"Atam hələ xəstəxanadadır" .....                     Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu .....                     "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." .....                     Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq .....                     Bakıdan Pezeşkiana siqnal göndərildi .....                     Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək .....                     Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik .....                     “Təhsil deyil, biznesdir” .....                     Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? .....                     Gömrük generallarının pensiya QALMAQALI .....                     İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir .....                     "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək .....                     “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." .....                     "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" .....                     Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı .....                     Parlamentdə yeni TƏYİNAT .....                     İrəvandan açıqlama: .....                     "İmam Əli Mərkəzi" casus yuvasıdır .....                     Qızı vermədilər, oğurladılar .....                     Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... .....                     AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq .....                     "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? .....                     Çin ABŞ məhsullarına tarif tətbiq edib .....                     Şəhid anası nazirdən GİLEY EDİR... .....                     Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... .....                     "Bu, bir təsadüf deyildi" .....                     Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb .....                     Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq .....                     Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir .....                     Təhsildə nöqsanlar belə ört-basdır edilir... .....                     Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb .....                     Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? .....                     "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı .....                     “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” .....                     Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... .....                     "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" .....                     "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" .....                     Paşinyanın sirli ABŞ səfəri .....                     Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? .....                     İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq .....                 

Tarixçi alimin Gürcüstana girişini erməni lobbisi QADAĞAN EDİB? - İLGİNC
Tarix: 20-12-2018, 15:21 | Çap et
Tarixçi alimin Gürcüstana girişini erməni lobbisi QADAĞAN EDİB?
Bu günlərdə Türkiyənin “Aydinliq.com.tr” saytında “Türk və azərbaycanlı Qeyri-Hökumət Təşkilatlarının Gürcüstana daxil olmasının yasaqlanmasına etiraz” sərlövhəli yazı dərc olunub.

Adıçəkilən yazıda qeyd edilir ki, Gürcüstanda aralarında Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, iş adamları və jurnalistlərin də olduğu türk və azərbaycanlı şəxslərə tətbiq edilən daxilolma qadağasının davam etdiyi bəlli olub. Qadağa qərarında Gürcüstanda təsirə malik erməni lobbisinin əli olduğu iddia edilir.

Yazıdan məlum olur ki, müxtəlif görüşlər keçirmək üçün Gürcüstana getmək istəyən, aralarında Türkiyə və Azərbaycandan olan QHT nümayəndələri, iş adamları və jurnalistlərin olduğu bəzi heyətlər son zamanlarda ölkəyə buraxılmayıb. Ölkəyə daxil olmasına icazə verilməyən şəxslər arasında Dünya Qarapapaq Türkləri Birliyinin başçısı Erkan Koçali və KARPAT idarə heyətinin üzvləri, Gürcüstan /Borçalı türklərinin liderlərindən professor Kərəm Məmmədli və Gürcüstan/Borçalı əsilli türk iş adamları Muhsin Şaşmaz, Hikmet Karaboğa, Taner Sarıçayır, Aytekin Aydın kimi şəxslərin də adı var.

Qərara etirazını bildirən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin başçısı doktor Seyfullah Türksoy deyib: “Türkiyə və Azərbaycan, Gürcüstana hər cür siyasi və iqtisadi dəstək verdiyi halda, erməni lobbisinin güclü olduğu Gürcüstan Türkiyə və Azərbaycandan minlərlə insanın və bəzi mühüm QHT-lərin ölkəyə daxil olmasını “türkçü” olduqları səbəbilə qadağan elədi”.

TÜRKİYƏ-GÜRCÜSTAN ƏLAQƏLƏRİNİ POZMAĞA ÇALIŞIRLAR

Ömrünün 33 ilini jurnalistikaya həsr etdiyini, çox sayda QHT-nin başçısı olduğunu və bölgəyə dəfələrlə gedib-gəldiyini bildirən Seyfullah Türksoy Türkiyədən və Azərbaycandan olan minlərlə şəxsə qarşı tətbiq edilən qadağa qərarının səbəbini anlamadığını söyləyib. Türksoy qərarın Türkiyə ilə Gürcüstan arasındakı əlaqəni pozmaq istəyən irqçi qruplar tərəfindən və erməni lobbisinin təsiri altında verildiyini güman etdiyini bildirib. O, həmçinin Gürcüstanla ticarəti, bu ölkədə yaşayan türksoylu topulmla əlaqəni davam etdirmək niyyətində olduğunu da vurğulayıb.

Gürcüstanın ölkəyə daxil olma qadağasının səbəbini anlamadıqlarını bildirən QHT təmsilçiləri də problemin həlli üçün Türkiyənin səylərini artırmasını gözlədiklərini söyləyiblər.

Sözügedən məqalədə adı çəkilən Borçalıda doğulub boya-başa çatan tarixçi alim, professor Kərəm Məmmədli ilə telefon bağlantısı yaradaraq, məsələyə aydınlıq gətirməyə çalışdıq.

Kərəm Məmmədli bildirdi ki, iki ilə yaxındır Gürcüstana daxil olmasına qadağa qoyulub və bu günədək həmin qadağa qüvvədədir. Qadağanın rəsmi səbəbi haqda sualımıza isə tarixçi alim belə cavab verdi:

“Əslində tutarlı bir səbəb göstərilməyib. Sadəcə sərhəddə mənə dedilər ki, Gürcüstan hökuməti sizi öz ölkəsinin ərazisində görmək istəmir. Onlardan bunun səbəbini soruşanda isə cavab verdilər ki, sizə heç nə izah etməyə borclu deyilik.

Çox düşünüb-daşındım, amma bu qadağa qərarının səbəbini tapa bilmədim. Mən siyasi partiya sədri deyiləm. Ümumiyyətlə, nə Azərbaycanda, nə də Gürcüstanda heç vaxt hər hansı bir siyasi partiyanın üzvü olmamışam.

Əfqanısatnda xidmət edəndə Partiya Komitəsinin sədri dəfələrlə məni Kommunist Partiyasının üzvü olmağa təşviq etsə də, razılaşmamışam. Ona bildirmişəm ki, heç bir partiyanın üzvü olmaq istəmirəm.

Bundan əlavə, hansısa siyasi təşkilatın üzvü də deyiləm. Bircə, bir ilə yaxın “Borçalı” İctimai Birliyinin sədri olmuşam. İki il əvvəl rəsmi ərizə ilə sədrlikdən istefa verdim. Çünki bu vəzifəni icra etməyə nə vaxtım, nə də səhhətim imkan vermirdi”.

“Amma Gürcüstana girişinizin yasaqlanması səbəbsiz yerə ola bilməzdi. Sizcə, bunun səbəbini nədə axtarmaq lazımdır?” sualının cavabında professor bunları söylədi:

“İnanın ki, hər hansı bir səbəb olsaydı, Gürcüstan hökumətini rahat buraxmazdım. Amma heç bir səbəb görmürəm”.

“Gürcüstanda keçirilən tədbirlərdən birində Azərbaycan türklərinin Gürcüstana gəlmə xalq deyil, həmin torpaqların əbədi-əzəli sakini (aborigen) olduğunu bəyan etmisiniz. Gürcüstana girişiniz bu səbəbdən yasaqlana bilərdimi” sualına Kərəm Məmmədlinin cavabı belə oldu:

“Bunu həmişə, hər yerdə demişəm, deyirəm, yenə də deyəcəyəm!

Sadaxlıda tədbir keçirilirdi, Gürcüstanın Kvemo-Kartli bölgəsinin o vaxtkı qubernatoru Paata Xizanaşvili də orda idi. Həmin tədbirdəki çıxışımda üzümü soydaşlarımıza tutaraq dedim ki, bir zamanlar aşıq Kamandarın “Ana, mən qəribəm, qərib” mahnısı Gürcüstanda dəbdə olsa da, amma mən o mahnıda deyilənləri qəbul etmirəm, çünki siz qərib deyilsiniz, siz bu bölgənin aborigen, yerli, qədim əhalisisiniz və bu torpaqların bütövlüyü və toxunulmazlığı naminə daim gürcü qardaşlarımızla çiyin-çiyinə döyüşmüsünüz.

Sözügedən tədbirdə hətta 1919-cu ilin Ermənistan-Gürcüstan müharibəsi haqda da danışdım. Qeyd etdim ki, həmin müharibədə qəhrəman sadaxlılar gürcü ordusu ilə birgə işğalçı ermənilərə qarşı döyüşüblər və Tiflisi işğal etməyə yollanan erməni ordusunun qarşısını alıblar.

Mən bunları demişəm və yenə də deyəcəyəm. Dediyim faktların hamısı gürcü xronikalarında öz əksini tapıb. Yəni mən nə bunları özümdən uydurmuram, nə də kiməsə qarşı torpaq iddiası irəli sürmürəm

Odur ki, əgər Gürcüstana girişimi buna görə yasaqlayıblarsa, mənim bu qərarı verən şəxslərin ağlına böyük şübhəm var. Çünki həmin ölkənin dövlət dilində yazılan ədəbiyyata istinadən fikir söyləyən alimin bu cür cəzalandırılması heç bir məntiqə sığmır”.

Türkiyə mətbuatının bu işdə erməni lobbisinin əli olduğu mülahizəsinə isə Kərəm Məmmədli belə münasibət bildirdi:

“Əgər Gürcüstan hökuməti erməni lobbisinin sözü ilə oturub-durursa, o zaman yenə də həmin ölkənin dövlət orqanlarının fəaliyyətinə böyük şübhə ilə yanaşmağa məcburam”.

Tarixçi alim Türkiyə mətbuatında vəziyyətin belə davam edəcəyi təqdirdə Türkiyə ilə Gürcüstan arasında münasibətlərin pozulacağı haqda söylənən fikri də şərh etdi:

“Təbii ki, bu vəziyyət iki ölkə arasında münasibətləri poza bilər. Özü də nəinki Türkiyə ilə Gürcüstan, elə Azərbaycanla qonşu dövlət arasındakı münasibətlər də pozula bilər. Sən nəyə görə mənim alimimi öz doğma yurduna, 97 yaşlı ahıl, xəstə anasının yanına buraxmırsan? Buna səbəb nədir? Özü də mənim anam Gürcüstanın əməkdar müəllimidir, həmin ölkədə 60 ilə yaxın müəllimlik edib və iki ildir mən anamı görə bilmirəm. Sizcə, bu haqsızlıq deyilmi?”

“Bu xoşagəlməz vəziyyətdən çıxış yolunu nədə görürsünüz” sualını isə Kərəm Məmmədli belə cavablandırdı: “Bir daha deyirəm, əgər mən o ölkədə hansısa dini cərəyanı təbliğ etsəydim, yaxud Gürcüstanın dövlət təhlükəsizliyinə, ərazi bütövlüyünə qarşı hər hansı bir çıxışım olsaydı, ya da o yöndə fəaliyyət göstərən hansısa təşkilatın üzvü olsaydım, qadağa qərarına etiraz etməyə haqqım olmazdı. Amma ömrüm boyu heç bir separatçılıq fəaliyyətim olmayıb, eləcə də şəcərəmdən olan heç kəs o torpağa xəyanət etməyib.

Mən 18 il Gürcüstan vətəndaşı olmuşam, bu gün yaşlı anam ordadır, əcdadlarımın məzarı o torpaqdadır. Mənim babam Ermənistan-Gürcüstan müharibəsində gürcü ordusunun tərkibində döyüşüb. Atam Gürcüstanın əməkdar memarı olub. Tiflisdəki bir çox tikilinin memarı mənim atamdır. Bu da onların bizə “çox sağ ol”udur?

Açığı, hətta Gürcüstanın özündən həmin ölkəni Avropa Məhkəməsinə vermək təklifi almışam. Amma Avropa Məhkəməsi bu cür məsələlərə baxmır, deyir ki, bu dövlətin daxili işidir. Halbuki, ayrı vaxt Avropa Məhkəmələri insan hüquqları deyə bar-bar bağırır. Məgər, burda insan hüquqları pozulmur?”

K.Məmmədli onu da dedi ki, problemin həllinə nail olmaq üçün müəyyən tədbirlər görmək fikrindədir: “Əslində Gürcüstan hökumətini məhkəməyə verib, cərimə elətdirə bilərdim. Amma bunu etməyə ürəyim gəlmədi. Düşündüm ki, onsuz da yoxsulluqdan əziyyət çəkir, mən də belinə cərimə yükləməyim. Doğulduğum ölkə olduğu üçün belə bir xoşagəlməz məsələ ilə bağlı adının hallandırılmasını istəmədim. Amma hər şeyin də bir həddi var axı. Odur ki, yeni ildən mən də bu məsələyə artıq rəsmi səviyyədə öz etirazımı bildirəcəyəm.

Təbii ki, əvvəlcə Gürcüstan hökumətinə və aidiyyati qurumlara müraciət edib, bu problemin aradan qaldırılmasını tələb edəcəyəm. Çünki Gürcüstan mənim öz evimdir, evimdəki qalmaqalı çölə çıxarmaq istəmirəm. Odur ki, problemi öz aramızda həll etməyə çalışacağam. Onlara deyəcəyəm ki, əgər Gürcüstan dövləti qarşısında hər hansı günahım varsa, gəlib Qırmızı Körpüdə sizə təslim olmağa hazıram. İttihamnaməni üzümə oxuyun ki, günahımın nədə olduğunu bilim. Tam sivil qaydada. Əgər heç bir günahım yoxdursa, hüquqlarımı bərpa edin.

Əgər səsimi eşitməsələr, o zaman artıq beynəlxalq təşkilatlara müraciət etməli olacağam. Görək axırda kim ziyan çəkəcək”.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37
"Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24
“ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21
"Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15
Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12
Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11
İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07
"İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06
Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58
AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51
"Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50
Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25
"Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02
Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55
Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52
Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45
Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43
"Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40
“AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29
"Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18
"44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17
Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15
Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12
İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10
Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04
Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03
Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59
USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49
"Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34
İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29
Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru