Masallıda səhiyyə adına biabırçılıq... - GİLEY
Tarix: 7-08-2020, 10:41 | Çap et
Masallı şəhəri, Sabir küçəsi – 11 ünvanda yaşayan 1983-cü il təvəllüdlü Məmmədova Nuranə Tahir qızı “Dəryaz” qəzeti redaksiyasına müraciət edərək, Masallı rayon Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin baş həkimi Cəlil Nəzərov və həkim-kardioloq (eyni zamanda xəstəxana həmkarlar təşkilatının sədri) İlqar Ramizoğlu tərəfindən üzləşdiyi süründürüməçilikdən şikayətlənmişdir.
N.Məmmədova bildirir ki, iki dəfə insult keçirib, əl arabasında gəzir, ürəyinə kardiostimulyator qoyulub. III-IV dərəcəli ağır xəstədir. Dərman-davasının pulunu çatdıra bilmir. Ehtiyacını qismən də olsa qarşılamaq üçün əlillik statusu və pensiya hüququ almaq məqsədilə baş həkim C.Nəzərova dəfələrlə müraciət edib. Görünür, baş həkimə yanaşmanın “düzgün” yolunu bilmədiyindən, onun “forma-88” sənədi Mərkəzi Tibbi-Sosial Ekspert Komissiyasına göndərilməyib.
Xatırladaq ki, daha əvvəl adları çəkilən vəzifəli şəxslərin Masallı rayonunun Ərkivan qəsəbə sakini Kazımov Kamran Nüsrət oğluna 17.06.2020-ci il tarixli «Sürücülüyə yararlı olmaq barədə tibbi arayış» (TQS – 083) vermələri barədə qəzetimizin internet əlavəsi olan “Deryaz.az” saytında məqaləmiz dərc olunub. Etibarlı mənbədən aldığımız məlumata əsasən hazırladığımız həmin məqalədə arayışı Kamran Kazımovun özünün deyil, qardaşının xəstəxanaya gedərək İlqar həkimdən 100 manata satın aldığı bildirilmişdir. Neyçün ki, Kamran Kazımov anadangəlmə lal-kardır. Mənbə bildirirdi ki, hətta baş həkimin əvəzinə də İlqar Ramizoğlu özü qol çəkib. Arayışın redaksiyamıza təqdim olunan surətindən də bəlli olmuşdu ki, həkimlərin adlarının qarşısındakı təsdiqləyici imzalar eynidir.
Məsələni araşdırmaq üçün İlqar həkimlə telefon əlaqəsi yaradıb münasibətini soruşmuşduq. Sərt şəkildə bildirmişdi ki, arayışı vermişəm, əcəb eləmişəm. Sonra Ərkivan qəsəbə icra nümayəndəliyinin sədri Əhməd Əhmədovla bağlantı qurmuşduq. O da təsdiqləmişdi ki, Ərkivan qəsəbə sakini 28.09.1990-cı il təvəllüdlü Kazımov Kamran Nüsrət oğlu həqiqətən də anadangəlmə lal-kardır. Daha sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Tohid Hüseynova zəng etmişdik. Başçının köməkçisi öz növbəsində bildirmişdi ki, araşdırdığımız bu məsələlərlə bağlı Masallı RİH başçısının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova ilə əlaqə qurmağımız məqsədəuyğundur. Aybəniz Qafarovanın isə nə iş, nə də mobil telefonu cavab vermir. Ən nəhayət, başçının I müavininə telefon açmışıq. Rayon rəhbərliyində ikinci yüksək vəzifəli şəxs sayılan I müavin bu məsələnin ona heç bir aidiyyətinin olmadığını deyib. RİH-nin hüquqşünası Məmmədhüseyn müəllimlə bağlantı qurmuşuq. Məsələ ilə maraqlanacağını vəd etsə də, onun da cavabı ləngiyir.
Masallı RİH-nin başçısı cənab Şahin Məmmədovla telefon əlaqəsi qurmaq cəhdlərimiz də alınmayıb. Nə zəngi götürür, nə mesaja cavab verir.
Maraqlı və eyni dərəcədə acınacaqlı haldır: Görəsən, rayon rəhbərliyi rayon vətəndaşı olan əlil adamı çarəsiz, köməksiz vəziyyətdə qalmasına göz yumurlarsa, başqa vəzifələrini necə yerinə yetiirirlər? Və ümumiyyətlə yerinə yetirirlərmi? Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
• "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48 |
|
|
|
• Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43 |
|
|
|
• "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40 |
|
|
|
• Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29 |
|
|
|
• Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26 |
|
|
|
• “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25 |
|
|
|
• Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18 |
|
|
|
• AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17 |
|
|
|
• "İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16 |
|
|
|
• “ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13 |
|
|
|
• Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11 |
|
|
|
• Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06 |
|
|
|
• Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01 |
|
|
|
• Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56 |
|
|
|
• Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54 |
|
|
|
• Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44 |
|
|
|
• SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37 |
|
|
|
|