Fazil Məmmədovun "silib-süpürdüyü" BANKDA BÖHRAN – “AtaBank” rəhbərliyində ikihakimiyyətlilik yaranıb
Tarix: 1-03-2019, 12:05 | Çap et
Sirr deyil ki, Azərbaycanda bir çox sahələr kimi, bankların da əksəriyyəti oliqarx-məmurların nəzarəti altındadır. Bu məmurlar, nazirlər rəhbərlik etdikləri sahələrə aid, eləcə də biznesləri ilə bağlı maliyyə əməliyyatlarını öz banklarında həyata keçirərək, burdan da xeyli qazanc əldə edirlər. Özlərinə aid bankların olması nazirlərə eyni zamanda dövlət büdcəsindən nazirliyə ayrılmış vəsaitləri müxtəlif maliyyə maxinasiyaları vasitəsilə rahat “silmək” imkanı da yaradır. Büdcədən nazirliklərin təsərrüffat fəaliyyəti üçün ayrılmış vəsaitlərin müəyyən hissəsini bankları vasitəsilə kredit kimi paylayaraq qazanc götürən nazirlər də var. Eləcə də bu banklara müxtəlif mənbələrdən daxil olan vəsaitləri öz yaxın adamlarının adına girovsuz və ya çox dəyərsiz bir girov müqabilində kredit kimi verərək, mənimsənilməsi hallarına da təsadüf olunur.
Əlbəttə, bu cür əməliyyatları “səsiz-səmirsiz” reallaşdırmaq üçün nazirlər adətən öz banklarının rəhbərliyinə yaxın və sözəbaxan adamlarını yerləşdirirlər. Buna görə də oliqarx-nazirlər işdən çıxarılan zaman onların banklarında ciddi böhran yaranır – rəhbərliyi dəyişdirilir, maliyyə problemləri yaşanmağa başlayır, filiallarının sayı azaldılır, bəzən hətta iflasa uğradıqları bəyan olunur.
Məsələn, bir zamanlar ölkənin ən güclü banklarından hesab olunan və sabiq nazir Heydər Babayevə məxsus “Standart Bank”ın taleyi buna əyani sübutdur…
Saytımıza daxil olan məlumatlar oxşar proseslərin sabiq Vergilər naziri Fazil Məmmədova məxsus olduğu bildirilən (bəzi mənbələr əlindən alındığını iddia edir-red.) “AtaBank”da da getdiyini ehtimal etməyə əsas verir.
Belə ki, sayta daxil olan məlumatda “AtaBank”da artıq son dərəcə gərgin vəziyyətin yarandığı iddia edilir.
“Bankla uzun müddət əməkdaşlıq edən müştərilərin də bildirdiyinə görə, bank öz öhdəliklərini artıq yerinə yetirə bilmir. Eyni zamanda bank öz əməkdaşlarına əməkhaqqı belə verə bilmir. Buna görə də əməkdaşlarının 50 faizini ixtisar edib“, -deyə məlumatda bildirilir. Bunun səbəbi kimi isə bankda məqsədli şəkildə ikihakimiyyətliliyin yaradılması göstərilir.
Belə ki, Fazil Məmmədov nazir işlədiyi dövrdə “AtaBank”ın İdarə Heyətinə öz yaxın adamını – bacısı oğlu Dəyanət Quliyevi sədr təyin edib. Ona görə də o, nazir vəzifəsindən azad edildikdən sonra bacısı oğlunun da İdarə Heyətinin sədrliyindən çıxarılacağı, həmçinin bankda kadr “təmizləməsinin” aparılacağı gözlənilib. Hətta bankın rəhbərliyinə sədrin müavini vəzifəsini tutan Etibar Babaşlının gətiriləcəyinə dair söz-söhbət də yayılıb. Ancaq bir ildən çox vaxt keçsə də, gözləntilər özünü doğrutmayıb.
Saytımıza məlumat verən mənbə bunun səbəbini Fazil Məmmədov tərəfindən bankdan götürülmüş külli miqdarda kreditlərin geri qaytarılmaması ilə bağlayır.Sabiq nazirin bacısı oğlunun bankda məsul vəzifədə bir növ “girov” kimi saxlanıldığı iddia olunur. Belə çıxır ki, Fazil Məmmədov bankdan çıxardığı vəsaitləri geri qaytarmazsa, ilk olaraq bacısı oğlu məsuliyyətə cəlb ediləcək.
Mənbənin iddiasına görə, xeyli müddət keçməsinə baxmayaraq, bankdan götürülmüş külli miqdarda kreditlərin banka geri qaytarılmaması “AtaBank”da gərgin vəziyyətin yaranmasına, maliyyə durumunun günü-gündən ağırlaşmasına səbəb olub. Məhz buna görə də, bank öz əməkdaşlarına əməkhaqqı belə verə bilmədiyindən 50 faizə qədər ixtisara getməli olub.
Məlumatda daha bir maraqlı məqam Dəyanət Quliyevin bankda yaranmış ağır durumun məsuliyyətini onun yerinə gətiriləcəyi gözlənilən müavinin – Etibar Babaşlının üzərinə “yükləməsinə” dair iddialardır.
Belə ki, verilən məlumatda bir müddət öncə İdarə Heyətinin sədri vəzifəsinə iddialı olan və “təmizləmə” əmrini haradan aldığı bəlli olmayan sədr müavini E.Babaşlının artıq bu “istəklər”indən əl çəkdiyi bildirilir. Bu, onun D.Quliyev tərəfindən aldadıldığını başa düşməsilə əlaqələndirilir. “İndi “AtaBank”da artıq son dərəcə gərgin vəziyyət hökm sürür. Buna görə də rəsmi orqanlar tərəfindən sədr kimi D.Quliyev sorğu-suala çəkilməyə başlamışdır. D.Quliyev isə öz növbəsində sədr olmasına baxmayaraq, bütün səlahiyyətlərin E.Babaşlıda olduğunu bildirərək, yaranmış vəziyyətə görə onun cavabdehlik daşıdığını göstərib”, - deyə mənbə bildirir.
Onu da əlavə edir ki, D.Quliyevin bunu əvvəlcədən planlaşdırdığı güman edilir. Belə ki, o, bir müddət öncə bütün səlahiyyətləri qeyri-rəsmi olaraq E.Babaşlıya ötürüb. Hətta bank üzrə qəbul edilən qərarların da E.Babaşlı tərəfindən verilməsinə şərait yaradıb.
Sitat: “Məlumata görə, ümumiyyətlə D.Quliyev banka az-az hallarda gəlirmiş və beləliklə E.Babaşlını onun səlahiyyətlərinə sahiblənməyə həvəsləndirirmiş. Bu yolla bankda bütün səlahiyyətləri E.Babaşlıya ötürmüşdür. E.Babaşlı bütün sahələrdə bankı sədr kimi təmsil etmiş, bank adından qərarları özü qəbul etmişdir. Hətta, bankın yuxarı nəzarət orqanlarına da bu prosesdə E.Babaşlıya heç bir iradın tutulmaması da tapşırılmışdır.
Lakin E.Babaşlı bir müddət öncə ona yaradılmış “xüsusi şəraitin” mahiyyətini dərk edib. Və bunun bir tələ olduğunu, gələcəkdə yaranacaq suallara D.Quliyevin deyil, məhz onun cavab verməli olacağını başa düşüb. Buna görə də D.Quliyevə kəskin etirazını bildirərək, vəzifəsindən ayrılmaq istədiyini bəyan edib. Lakin D.Quliyev və onun yaxın ətrafı E.Babaşlını bəlli olmayan vasitələrlə hələlik bankda saxlamağa nail olublar. Deyilənlərə görə, E.Babaşlı ölkənin bir neçə tanınmış banklarına iş üçün müraciət etsə də, D.Quliyev müxtəlif metodlarla onun yolunu kəsib”.
Saytımıza məlumat verən məmbə hazirda “AtaBank”da olan qeyri-müəyyən vəziyyətin davam etdiyini iddia edir.
Bu iddialarla bağlı “AtaBank”ın da, eləcə də İdarə Heyətinin sədri Dəyanət Quliyevin mövqeyini işıqlandırmağa hazırıq./azpolitika.info/
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
• Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01 |
|
|
|
• Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00 |
|
|
|
• AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54 |
|
|
|
• Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47 |
|
|
|
• Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44 |
|
|
|
• 1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40 |
|
|
|
• Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38 |
|
|
|
• Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36 |
|
|
|
• "Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26 |
|
|
|
• Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24 |
|
|
|
• "Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20 |
|
|
|
• Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16 |
|
|
|
• Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11 |
|
|
|
• Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08 |
|
|
|
• Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06 |
|
|
|
• “Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50 |
|
|
|
• Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47 |
|
|
|
• Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40 |
|
|
|
• İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması üçün səylər davam etdirilir - Ermənistan XİN
Bu gün, 11:37 |
|
|
|
• "Baku Network"un rəhbəri “Valday” klubunun Yaxın Şərq konfransında çıxış edəcək
Bu gün, 11:24 |
|
|
|
• “ABŞ Ermənistanda çevrilişin qarşısını aldı..." - “Armtimes”
Bu gün, 11:21 |
|
|
|
• "Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib" - Tahir Kərimli
Bu gün, 11:15 |
|
|
|
• Aİ ölkələrinin hamısı Trampa qarşı çıxdı
Bu gün, 11:12 |
|
|
|
• Parlamentdə yeni TƏYİNAT - FOTO
Bu gün, 11:11 |
|
|
|
• İrəvandan açıqlama: - “Sülh sazişinin imzalanmasına çox yaxınıq”
Bu gün, 11:07 |
|
|
|
• "İmam Əli Mərkəzi" casus yuvasıdır - Nazir
Bu gün, 11:06 |
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
|