AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                     Köçəryanı qane edən Qarabağ təklifi .....                     Gürcüstandan Azərbaycana ZƏRBƏ .....                     Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib .....                     Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi .....                     USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... .....                     Nizami rayonunda meydan sulayan KİMDİR? .....                     "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" .....                     ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib .....                     İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... .....                     Hacıyevin İran səfərinin pərdəarxası .....                     Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir .....                     Erməniləri qorxuya salan ETİRAF: .....                     Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb .....                     Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                 

Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxır - Belə deyirlər...
Tarix: 17-10-2018, 10:57 | Çap et
Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxır
Oktyabrın 19-da Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılacaq. Belə məlumatlar var ki, Beytulla Hüseynovun cəzası 4 ilə endiriləcək və şərti hesab olunmaqla azadlığa buraxılacaq.

Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxması üçün sabiq nazirin əlaqələrindən istifadə etdiyi bildirilir.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri olan Beytulla Hüseynovun azadlığa çıxmaq üçün böyük pullar xərclədiyi və bu məbləğin 1 milyon manatı aşdığı iddiası da var. Uzun illər “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik etmiş B.Hüseynov həmin dövrdə “MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib. 2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi “MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.

13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi Beytulla Hüseynovun barəsində gözlənilməz qərar verdi - cəzasını ittihamlar üzrə minimum həddə qədər - 7 il 6 aya endirdilər. Bu gözlənilməz qərarın ardından Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu. Bu dəfə də cəzasının azaldılması ilə yanaşı əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi iddiası ilə çıxış etdi. Ali Məhkəmədədə möcüzə hesab oluna bilən qərar verildi - dövlətə külli miqdarda ziyan vurmuş Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürüldü. Cəzasının azaldılması ilə bağlı hissədə isə ona qarşı addım atılmadı. Həmin qərarın verilməsindən 10 ay keçib və gələn məlumatlar onu deməyə əsas verir ki, Beytulla Hüseynov azadlığın bir addımlığındadır. Bu dəfə Ali Məhkəməyə müraciətinin müsbət qarşılanacağı haqda Beytulla Hüseynov və ətrafındakılarda əminlik var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rol alması onda şərti cəzaya məhkum ediləcəyinə əminlik yaradıb. Odur ki, illər əvvəl, Eldar Mahmudovun nazirliyi dövründə əl qoyduğu, lakin 2015-ci ildə MTN-dəki təmizləmə əməliyyatından sonra başa çatdıra bilmədiyi işlərə də yenidən baş vurub.

Belə aydın olur ki, Beytulla Hüseynov artıq mal-mülk davalarını da davam etdirməyə başlayıb.

Bakı sakini Ağaisa Mahmudovun sözlərinə görə, 2012-ci ildə ev alıb. Evi alandan 2 il sonra Beytulla Hüseynovun qaynı Bayram onunla görüşüb. Deyib ki, aldığı ev vaxtilə Beytulla Hüseynovun olub. Evi kimdən, hansı qiymətə alması ilə maraqlanıb.

“Evin alqı-satqı sənədlərinə baxdı, dedi ki, sən vicdanlı alıcısan, üzr istəyib çıxıb getdi. Belə danışdı ki, guya evin neçə aldığımı dəqiqləşdirmək istəyirlər. Bu söhbətdən bir müddət sonra Beytulla Hüseynov mənə xəbər göndərdi ki, evdən çıxın. Tələblərinin qanunsuz olduğunu dedim. Pul verib ev almşam, niyə çıxmalıyam axı? Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, uşaqlara 100 min vermişəm, səni evdən çıxaracaqlar, xoşluqla çıx” - Ağaisa Mahmudov bildirir.

Onun sözlərinə görə, 2014-cü ildə evi girov qoymaqla 400 min manat bankdan pul götürüb və iş qurmağa başlayıb: “Günlərin birində məni tutub MTN-ə apardılar. Orada gördüm ki, mənə kredit verən 2 bank işçisini də tutub gətiriblər. Şərt qoydular ki, evi boşaltmasan, bank işçilərini də, səni də həbs edəcəyik. 2015-ci ilin yanvarında başlanan təzyiqlər həmin ilin avqustuna qədər davam etdi. Bankdan aldığım 400 min manata yaxın krediti Sübahir Qurbanovun rəhbərliyi altında Füzuli Əliyev və Natiq Alıyev banka ödətdirdilər. Həmin ilin sentyabrında Beytulla Hüseynov mənimlə ”Alov qülləsi"ndəki çayxanada görüşdü. Dedi ki, evi 2016-cı il yanvarın 10-na qədər boşalt çıx, özünü bizimlə pis eləmə. 3-4 aya bizim kim olacağımızı görəcəksən. 1 ay sonra, 2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN-dən qovulandan və generallar həbs ediləndən sonra Beytullanı da tutdular. Mənimlə evin alqı-satqısı olundu. Evi Beytulla Hüseynovun qaynı Tariyel Zamanovun adına keçirdilər. Dəyəri 100 minlərlə olan əmlakın alqı-satqı müqaviləsində 10 min manata satıldığını göstərdilər. 10 min manatı da özümüzdən aldılar. Oktyabrda MTN ləğv olundu, Beytullanın arxa-dayağı Eldar Mahmudov vəzifədən oldu. Məhkəməyə müraciət edib evin saxta alqı-satqı müqaviləsini ləğv etdirdim".

Ağaisa Mahmudovun sözlərinə görə, 2016-cı il yanvarın 10-da evi aldığı Tariyel Zamanov onun ünvanına gəlib: “Beytullanı söyüb təhqir edir, deyirdi ki, ev bizimdir, çıx evdən. Xətai məhkəməsinin saxta alqı-satqı müqaviləsini ləğv etməsi haqda qərarını göstərdim. Dedim ki, bu mülkü xaricdə qazandığım pulları verib almışam. 10 min manata alqı-satqı edib məndən necə ala bilərsiz axı? Oyun qurdular. Başladılar ki, guya Tariyel Zamanov 2012-ci ildə evi alqı-satqı edərkən həyat yoldaşı Nəzakət Zamanova razılıq verməyib”.

Ağaisa Mahmudov deyir ki, bu gün də Beytulla Hüseynov ona hədə-qorxu gəlməyə davam edir: “Təkidlə evimi əlimdən alacağını bildirir. Hətta Beytulla Hüseynov əminliklə Ali Məhkəmənin qərarı ilə azadlığa çıxacağını da söyləyir, bunun üçün lazımi olan ”işlər" etdiyini və azadlığa çıxmasına az qaldığını deyir. Azadlığa çıxdıqdan sonra isə mənim işlərimi tamamilə pozacağını, mənə işləməyə imkan verməyəcəyini açıq şəkildə söyləməklə hədə-qorxu gəlir. Maraqlı məqam isə odur ki, dövlət əmlakını mənimsəməklə dövlətə xəyanət etmiş biri necə belə əminliklə azadlığa çıxacağını söyləyir? Belə görünür ki, Beytulla Hüseynov hələ baş tutmamış məhkəmə prosesində elan ediləcək qərarın nəticəsini indidən bilir. Buna görə də məhkum olsa da, cəzaçəkmə müəssisəsində cəza çəkməkdə davam etsə də, mənə açıq şəkildə hədə-qorxu gələ bilir. Beytulla Hüseynovun belə əmin danışmasından sonra mənə də aydın olur ki, Zamanovların adı ilə Nəsimi Rayon Məhkəməsində başlanmış və Apelyasiya Məhkəməsində davam etmiş mülki işin taleyinə Beytulla Hüseynov birbaşa təsir göstərib".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17
Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23
Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru