icra hakimiyyətinin xərcləri azaldılıb, bəzilərinə isə vəsait ayrılması dayandırılıb.
Büdcə layihəsinə görə, rayon və şəhərlər mərkəzi büdcəyə 7 milyard 145,3 milyon manat ödəyəcəklər. Bu, 2017-ci illə müqayisədə 663,6 milyon manat və ya təqribən 10 faiz artıqdır.
Rayon və şəhərlərdən mərkəzi büdcəyə ödəniləcək məbləğin 6 milyard 985,1 milyon manatı Bakının, 160 milyon manatdan bir qədər artıq hissə isə digər rayonların payına düşür.
Mərkəzləşmiş büdcədən rayonlara 2018-ci ildə 73,4 milyon manat ödəniləcək ki, bu, 2017-ci illə müqayisədə təqribən 5 milyon manat artıqdır.
Azərbaycanda elə rayon və şəhərlər var ki, onların yerli gəlirləri həmin rayonların saxlanması üçün tələb olunan xərclərdən artıq olduğuna görə, əlavə məbləğ mərkəzi büdcəyə köçürülür. Bəzi rayonların gəlirləri isə özlərini dolandırmağa kifayət etmədiyi üçün mərkəzi büdcədən onlara lotasiya ödənilir.
2018-ci ilin proqnozlarına görə, ölkədə Xankəndini çıxmaqla, 65 rayon və şəhərdən 34-ü mərkəzi büdcədən pul almayacaq. Bu elə 2017-ci ildə olduğu kimidir. Bu rayonlardan bəziləri bütün gəlirlərini özlərinə xərcləyəcək, ya da artıq məbləği mərkəzi büdcəyə keçirəcəklər.
31 rayon və şəhər isə hələ də mərkəzi büdcəyə möhtacdır. Yəni, onların gəlirləri xərclərini ödəmir. 2018-ci ildə bu rayonların siyahısı dəyişməsə də, onların mərkəzi büdcəyə ödəyəcəyi və ya büdcədən alacaqları məbləğlər dəyişib.
Bəzi rayonlar özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ödəyəcəklər. Belə rayonların sayı 28-dir. Ötən illə müqayisədə belə rayonların sayı azalıb. Əgər 2017-ci ildə Bərdə, Göyçay, Neftçala və Salyan da öz gəlirlərindən mərkəzi büdcəyə pul ödəyirdirsə, artıq bu il onların bu öhdəliyi olmayacaq. İsmayıllı, Qusar, Şabran rayonları isə 2018-ci ildən başlayaraq özlərini dolandırmaqla yanaşı, mərkəzi büdcəyə də pul ayıracaqlar. İsmayıllı 909 min manat, Qusar 198 min manat, Şabran isə mərkəzi büdcəyə 137 min manat ödəyəcək.
Bundan başqa, yeni büdcə layihəsində bəzi rayon və şəhərlərin mərkəzi büdcəyə ödənişləri kəskin artırılıb. Belə ki, əgər 2017-ci ildə Mingəçevir mərkəzi büdcəyə 1,7 milyon manat ödəməli idisə, 2018-ci ildə bu məbləğ 5 dəfədən də çox artaraq təqribən 9 milyon manata çatıb. Yevlaxın büdcə yükü isə təqribən 2 dəfə artaraq 8,5 milyon manata yüksəlib.
Ən böyük artım Astarada baş verib. Layihəyə görə, Astara rayonu gələn il mərkəzi büdcəyə 2 milyon 357 min manat ödəməlidir. Bu isə 2017-ci illə müqayisədə 13,5 dəfə artıqdır.
Şamaxı və Qazaxın da büdcə öhdəlikləri təqribən 2 dəfə artırılaraq müvafiq olaraq 437 min manat, 339 min manat və 454 min manata çatdırılıb. Turistlərin Qəbələyə axını da büdcə müəlliflərinin nəzərindən qaçmayıb, nəticədə bu rayonun büdcə yükü 1,6 milyon manat artırılaraq 8 milyon manatı keçib.
Bakını nəzərə almasaq, mərkəzi büdcəyə ən çox pul ödəyən şəhər Sumqayıt (42,5 milyon manat), Abşeron rayonu (22,9 milyon manat), İmişli (14,8 milyon manat), Gəncə (12 milyon manat), Mingəçevir (9 milyon manat), Yevlax (8,5 milyon manat), Şirvan (8,3 milyon manat), Qəbələ (8 milyan manat) və Quba (5 milyon manat) rayonlarıdır.
Mərkəzi büdcədən ən çox pul alan rayonların siyahısına Ağdam başçılıq edir – 5,3 milyon manat. Sonrakı yerdə Gədəbəy və Qax (4,1 milyon manat), Laçın (3,8 milyon manat) və Şəmkir rayonlarıdır.
2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, mərkəzi büdcədən dotasiya alan demək olar ki, bütün rayonların payı artırılıb. Əvəzində, 4 rayonun xərclərinin azaldılması nəzərdə tutulub. Bunlar Cəbrayıl (1 371 min manat, ötən il isə 1 548 min idi), Kəlbəcər (2 219 min manat, ötən il isə 2 560 min manat idi), Şuşa (950 min manat, ötən il isə 1 011 min manat idi) və Zəngilandır (303 min manat, ötən il isə 334 min manat idi).
Maraqlıdır, büdcəsi azaldılan, yaxud pulu kəsiləcək rayonların aqibəti necə olacaq? Bu və ya digər suallarımızı cavablandıran ekspertlər fərqli fikirdədir.
Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev Reyting.az-a deyib ki, Azərbaycan iqtisadiyyatında regional disproporsiyaların mövcud olduğu, regionlarda mənfəət gətirən istehsal müəssisələrinin sayını az olduğu indiki şəraitdə yerli icra hakimiyyətlərinin fəaliyyətinin təmin edilməsi üçün onlara büdcədən dotasiyaların verilməsi məcburi addımdır. Onun sözlərinə görə, bu, yerli icra hakimiyyətlərinin ələbaxımlılığına gətirib çıxaran amildir: “Ona görə də icra hakimiyyətlərinə büdcədən pul ayrılmasının məhdudlaşdırılmasını doğru addım hesab edirəm. Ancaq bu addımın atılmasına differensial yanaşmaq lazımdır. Eyni zamanda hesab edirəm ki, bəzi icra hakimiyyətlərinə büdcədən pul ayrılmasının dayandırılması onları regionlarda sahibkarlığın inkişafına yardımçı olmağa vadar edəcəkdir”.
Bəs görəsən, icra başçıları qeyd olunanları həyata keçirə biləcəklərmi? Yəni, sahibkarlara normal şərait yaratmağa çalışacaqlarmı?
T.Əliyev hesab edir ki, onların başqa yolu yoxdur: “Ya qarşıya qoyulan vəzifələri layiqincə icra etməli, ya da vəzifələri ilə vidalaşmalıdırlar. Ancaq bunun tezliklə baş verəcəyini düşünmürəm. Hər halda növbəti prezident seçkilərinə qədər onlara vaxt veriləcək.
Dotasiyanı əvəzləyəcək yetərincə mənbələr vardır. Başlıca mənbə yerli icra hakimiyyəti strukturlarında köklü islahatların aparılmasıdır. İcra hakimiyyətlərinin funksiyalarının mütləq əksəriyyəti yerli bələdiyyə strukturlarına verilməli, onların sərəncamında yalnız tənzimləyici və qanunlara nəzarət funksiyaları qalmalıdır”.
T.Əliyevin fikrincə, ikinci əsas mənbə yerlərdə mənfəət gətirən yeni istehsal müəssisələrinin yaradılması, mövcud müəssisələrin genişləndirilməsi, üçüncü mənbə isə sosial layihələrin həyata keçirilməsi prosesinə yerli sahibkarların cəlb edilməsi (könüllü olaraq) ola bilər:
“Onu da unutmayaq ki, icra başcılarının kifayət qədər imtiyazları var və onların çoxu yəqin ki, qalacaq. Təbii, onların gəlirləri, yəni korrupsiya və rüşvətxorluq halları azalacaq. Ancaq nəzərə alsaq ki, qanunçuluğa riayət edilməsi təcrübəsi hələlik ölkəmizdə tam bərqərar olmayıb, yəqin ki, buna hələ çox vaxt lazım olcaq. Tənzimləyici, nəzarətedici funksiyaya malik olan icra hakimləri əlavə "qazanc mənbələri" tapacaqlar”.
AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə iddia edir ki, icra hakimiyyətləri mərkəzi büdcənin vəsitlərini dağıtmağla məşğuldur:
“Üstəlik, Prezidentin Ehtiyat Fondundan və Neft Fondundan regionların infrastrukturlarını yenidən qurmaq və inkişaf etdirmək, yaxud abadlıq işərinin aparılması üçün hər il milyonlarla vəsit ayrılır. Demək olar ki, həmin vəsitlərin böyük hissəsi də təyinatı üzrə xərclənmir və bir qrup məmur tərəfindən mənimsənilir. Bunlar azmış kimi yerli iş adamlarından, istehsal, ticarət və xidmət müəssisələrindən qeyri-qanuni pullar yığılır”.
Ə.Orucov qeyd edib ki, bəzi rayonlarımız həm özlərini saxlaya, həm də dövlət büdcəsinə əlavə vəsit cəlb edə bilərlər:
“Xüsusən istehsal və türzim sektorunda fəaliyyət düzgün qurulsa və iş damlarına, sərmayəçilərə maneçiliklər törədilməsə uğurlar əldə etmək olar. Hər bir regionun özünün spesifik xüsusiyyətləri və çoğrafi özəllikləri var. Buna uyğun kənd təsərrüfatını da inkişaf etdirməklə dövlət büdcəsindən asılılğı azaltmaq olar. Digər tərəfdən, büdcə təşkilatlarında şişirtmələr var. Dövlət və hökumət qurumlarının təkrarçılıqları var və s”.
Sərhəd rayonlarına xüsusi fikir verilməli olduğunu deyən Ə.Orucov icra hakimiyyətlərinin yükünü büdcədən tədricən azaltmağın vacibliyini bildirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
• Bank kartından oğurlanan məbləğin geri qaytarılması mümkündür? - TƏFƏRRÜAT
Bu gün, 15:28 |
|
|
|
• “Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək - SƏRƏNCAM
Bu gün, 15:25 |
|
|
|
• Polad Bülbüloğlu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 15:23 |
|
|
|
• Azərbaycan İƏT-in Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək
Bu gün, 15:19 |
|
|
|
• Mirzoyanın yalanı, Amnistiya Aktı, “arvad boğuşması”... - Deputatlardan təklif və iradlar
Bu gün, 15:17 |
|
|
|
• Pezeşkianı Bakıya niyə buraxmırlar? – İki kritik səbəb
Bu gün, 15:13 |
|
|
|
• Rusiyadan Sərkisyan açıqlaması: - “Planlı şəkildə öldürülüb”
Bu gün, 15:09 |
|
|
|
• Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07 |
|
|
|
• Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03 |
|
|
|
|