“Nar” 2020-ci ilin yekunları ilə bağlı hesabatını açıqladı - FOTO
Tarix: 12-03-2021, 17:00 | Çap et
DİA.AZ: - “Nar” media nümayəndələrinin də iştirakı ilə keçirilən mətbuat konfransında 2020-ci ilin yekunlarına dair hesabatını açıqlayıb. Mobil operator 2020-ci ildə müştəriyönümlü strategiyasına sadiq qalaraq xidmətlərini yeni reallıqlara və müştərilərinin dəyişən tələblərinə uyğunlaşdırıb. Həmçinin “Nar” Vətən müharibəsi və koronavirus pandemiyası ilə səciyyələnən bu ildə rəqəmsal kanalların inkişafına xüsusi diqqət ayrıb və müxtəlif sosial layihələrlə cəmiyyətə dəstəyini davam etdirib.
DİA.AZ xəbər verir ki, ilin ilk rübündən etibarən karantin məhdudiyyətlərini nəzərə alaraq, mobil operator müştərilərin evdən çıxmadan bir çox xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar”ı istifadəyə verdi. Həmçinin onlayn kanallarla nömrə satışları da aktuallaşdı. Belə ki, narsim.az saytı vasitəsilə minlərlə müştəri yeni “Nar” abunəçisinə çevrildi. Ümumilikdə, səyyar xidmət və onlayn satış kanalları üzərindən 8000-dək sorğu icra edildi.
Müştəri təcrübəsinin daha əlverişli olması üçün il boyunca 19 satış nöqtəsi və 3 “Nar” xidmət mərkəzi yeni konseptə uyğun olaraq abunəçilərin istifadəsinə verilib. Məqsəd müştərilərin bütün təmas nöqtələrində vahid və üstün keyfiyyətli xidmət əldə etməsidir. Şirkətin müştəriyönümlü strategiyasının bir parçası olaraq, mağaza və xidmət mərkəzlərinin yenilənməsi bu il də həm Bakı, həm də bölgələrdə davam etdiriləcək.
Mobil operator ötən il boyunca şəbəkə təkmilləşdirməsi işlərinə də davam edib. Ümumilikdə, 150-dən çox yeni baza stansiyası quraşdırılıb ki, bununla da 4G baza stansiyalarının sayı 2700-ü, 3G baza stansiyalarının sayı isə 2800-ü ötüb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 84%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Bundan başqa, ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33% artıb. Bu göstərici üzrə xüsusi artım isə 52%-lə bölgələrdən olan istifadəçilərin payına düşür.
Karantin rejimi müddətində “Nar" müxtəlif kanallar vasitəsilə gücləndirilmiş rejimdə abunəçilərinə xidmət göstərib. 2020-ci il ərzində 777 Çağrı Mərkəzinə 2,5 milyondan çox sorğu daxil olub və onlara ortalama 20 saniyə ərzində cavab verilib. Çağrı Mərkəzinə müraciət etmiş abunəçilərin 85%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinin onlayn çat xidmətinə isə 1 il ərzində 195 mindən artıq sorğu daxil olub. Mobil operatorun rəsmi sosial media səhifələri vasitəsilə 205 mindən çox abunəçinin sorğusuna dərhal cavab verilib.
2020-ci il ərzində müştərilərə göstərilən yüksək keyfiyyətli xidmət sayəsində mobil operatorun müştəri loyallığı indeksi üzrə 30% artım qeydə alınıb. Abunəçilərin seçiminə təsir edən 3 əsas amil zənglər və mobil internet üçün ən yaxşı qiymətlər, şəbəkə keyfiyyətindən razılıq və kəsintisiz zənglər, internet və zənglər üzrə sərfiyyatın hesablanma dəqiqliyi olub. Qeyd edək ki, müstəqil araşdırma şirkətləri tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, “Nar” müştəri məmnuniyyəti indeksi üzrə liderliyini artıq ardıcıl 2-ci ildir ki, qoruyub saxlayır.
2020-ci ildə “Nar” korporativ sosial məsuliyyətli şirkət olaraq cəmiyyət üçün dəstək layihələrinə xüsusi diqqət ayırıb. Mobil operator koronavirusla mübarizə və torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi dövründə fərqli istiqamətlərdə çalışaraq, ümumilikdə 10-dan çox sosial layihə həyata keçirib. İlk növbədə, mobil operator ilin əvvəlindən yayılan pandemiya ilə mübarizəyə dəstək olmaq üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat ianə etdi, tibb işçiləri və xəstələri pulsuz mobil rabitə ilə təmin etdi, eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələr verildi. Bundan başqa, “TƏBİB” ilə bərabər pandemiya dövründə görünməyən qəhrəmanlar haqqında hekayələri bir araya toplayan “Günün Qəhrəmanları” müsabiqəsi reallaşdırıldı.
Vətən müharibəsi dövründə isə “Nar” cəbhəyanı bölgələrdə, həmçinin Gəncə və Bərdə şəhərlərində abunəçiləri üçün ödənişsiz mobil rabitə imkanları yaratdı, cəbhəyanı ərazilərdən müvəqqəti köçürülmüş ailələrə dəstək olmaq üçün onları isti qış geyim dəstləri ilə təmin etdi. Mobil operator həmin bölgələrdə yaşayan istifadəçiləri kəsintisiz rabitə ilə təmin etmək üçün baza stansiyalarının tutumunu genişləndirdi, və səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş rayonlarımızda mobil şəbəkə yaratdı. Qeyd edək ki, son 6 il ərzində “Nar” tərəfindən sosial layihələrin həyata keçirilməsinə ümumilikdə, 6,6 milyon manatdan çox investisiya ayrılıb.
“Nar” 2021-ci ildə də müştəriyönümlü strategiyasını əsas götürərək, bütün xidmət kanalları üzrə daha üstün keyfiyyət, daha sadə və əlverişli məhsullar, daha geniş əhatə dairəli şəbəkə üçün səylərini davam etdirəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Dünən, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Dünən, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Dünən, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Dünən, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Dünən, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Dünən, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Dünən, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Dünən, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Dünən, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Dünən, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Dünən, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Dünən, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Dünən, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Dünən, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Dünən, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Dünən, 15:13 |
|
|
|
|