“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir .....                     Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi .....                     “İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                     BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                 

Papağını günə yandıran alterantiv enerji bosu... - Hanı yediyi pullar?
Tarix: 3-07-2018, 11:18 | Çap et
Papağını günə yandıran alterantiv enerji bosu...
"Mingəçevirdə İES-də yanğın söndürülüb, narahatlığa əsas yoxdur”. FHN-nin bu gün gecədən bəri yaydığı məlumata görə Mingəçevir AES-də baş vermiş yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur,” - deyə FHN rəsmisi bildirib. Və "Azərenerji" rəhbərliyinin, yəni Etibar Pirverdiyevin dayanaqlı enerjisinə etibar etmədiyimiz qurumunun yaydığı məlumatda isə deyilir ki, AES-də yanğın havaların son günlər isti keçməsi ilə bağlı olub... Gülməlidir! AES istehsal etdiyi enerji ilə ventilyasiya sistemini işlətmir ki?!
Bu da başı kommersiya işlərinə qarışmış Etibar Pirverdiyevin işi. Ölkə işıqsız qaldı. Təkrar edirəm, səbəb kimi havaların isti keçməsi nəticəsində transformatorun yanmasını göstərir Etibar Pirverdiyev... Onda gərək Ərəbistan, Dubay (Etibar Pirverdiyrv Dubaya tez-tez gedir və qaldığı otel gərək zülmət qaranlıqda qala), Afrika... işıqsız qala. Oralarda 50-60 dərəcə isti olur... Bu nə yersiz və uşaqbaşı aldadan bəhanədir??? Yenə də prezident İlham Əliyev hər şeyi şəxsi nəzarətinə götürür... Bəs bu məmurlarların nəzarəti nəyədir??? Məncə, bu gün Etibar Pirverdiyevin transformatorunun ardıca özü yanacaq-vəzifəsinə son deyiləcək...

Niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu isti günlərdə alternativ enerjisini görmürük?

"Təzadlar" dəfələrlə alternativ enerji problemini qaldırıb... Həmin yazılarımızda dönə-dönə qeyd etmişik ki, günəşli və küləkli Azərbaycanda alternativ enerji istehsalına keçmək lazımdır... Təsəvvür edin, isti havaların keçdiyi son günlərdə günəş batareyalarımızın enerjisini yığıb-yığışdırmaq olmazdı, nəticədə Mingəçevir AES-ə də az yük düşərdi, transformatorumuz hirsindən alışıb yanmazdı, Bakı və ölkənin əksər bölgələri işıqsız qalmazdı... Amma Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində bu sarıdan hamı susur. Niyə??? Bəs hər il dövlətin bu quruma ayırdığı on milyonlar, qrantlar... hara qeyb olur???
Yəqin ki, ötən gecə həm Akim Bədəlov özü, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bütün kollektivi işıqsız qalıb. Görəsən qaranlıqda, bu qaynar istidə kondisionersiz gecə keçirmiş Akim müəllimin ürəyindən istehsal etmək istəmədiyi həmin o alternativ enerji keçməyib? Heç narahat yuxusuna da girməyib???
***
Elə bu qurumun rəhbərliyinə ötən gecə işıqsız qaldığını nəzərə alıb bəzi faktlara xatırladırıq: cənablar, enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir?

Azərbaycanda alternativ enerji mənbələrindən necə istifadə olunur?

Elektrik enerjisinin əldə olunmasının bir yolu da alternativ enerji mənbələrindən istifadədir. Başqa sözlə, günəş, gülək və biomənbələrdən (suyun güclü axınından) alternativ enerji kimi istifadə edərək elektrik enerjisi əldə oluna bilir. Hazırda dünyanın bir sıra ölkələri məhz ekoloji fəlakətdən yayınmaq üçün bu üsuldan istifadəyə daha çox yer verir. Hətta əksər Avropa ölkələri külək enerjisindən, Orta Asiya və digər isti iqlim şəraitinə malik Çin, İran, Türkiyə, Orta Asiya respublikaları, Hindistan, Koreya, Malaziya, İndoneziya, bir sıra Afrika ölkələri isə günəş enerjisindən, Rusiyanın və Avropanın, Qərbi və Şərqi Amerika mənşəli ölkələr isə həm də çayların gücündən elektrik enerjisi istifadə etmək üçün yararlanırlar. Bəs Azərbaycanda vəziyyət necədir?
«Təzadlar»ın Araşdırma Qrupu bu suala cavab tapmağa çalışıb. Və məlum olur ki, alternativ enerjidən istifadə sahəsində vəziyyət nəinki pisdir, acınacaqlı vəziyyətdədir. Ona görə «acınacaqlı» deyirik ki, hətta Azərbaycanda bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılıb, Akim Bədəlov şirkətin direktoru təyin olunub… Sonra alternativ enerjidən istifadə olunmasına dair Dövlət Proqramı qəbul olunub… Amma dövlət şirkəti özünü doğrultmadığından Prezident sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov vəzifəsindən azad edilib, yenidən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, Prezidentin digər Sərəancamı ilə Akim Bədəlov həmin ağentliyin sədri təyin edilib. Yenə də «amma…»! Ona görə ki, bu agentlik yenə də özünü doğrultmadığından, yəni gözlənilən fəaliyyəti olmadığındandır ki, Prezident sərəncamı ilə Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılır… Və ağentlik təkcə 2017-ci ilin Dövlət büdcəsində idarəetmə aparatının saxlanması üçün (Ümumi dövlət xidmətləri) Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olaraq 1 milyon 741 min 917,0 maknat, yanacaq və enerji məsrəfləri üçün isə yenə də Büdcədən əlavə 2 milyon 500 min manat vəsait alıb. Cəmi-4 milyon 242 min 917 manat!
Bəs təkcə büdcədən bu qədər vəsait alan agentlik il ərzində heç olmasa bu vəsaitin yarısı qədər büdcəyə xeyir verirmi, alternativ enerji istehsal edə bilirmi?
Apardığımız müşahidələr və araşdırmalar süğut edir ki, agentliyin layihələr çərçivəsində quraşdırdığı külək və günəş batareya qurğularının demək olar əksəriyyəti illərdən bəridir dayanaqlı, yəni işlək olmayan vəziyyətdədir. Bunu Bakı-Yevlax magistral yolunun «Semzavod» adlanan ərazidəki günəş batareyalarının mühafizəçisinin sözlərinə, Mərəzədə dağların üstündə quraşdırılmış bir neçə külək gereratorlarının işləməyən pərləri, elə həmin dağların döşündəki günəş batareyalarına xidmət edən işçilərin və s. söylədikləri təsdiq edir… Bir də ağentliyin rəsmi saytında həyata keçirilən layihələr və texniki tədbirlər bölümündəki rəsmi məlumatlar. Həmin məlumatları oxuyanda isə gülməyimiz tutdu. Məlum olur ki, elmlər doktoru olan, gerçəkdən böyük elmi təcrübəyə malik olan Akim bədəlovun sədri olduğu Agentliyin ötən il və bu ilin əvvəlindən həyata keçirdiyi uğurlu layihələr orta məktəb şagirdləri ilə olan görüşlər, uşaqlara alternativ enerjinin nə olduğunu başa salmaq, Bakının hansısa orta məktəbində konfranslar keçirməkdən və s. ibarət olub. Biz həmin məktəblərin bir neçəsində olduq və olduqca maraqlı mənzərənin şahidi olduq…
Nəhayət, ötən gecə baş verənlər, qaranlıqda qalan rəsmi Bakı bu və ya qaranlıq suallara cavab tapmalıdır: niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu günəşli günlərdə alternativ enerjisini görmürük? Görmürüksə, onda Akim Bədəlov niyə belə bir strateji quruma rəhbərlik etməlidir???
(Davamı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“AFB Bank”ın Müşahidə Şurasına yeni sədr təyin edilir - BUNDAN SONRA...
Bu gün, 12:12
Məhkəmə Bəhruz Hacıyevə bəraət verdi
Bu gün, 12:08
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru