Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... .....                     Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib .....                     Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? .....                     Tanınmış alim Qüdrət İsaqov vəfat edib .....                     Türkiyədə fitrənin məbləği açıqlandı: .....                     “Səni sevdiyimi sən bil, bəsimdir” .....                     “TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır .....                     Maliyyə Nazirliyini təmizləyəcək şirkət .....                     Zəngəzur dəhlizi ilə bağlı yeni addım .....                     "Demokratikləşmə" korrupsionerləri... .....                     “Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” .....                     “Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: .....                     ADY Ayan Nəcəfə "yox" dedi .....                     Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? .....                     Panama geri çəkildi, .....                     Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq .....                     Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır .....                     Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar... .....                     Azərbaycanda həkim reklamı qadağan olunsun .....                     Azərbaycanlı müğənninin villasında paylaşdığı .....                     Mətin Mirzəyə İrandakı səfirlikdə .....                     Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib .....                     “AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                 

2 milyardlıq ittiham: - Səlim Müslümovun hökmü verilib?
Tarix: 30-04-2018, 15:40 | Çap et
2 milyardlıq ittiham:
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun irihəcmli korrupsiyaya görə cəzalandırılacağı bildirilir.

Yenicag.az xəbər verir ki, 11 aprel prezident seçkilərindən sonra nazir postunu itirən keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova yönəlik ittihamlar intensivləşməkdədir.

Nazirlər Kabinetinin yeni tərkibinə daxil edilməməsi ilə “vurulan” Səlim Müslümov növbəti və daha sarsıdıcı zərbəyə tuş gəlib. İlk olaraq, “Yeni Müsavat” qəzetində yayımlanan məlumata əsasən, keçmiş nazir fəaliyyətdə olduğu müddət ərzində 2 milyard manat civarında dövlət vəsaitini mənimsəyib:

“Uzun illər boyu qurulmuş mexanizm əsasında yoxa çıxarılan məbləğ 2-2,5 milyard manata yaxındır. İddialara görə, mexanizm bir neçə ay əvvəl Fondda aparılan yoxlamalar zamanı üzə çıxarılıb. Onun detallarının dəqiqləşdirilməsi, həmçinin qeyd olunan mexanizm üzrə hesablamalar aparılıb.

Nəticə o qədər ilginc olub ki, birbaşa ölkə rəhbərliyi məlumatlandırılıb. İddialara görə, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yeni kabinetdən kənarda qalmasının ən mühüm səbəbi də məhz bu məsələdir”.

Azərbaycan təcrübəsini nəzərə alsaq, sabiq nazir barəsində belə ciddi ittihamın mətbuata sızdırılması məsələnin ciddiliyini və Müslümovun cəzalandırılma ərəfəsində olduğunu söyləməyə əsas verir.

Səlim Müslümova yönəlik 2 milyardlıq ittihamın reallıq dərəcəsini Yenicag.az-a dəyərləndirən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) rəhbəri Sahib Məmmədov hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamda irihəcmli dövlət vəsaitlərinin olmasına baxmayaraq, bu məsələ haqqında konkret faktlar əsasında danışmaq daha doğru olardı:

“Öncə onu deyim ki, bizdə nədənsə, milyardı kiçik məbləğ kimi təqdim edirlər. Əslində isə milyard çox nəhəng puldur. Nazirin iki milyard məbləğində dövlət vəsaitini mənimsəməsi çox ciddi ittihamdır və hesab edirəm ki, bu, real faktlara, auditin nəticələrinə, cinayət işinin istintaqına əsaslanmalıdır.

Eyni zamanda, mənbələr göstərilməlidir ki, hansı təyinat üzrə ayrılmış vəsaitlərdən nə qədəri mənimsənilib. O baxımdan, belə bir ittiham irəli sürərkən, ehtiyatlı olmağı təklif edirəm.
O ki qaldı həmin nazirliyin idarə etdiyi vəsaitlərə, bəli, burada söhbət çox böyük məbləğdən gedir. Məsələn, ünvanlı sosial yardımlara yüz milyonlarla manat vəsait ayrılır.

Bundan başqa, Sosial Müdafiə Fondunun büdcəsi bir neçə milyard manat təşkil edir. Həmçinin, əlilliyi olan şəxslərin reabilitasiyasına, internatlara, ahıllar evlərinə, işsizliyə görə müavinətlərə və sair məqsədlərə yönələn vəsaitlər var. Yəni nazirliyin sərəncamında çox böyük həcmdə dövlət vəsaiti olub.

Mətbuatda belə fikirlərə rast gəldim ki, nazirliyin aparatının saxlanılmasına ayrılmış vəsaitlər – yəni maaşlar və cari xərclər mənimsənilib. Yaxud da, qurumun nəzdində Özünüməşğulluq proqramı və onun da həcmi bu il təqribən beş-altı dəfə artırılıb.

Yəni nazirlik böyük vəsaitləri idarə etsə də, orada 2 milyard manat mənimsəməyə yol verilməsinə dair iddiaları şəxsən mən ciddi qəbul edə bilmirəm. Yenə deyirəm, belə ciddi ittiham konkret fakta söykənməlidir. Ehtimallar üzərində fikir bildirmək doğru deyil.

Mediada hər hansı dövlət qurumunun fəaliyyətinə dair ciddi faktlar dərc olunursa, bu, müvafiq qurumların diqqətini cəlb etməlidir. Ancaq indi dövriyyəyə buraxılan 2 milyardlıq ittihamda konkretlik yoxdur. Ona görə də, hüquq-mühafizə orqanlarının bu məlumatlara necə yanaşacağını deməyə çətinlik çəkirəm.

Qeyd edim ki, mən özüm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə tənqidi yanaşırdım, keçmiş nazir iş başında olanda da qurumun fəaliyyətindəki neqativ məqamlar haqqında danışırdım.

Yəni o nazirliyin fəaliyyətində nöqsanlar olub və onların bir çoxu olduqca ciddidir. Ancaq 2 milyard ittihamına ən doğru qiyməti hüquq-mühafizə orqanları verə bilər. İstənilən halda, mən bu rəqəmi real görmürəm”.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Natiq Cəfərlinin fikrincə, Səlim Müslümova yönəlik məlum ittihamın mediada dövr etdirilməsi sabiq nazir barəsində “hökm verilməsi” kimi başa düşülə bilər:

“Azərbaycanda heç bir nazirlikdə kimlərləsə razılaşdırmadan, birgə əməliyyatlar aparmadan belə iri məbləğin mənimsənilməsi mümkün deyil. Çünki Beynəlxalq Bankla bağlı işdə də gördük, yoxa çıxarılan vəsaitin həcmi o qədər böyük idi ki, həmin mənimsəmə hakimiyyətdəki bir neçə yüksək ranqlı məmurun iştirakı ilə mümkün olmuşdu. Yəni bir nazirin təkbaşına elə böyük məbləği mənimsəməsi istisnadır.

Bu nöqsanlar barəsində biz illərdir ki, danışırdıq. Əsas mənimsəmələr necə baş verib? Burada ilk növbədə ünvanlı sosial yardımların verilməsində tətbiq olunan “qayda”nı qeyd edə bilərik.
Hər kəsə məlumdur ki, vətəndaşa ünvanlı sosial yardım təyin ediləndə, ilk üç, bəzən də altı ay ərzində həmin vəsait insanlardan tutulurdu. Bu, əlbəttə ki, ciddi korrupsiya faktı idi. Belə hallar olub. Ancaq bunun milyardlarla vəsaiti əhatə etməsi ehtimalı aşağı görünür. Fikrimcə, bu ittihamla bağlı rəsmi açıqlama veriləcək və yəqin ki, hər hansı formada istintaq hərəkətləri də olacaq.

Mənə belə gəlir, Səlim Müslümovun ən böyük səhvi onun Sosial Müdafiə Fondunun 2013-cü ildə özünü maliyyələşdirəcəyini vəd etməsi, lakin bunu yerinə yetirə bilməməsi oldu. Aradan beş il keçsə də, Sosial Müdafiə Fondu dövlətdən dotasiya almaqdadır və son ildə bu məbləğ 1,5 milyard manat olub. Konkret desək, Səlim Müslümov son beş il ərzində Fondu özünümaliyyələşdirmə sisteminə keçirə bilmədi. Sabiq nazirin indi hədəfə çıxarılmasının əsas səbəbi bəlkə də budur.

Açığı, dediyimiz məsələ medianın gündəminə oturubsa, bunun nəticə verəcəyinə əminəm. İnanıram ki, Müslümovu cəzalandırmaq niyyətləri olmasaydı, bu ittiham mediaya çıxmazdı. Ancaq ehtimal olunan cəza Müslümovun həbsi, yaxud yeni işdənçıxarma dalğası ilə nəticələnəcək, bunu hələlik bilmirik. Məsələnin mediaya çıxması onu göstərir ki, hakimiyyətdaxili bəzi qüvvələrin Müslümovun cəzalandırılmasına qərar verdiklərini söyləməyə əsas yaradır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gənc oğlan dayısının yetkinlik yaşına çatmayan qızını qaçırdı, gecələr... – ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:07
Belarus MSK prezident seçkilərinin nəticələrini təsdiqləyib
Bu gün, 15:03
Kredit, aliment borcu olanlar həbsdə, dövləti talayanlar isə azadlıqda olmalıdırmı? - OĞRU MƏMUR TOXUNULMAZLIĞI...
Bu gün, 15:02
Tanınmış alim Qüdrət İsaqov vəfat edib
Bu gün, 14:58
Türkiyədə fitrənin məbləği açıqlandı: - Bəs, Azərbaycanda?
Bu gün, 14:56
“Səni sevdiyimi sən bil, bəsimdir” - Cavidan Novruz bu sözləri kimə dedi?
Bu gün, 14:47
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
Bu gün, 14:00
Maliyyə Nazirliyini təmizləyəcək şirkət - MƏLUM OLDU
Bu gün, 13:58
Zəngəzur dəhlizi ilə bağlı yeni addım - İranın niyyəti bəlli olur
Bu gün, 13:08
"Demokratikləşmə" korrupsionerləri... - Bahəddin Həzi yazır...
Bu gün, 13:05
“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” - Aqil Abbas
Bu gün, 13:02
“Üç badam bir qoz” oxuyanlara sənətkar “tərifi”: - Nə məcburdur, qiymətə mindirirsiniz?
Bu gün, 12:58
ADY Ayan Nəcəfə "yox" dedi - BUNA GÖRƏ...
Bu gün, 12:56
Hikmət Hacıyev İranda hansı məsələləri müzakirə edib? - “Tehranm Times”
Bu gün, 12:53
Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
Bu gün, 12:49
Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Sabiri "şalvarsız" qoyan Trendyol: Şəbəkə insanları bu yolla aldadır - ŞOK FAKTLAR
Bu gün, 12:37
Erməni əsilli kriminal avtoriteti Moskvada niyə partladblar...
Bu gün, 12:36
Azərbaycanda həkim reklamı qadağan olunsun - ÇAĞIRIŞ
Bu gün, 12:30
Azərbaycanlı müğənninin villasında paylaşdığı FOTOLAR
Bu gün, 12:25
Mətin Mirzəyə İrandakı səfirlikdə yeni vəzifə VERİLİB
Bu gün, 12:22
Parlamentdə Amnistiya Aktının hazırlanması təklif edilib - "Sonradan səhvə yol verən insanlar var..."
Bu gün, 12:15
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru