Vergilər Nazirliyində Fazil Məmmədov ab-havası... - İDDİA
Tarix: 15-11-2018, 10:46 | Çap et
Uzun illər Azərbaycanın Vergilər naziri postunu tutan Fazil Məmmədov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mediada bəzi maxinasiyalar etdiyi barədə məlumatlar yayıldı. Yayılan məlumatlarda Fazil Məmmədovun rəhbərlik etdiyi “çete”nin dövlətin 4 milyard manatını oğurlanaraq xaricə daşımasından tutmuş, ölkədə fəaliyyət göstərən sahibkarlarla, xüsusən də iri vergi ödəyiciləri ilə Eldar Mahmudovsayağı “işbirliyində” olduğu deyilirdi. Yeni Vergilər naziri təyin olunan Mikayıl Cabbarovun qısa zaman ərzində nazirlikdə neqativ fəaliyyətlə məşğul olan, adları müxtəlif maxinasiyalarda hallandırılan nazirliyin işçilərini vəzifədən azad etməsi və eyni zamanda sahibkarlığın inkişafına yeni stimul verəcək islahatların aparılacağını bəyan etməsi və bu istiqamətdə müəyyən addımlar atması ölkə sahibkarlarında yeni ümidlər oyatmaqdadır. Təəssüf ki, Vergilər nazirliyində Mikayıl Cabbarovun təmizləmə əməliyyatından kənarda qalmağı bacarmış, Fazil Məmmədovun vaxtında olduğu kimi, hələ də vergi ödəyicilərinə qənim kəsilən vəzifə sahibləri qalmaqdadır. Anaxeber.az-a ünvanlanan şikayət də belə düşünməyə əsas verir. Həmin şikayəti olduğu kimi diqqətinizə çatdırırıq: Mən Əhədli Vüqar Həsən oğlu “TECHNİCAZ” MMC-nin rəhbəri 2016-cı ildə Respublikaya Kənd Təsərrüffatı məhsulları idxal etmişəm. Malımın ümumi dəyəri 325154,63 manat olmasına baxmayaraq görülən işlərə və xidmətlərə görə dövlət büdcəsinə 169287 manat vəsit ödəmişəm. Qanunsuz olaraq məqsədli şəkildə heç bir qərar və sərəncam olmadan , vergi ödəyicisindən xəbərsiz , müəsissənin qeydiyyat ünvanını 11 saylı Yevlax Ərazi Vergilər Departamentindən Bakı Vergilər Departamentinə ( indiki varisi Lokal Gəlirlər Departamenti) dəyişdirililmişdir və dövlət büdcəsinə heç bir borcum olmadığı halda vergi əməkdalarının şəxsi mülahizələri əsasında 40 % qanunsuz olaraq 63114,95 manat vergi borcu ilə yükləmişlər. Borcun olmaması barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi və Şəki Apelliyasiya Məhkəməsinin qərarlarının olmasına baxmayaraq haqımda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentində cinayət işi başlamışdılar. Vergi ödəyicisinin qeydiyyatı iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəsissə olduğu halda mərkəzləşmiş üçot qaydasındada, vergilər məcəlləsinin 33.7.3-maddəsinə uyğun olaraq dəyişdirilə bilər və bu halda da vergi ödəyicisi ərizə ilə müraciət etməlidir və Vergilər Məcəlləsində yerdəyişmə barədə xüsusi şərtlər və prosedur qaydalar nəzərdə tutulmuşdur ki, həmin qaydalar Bakı Vergilər Departamenti tərəfindən qanunsuz və məqsədli şəkildə pozulmuşdur. Deməli iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəssisə olduğu halda belə vergi uçotu qeydiyyanını vergi ödəyicisinin ərizəsi olmadan dəyişmək qanunsuzdur və vergi ödəyicisinin ərizəsi mütləqdir. Bu zaman yerdəyişmə iri vergi ödəyicisinə ya xüsusi vergi rejimli müəsissə olduqda AR-nın Vergilər Məcəlləsinin-13.2.50, 13.2.50.1, 13.2.50.2 və 13.2.51-maddələrinə uyğun olaraq aparılmalıdır. Lakin mənim müəsissəm iri vergi ödəyicisi və ya xüsusi vergi rejimli müəssisə olmayıb, yuxarıda göstərilən meyarlara uyğun gəlmədiyi üçün vergi qeydiyatının dəyişdirilməsi mümkünsüzdür. Fazil Məmmədovun dövründən manpoliyanı qorumaq və çoxlu gəlir əldə etmək və qara kassalarını doldurmaq məksədi ilə sahibkarlara qarşı məqsədli şəkildə kütləvi qansuz vergi qeydiyyatının dəyişdirilməsi əməliyyatları keçirilmişdir. Mən Mingəçevir şəhər sakiniyəm və vergi qeydiyyatım 11 saylı Yevlax Ərazi Vergilər Departamentində qeydiyyatda olub. 11 saylı Yevlax Ərazi Vergilər Departamenti bir çox şəhər və rayonlara vergi nəzərəti həyata keçirir. Nə üçün Mən məhs Bakı Vergilər Departamentində qeydiyyatda olmalı idim, nə üçün mən 11 saylı Yevlax Ərazi Vergilər Departamenti olduğu halda Mingəçevirdən durub 400 km Bakıya getməli idim. Cənab Nazir Mikayıl Cabbarov Vergilər Naziri təyin edildikdən sonra, yenidən şikayət etdikdən sonra qeydiyatda olduğum 11 saylı Yevlax Ərazi Vergilər Departamentinə qaytarıblar. Fazil Məmmədov və onun tapşırığı ilə işləyən vəzifə səlahiyyətlərini sui-istifadə etmiş vergi əməkdaşları bu əməlləri ilə Vergilər Nazirliyində qanunsuz gəlir əldə etmə pramidasını yaratmışlar. Məqsədli şəkildə müəsissənin qeydiyyatını Bakı Vergilər Departamentinə keçirərək bank hesabıma sərəncam qoyulub, vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər və il yarım ərzində yəni 5 rübdə müəsissəni bilərəkdən işləməyə qoymayıblar. 3 ay müddətində yəni 1 rüb fəaliyyət göstərən müəssisə 16985,90 manat gəlir əldə etmişdir. Müəsissə fəaliyyət göstərəcəyi halda, yəni 5 rüb ərzində 84929,50 gəlir əldə etmiş olardı. Vergi Məcəlləsinin 51.2. maddəsinə əsasən Vergi orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə vergi yoxlaması keçirildikdə, vurulan ziyan tam həcmdə, buraxılmış fayda (əldə edilməyən gəlir) da daxil olmaqla, vergi ödəyicisinə ödənilməlidir. Cəmisi bir rüb fəaliyyətim olmasına baxmayaraq dövlət büdcəsinə 169287 manat vəsit ödəmişəm. 5 rüb işləyəcim halda 846435 manat vəsait dövlət büdcəsinə ödəyə bilərdim. Vergi Məcəlləsinin 53.1. maadəsində Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, Vergilər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərini aşaraq törətdiyi qanunsuzluqlar nəticəsində xüsusi külli miqdarada yəni müəssisəyə 84902,95 manat, dövlət büdcəsinə isə 846435 manat vəsait ziyan vurmuşlar. İl yarımdan sonra 02.08.2018-ci il tarixində barəmdə açılmış cinayət işinə xitam veriblər. Vergilər Nazirliyindən bildiriblər ki, bəs bilməmişik bu günə kimi sənin borcun yoxdur. Bu barədə yəni borcun olmaması barədə 12 mart 2018-ci il tarixində Şəki Apelliyasiya Məhkəməsinə də vəsatət göndəriblər. Əgər borcum yox idisə nə üçün mənim biznes fəaliyyətimi bu müddət ərzində məhv ediblər. Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vergi ödəyicisindən xəbərsiz, heç bir qərar və sərəncam olmadan qanunsuz olaraq məksədli şəkildə regionlardakı Ərazi Vergi Departamentlərindən fiziki və hüquqi şəxslərin vergi qeydiyatının (uçotunun) dəyişdirilməsi nəticəsində qanunsuz vergi borcunun hesablanması, korrupsiya hallarının baş verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində müəsissəyə və həmçinin dövlətə ümumilikdə xüsusi külli miqdarda ziyan vurulması, komersiya sirlərinin yayılması, borcun olmamasına dair məhkəmə qərarlarının olmasına baxmayaraq qanunsuz cinayət işinin açılması, sahibkarlara təyziq göstərilməsi , süründürməçilik və sahibkarlıq fəaliyyətinə süni maniyələr törədilməsi halları barədə 01/10-11 nömrəli 17.08.2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişəm. 08.09.2018-ci il tarixli 06/03- 378/12737 nömrəli məktubla Baş Prokurorluq yanında Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin İstintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən Vergilər Nazirliyinə şikayətin araşdırılmasını, nəticəsi barədə müraciətçiyə cavab verilməsi üçün məktub göndərmiş və Vergilər Nazirliyinin Daxili Təhlükəsizliyi Departamentində araşdırmaya verilmişdir. 01.10.2018-ci il tarixində Vergilər Nazirliyinin Daxili Təhlükəsizliyi Departamentində Cənab Nazir Mikayıl Cabbarovun adına izahat yazmışam və həmin izahatda bildirmişəm ki, 2016-cı ildə müəsissənin vergi qeydiyyatının dəyişdirilməsi barədə qərarı mənə təqdim edilsin və şikayət ərizəm obyektiv araşdırılsın. Çox təsüflər olsun ki, Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Departamenti ümumiyətcə heç araşdırma aparmayıb. Ona görə ki, keçirilmə barədə heç bir qarar yoxdur , kobut qanun pozuntusuna yol vermişlər və respublikada nə qədər belə fiziki və hüquqi şəxlərin vergi qeydiyyatını qanunsuz keçirərək sahibkarların başlarına min bir oyunlar açmışlar. 07.08.2018 –ci il tarixində İlkin Vəliyevin imzası ilə Araşdırmanın baxılması haqqında Vergilər Nazirliyindən məktub göndərilib. Lakin 17.08.2018-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyim və həmin şikayət ərizəmdə adı hallanan yüksək rütbəli vəzifəli şəxsi tətəfindən müraciətə cavab verilib. Qanunsuz qeydiyyat ünvanının dəyişdirilməsi əməliyyatlarının başında Fazil Məmmədovun tapşırığı ilə İlkin Vəliyev dayanıb. Bu da öz növbəsində Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqında Qanun” tələbləri pozulması deməkdir. Belə ki, həmin qanunun 9.2-1. maddəsində göstərilir ki, Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Barəmdə açılmış cinayayət işi üzrə icrata xitam verilməsi haqında qərardada xüsusilə qeyd olunur ki, vergi əməkdaşlarının şəxsi mülahizələrinə əsasən verginin hesablanması, Vergi Məcəlləsinin 3.8 və 12 –ci maddələrinin tələblərinə zidd olduğundan, əsaslı hesab edilə bilməz. Dəfələrcə Cənab Nazir Mikayıl Cabbrova qəbul bağlı mürəciət etsəmdə bilərəkdən məni qəbul etmirlər. Qəbulla bağlı etdiyim müraciətlərə heç bir cavab verilmir. Fazil Məmmədovun dövründə qanun pozuntusuna yol vermiş vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş yüksək rütbəli vəzifəli şəxslər hələ də fəaliyyət göstərir və onlar məni Cənab Nazirin qəbuluna düşməyə imkan vermirlər. Onların sahibkarlara qarşı etdikləri qanunsuz əməllərinə göz yumulur. Qanusuzluğa yol vermiş vəzifəli şəxlərin maraqları dövlətin və onun sahibkarının maraqlarından üstün tutulur. Bir sahibkar kimi dövlət büdcəsinə küllü miqdarda vergi ödəmişəm. Bu günkü gündə Vergilər Nazirliyində sahibkarın müraciəti araşdırılmırsa və bilərəkdən kobud səhflərə yol verilirsə, sahibkarlara qarşı ikili mövqe tutulursa , dövlət orqanları araşdırmanı öz üzərindən atırsa azad sahibkarlıqdan söhbət gedə bilməz. Nədənsə heç bir dövlət qurumları araşdırmanı lazımınca aparmaq istəmir. Görünür dövlətə və sahibkara dəymiş ziyan heç bir dövlət qurumunu maraqlandırmır. AnaXeber.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25 |
|
|
|
|