“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                     BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                     Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb .....                     Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... .....                 

Qubada fermerlərin halına ağlayan lazımdır... - GİLEY
Tarix: 7-07-2018, 15:12 | Çap et
Qubada fermerlərin halına ağlayan lazımdır...
Bu mövzuya bəlkə də qayıtmayacaqdıq. Fikirləşirdik ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri “Qubada yaylaq korrupsiyası” və “Quba rayon icra hakimiyyətində çobanla razborka” materiallarındakı qaldırılan məsələləri araşdıracaq, qanuni tədbirlər görəcəklər. Bir çox saytların da yaydığı (həmin saytlara materialları dərc etdiklərinə görə təşəkkürümüzü bildiririk) hər iki yazı respublika prokurorluğuna, kənd təsərrüfatı nazirliyinə və ədliyyə nazirliyinə də ünvanlanmışdı. Hər şey tərsinə oldu. Bu günlərdə Quba rayonunun təcrübəli fermeri, “Barlı” MMC-nin direktoru Hacı Mirnağı Adıgözəlova məxsus Əlik bələdiyyəsindəki 367 hektar yaylaq sahəsinin əkinə yararlı 300 hektarı ondan alındı və əraziyə başqa bir adamın qoyun sürüsü yerləşdirildi(bu haqda sonra). Məcburiyyət qarşısında qalan təsərrüfatçı daxili işlər nazirliyinin 102 qaynar xəttinə telefon açıb, başına gətirilənləri danışıb və Əlik bələdiyyəsinin sədri Nadir Məmmədovun onun 2019-cu ilin mayınadək müvəqqəti istifadəsində olan yaylağı əlindən aldığını bildirib. Sonra məlum olub ki, məsələ araşdırılmaq üçün Quba rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Səməd adlı şəxsə həvalə edilib.

İndi keçək əsas mətləbə. Qarşı tərəfin çobanlarının iddiasına görə, həmin sahəyə əslində Qubada yerləşən “Retro” istirahət mərkəzinin təmsilçisi olduğu deyilən İlqar adlı şəxs nəzarət edir. Bütün işlər də Faiq adlı bir nəfərə həvalə olunub. Bələdiyyə sədri Nadir Məmmədovla mövsümi müqaviləni isə Mehrabov Ağasəlim adlı Əlik sakini imzalayıb. Sənəddə torpaq sahəsinin aprel ayından icarəçiyə verildiyi əskini tapıb. Qeyd olunub ki, həmin ərazi tərəvəz bitkiləri(?!) əkmək üçün verilib. “Və” sözündən öncə isə boşluq saxlanılıb. İlqarın Hacı Mirnağının oğlu Kamilə vatsapla göndərdiyi müqavilənin birinci səhifəsində heç bir yaylaqdan söhbət getmir. Əgər M. Adıgözəlova verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə və onunla imzalanmış müqavilədə “Böyük güney” adlı yay otlaq sahəsindən söhbət gedirsə, yeni müqavilədə yerin adı göstərilməyib. Bilmək olmur ki, söhbət hansı yay-otlaq sahəsindən gedir. Başqa bir maraqlı məsələ də var. Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov iyunun 5-də fermerə məktubunda ondan ərazini boşaltmasını tələb edib. Səbəb kimi də müqavilə müddətinin bitməsini, son iki ildə guya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə müddətinin artırılmasına təşəbbüs göstərmədiyini yazır. Lakin Hacı Mirnağı qətiyyətlə bildirir ki, bu onun bələdiyyə başçısından aldığı ilk məktubdur. Həm də müddətin bitməsinə hələ çox qaldığına görə yeni sənədin imzalanması üçün müraciətə lüzum görməyib. Təəccüblüdür, yeni müqavilə bu ilin aprelində imzalandığı halda bələdiyyə sədri xəbərdarlıq məktubunu niyə iyun ayında göndərib? Digər tərəfdən, Nadir Məmmədov iddia edib ki, guya fermer ona borcludur. Görəsən nə üçün məhkəməyə müraciət etməyib? Niyə qeyri-qanuni olaraq yaylaq sahəsində Hacı Mirnağıya şərait yaradıb? Çünki həqiqət belə deyil. M. Adıgözəlov dövlətin ona verdiyi qanuni torpaqdan istifadə edib. Bir neçə gün bundan qabaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmazdakı 13 saylı ərazi şöbəsindən alınan məlumata əsasən, yaylaq sahəsinin 2019-cu ilin mayınadək M.Adıgözəlova məxsus olması bu qurumun informasiya sistemində əksini tapıb. Necə olur ki, Nadir Məmmədov tərsinə danışır? Kim haqlıdır, komitə yoxsa bələdiyyə sədri? Təbii ki, komitə haqlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən, müqavilə yalnız şəhadətnamə alındıqdan sonra imzalana bilər, bundan sonra isə yaylaq sahəsi heç kəsə verilə bilməz. Deməli, şəhadətnamə daha üstün hüquqi sənəddir. Bəs onda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev hansı əsasla dövlət sənədini şübhə altına alır? Görünür, sifarişçilər onun üçün daha ciddi əhəmiyyət kəsb edirlər...

Biz ötən yazımızda Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev və hüquq şöbəsinin müdiri Hikmət Yasinova bir neçə sual ünvanlamışdıq. Təəssüf ki, onlara cavab ala bilmədik. İndi açıq yazmağa məcburuq. M. Adıgözəlovun yaylaq sahəsi başqasına verilməyə bilərdi. Əgər fermer icra başçısı adından Hikmət müəllim vasitəsi ilə ona çatdırılan şərti qəbul etsəydi. Bu barədə hələ də açıq yazmırıq. Çünki Hikmət müəllim nə dediyimizi yaxşı başa düşür. Lakin mütləq məsələyə qayıdacağıq. Belə çıxır ki, M. Adıgözəlov Hikmət müəllimin qanunsuz tələbini yerinə yetirsəydi, özünə məxsus yaylaq sahəsində qala bilərdi.

İndi keçək İlqar müəllimin göndərdiyi müqaviləyə. Onun qoyun sürüsünə cavabdeh Faiq adlı şəxslə telefon əlaqəsi saxladıq. Müsahibimiz dedi ki, əllərində qanuni müqavilə var. Bələdiyyə sədri bildirib ki, M. Adıgözəlovla bağlanmış müqavilədə düzəliş edilib, həm də icarə müddəti bitib. Sonda onu da bildirdi ki, mübahisəli məsələ fermerlə bələdiyyə sədri arasında həll edilməlidir. Bəs niyə həll edilmir? Çünki icra başçısı problemin yoluna qoyulmasında maraqlı deyil. Elə rayon polis şöbəsinin təhqiqat bölməsi də. Hamı bilir ki, artıq yaylaq vaxtının bitməsinə çox qalmayıb. İcra başçısı, bələdiyyə sədri və təhqiqat bölməsi də məsələni süründürməçiliyə salıblar. Təki vaxt bitsin, yeni sahib yerində qalsın. Aldığımız son məlumatlara görə, M. Adıgözəlovun oğlu və qanuni nümayəndəsi Kamil rayon prokurorluğuna müraciət edib. Görək bu qurumdan nə səs çıxacaq?

Problemdən bəhs edərkən bir hadisəni də xatırlatmaq istəyirik. M. Adıgözəlov icra başçısının qəbuluna gedərkən başına bir hadisə gəlib. Rəhbərin kabinetinə daxil olan fermer qapını açan kimi ona salam verib. Lakin başçı salamı qəbul etməyərək acıqla Hacıdan niyə gəldiyini soruşub. M. Adıgözəlovsa Ziyəddin Əliyevə yaxınlaşaraq ona əl uzadıb. Başçı könülsüz əl uzatsa da belə cavab verib: “Salamlaşmamaq da olardı”. Fermerin cavabı da özünü gözlətməyib: “Mən belə ailə tərbiyəsi görmüşəm...” Hə, bu da icra başçısının qəbuluna gələn vətəndaşa, özü də ağsaqqal bir insana göstərdiyi münasibət. Hacı da gözləyir ki, bu şəxs onun problemini həll edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlara böyük güzəştlər edib. Dövlət orqanlarına birmənalı olaraq tapşırılıb ki, bu təbəqənin nümayəndələrinə lazım olan bütün dəstəyi versinlər. Cənab prezident dönə-dönə deyib ki, sahibkarların fəaliyyətinə müdaxilə yolverilməzdir. Dövlət başçısının bu göstərişlərindən və verdiyi sərəncamlardan Ziyəddin Əliyev də xəbərdar olmamış deyil. Ola bilsin ki, onun öz “qanunları” var. Mirnağı Adıgözəlovun başına gətirilənlər göstərir ki, Qubada sahibkarların fəaliyyətinə “köhnə qaydalarla” yanaşılır. Şərt “Pepsi” şüşəsinə bənzər yerüstü keçid tikməkdə deyil. Əsas odur ki, kənd təsərrüfatı rayonu olan Qubada aqrar islahatlarla bağlı prezident sərəncamları və göstərişləri təxirə salınmadan həyata keçirilsin. Lakin əsaslı dönüş görmürük. Ziyəddin Əliyevdən bunu gözləmək olarmı? Hələlik bilinən budur ki, şimal regionunun paytaxtı sayılan Qubanın bəxti icra başçısı sarıdan gətirmir ki, gətirmir.

Yazı hazırlanarkən məlum oldu ki, İlqar müəllim Mirnağı Adıgözəlovun problemi ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirmək üçün onun vəkilinə daha bir neçə sənəd göndərib. Biz onlarla tanış olduq və heç nə başa düşmədik. Bilinən təkcə bu oldu ki, yazdıqlarımızda haqlıyıq. Qubada yaylaq sahələri ilə bağlı qeyri-qanuni sərəncamlar verilib, müqavilələr imzalanıb. Həmin sənədləri təhlil edib oxuculara çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Qeyd: Yeni müqavilənin birinci səhifəsinin və artıq zəbt olunmuş yaylaq sahəsinin fotolarını sizlərə çatdırırıq.
“Şimal xəbərləri”


Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 12:03
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru