Əmrullayevin BATIRDIĞI TƏHSİL... - Halına ağlayan lazım...
Tarix: 13-09-2022, 13:02 | Çap et
Bir müddət əvvəl Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi oldu. Cəmi 35 il öncə Azərbaycanda orta məktəblərlə bağlı Maarif Nazirliyi, ali və orta ixtisas məktəbləri ilə bağlı Təhsil Nazirliyi, hətta Dövlət Peşə Təhsili Komitəsi də var idi. Bütün bu komitələri birləşdirib Təhsil Nazirliyi yaradıldı. Allah qoymasa, üstəlik bu yaxınlarda ELM sahəsini, xeyli sayda elmi-tədqiqat institutunu da nazirliyə birləşdirdilər, Elm və Təhsil Nazirliyi oldu. Birincisi cənab nazir Emin Əmrullayev heç təhsil sahəsini düz-əməlli idarə edə bilmirdi. Bundan sonra ELM sahəsini də nə günə qoyacaq, onu bir Allah bilir. Axı, Emin Əmrullayev anlayışı olmadığı riyaziyyat, fizika, kimya və s elmindən institut direktorlarına hansı məsələhəti verə bilər..? Bu adamın konkret ixtisas sahəsi də yoxdur, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini bitirib. Və 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. Hansı siyasi elmlərdən söhbət gedir..? Və bu təhsilin sahibi necə Təhsil və üstəlik də Elm naziri ola bilər..? Nə isə, sözün qısası, cənab Emin Əmrullayev 3 ildir ki, təhsilimizi, indi isə elmimizi qara günə qoymaqla məşğuldur. Bu adamın son bir ildə verdiyi gülməli açıqlamalar onun elm və təhsil səviyyəsini göstərir. Bir müddət əvvəl cənab nazir açıqlama vermişdi ki, məktəblər təhsil vermir və biz bunu bilirik, müəllimlər sinifdə dərs keçmirlər… Əgər məktəblər təhsil vermirsə, müəllimlər sinifdə dərs keçmirlərsə….onda 5000-ə yaxın məktəb nəyə lazımdır..? Onda dövlət, sayı 100 mindən artıq olan müəllimlərə niyə hər ay yüksək maaş verir..? Görəsən, bu suallara cənab nazir Emin Əmrullayev cavab verə bilərmi..? Əgər məktəblər təhsil vermirsə, Təhsil Nazirliyi nəyə gərəkdir..? Onda Emin Əmrullayev niyə nazir kreslosunu zəbt edib..? Hələ bu harasıdır ? Cənab nazir Emin Əmrullayev deyir ki, bəzi müəllimlər sözləri düzgün yazmağı bacarmır: “60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib. Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər “şaftalı” , “anbar” kimi sözləri düzgün yazmır. Nazirin bu açıqlaması cəmiyyətdə ciddi müzakirə olundu və müxtəlif tənqidi fikirlər səsləndirildi. Birincisi, ondan başlayaq ki, söhbət bəzi müəllimlərdən deyil, sınaqdan keçə bilməyən 18 faizdən gedir. İkincisi, şaftalı, yaxud anbar sözünü düz yazmaqla guya yaxşı müəllim olmaq olar..? Yəni təsəvvür edirsinizmi, XXI əsrdə Azərbaycanın təhsil naziri müəllimin savad, bilik, praktiki bacarığını şaftalı sözü ilə müəyyən edir. Lap tutaq ki, müəllim şaftalı sözünü düz yazdı. Bununla müəllimin savadını necə müəyyən etmək olar, ay Əmrullayev..? Deməli, sən təhsil sahəsini bilmədiyin üçün ciddi islahatlar paketindən deyil, şaftalıdan, ya da qarpızdan danışırsan. Adamın yadına kənd təsərrüfatı naziri İnam Kərimovun quzu ilə şəkil çəkdirməyi düşür. Bir sözlə, təhsil nazirimiz Emin Əmrullayev gülməli açıqlamalar verərək məsxərə obyektinə çevrilib. Sonuncu açıqlamasında isə cənab nazir gülüş deyil, ağlaşma obyektinə çevrilib. Belə ki, elm və təhsil naziri Emin Əmrullayev 13 yaşlı məktəbli qızın uşaq dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınmasına belə münasibət bildirib: “Mən heç nə deyə bilmərəm, bu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan iş deyil. Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik”. Emin Əmrullayev başa düşmür ki, o kənd təsərrüfatı, yaxud dəmiryol naziri deyil, təhsil naziridir. Uşaqların tərbiyə olunmasında isə ailə ilə bərabər məktəblər məsuliyyət daşıyır. Axı, təhsillə bərabər, təlim və tərbiyə deyirlər, ay Əmrullayev. Necə yəni mənə dəxli yoxdur..? Biz demirik ki, konkret sən nəsə eləmisən..? Amma… Əmması odur ki, cənab Əmrullayev, bəyənmədiyimiz, adına Allahsız dediyimiz sovet dövründə 13 yaşlı məktəbli, digər məktəblidən uşaq doğsaydı, rayonun bütün rəhbər şəxslərini, təhsil nazirini başqa bir aqibət gösləyərdi. Sözün qısası, bir daha əmin olduq ki, nazir Emin Əmrullayevdən islahat-filan, islahat paketi gözləmək boş quyudan su gözləmək kimidir.. P.S. Hörmətli Emin Əmrullayev, 13 yaşlı hamilə yeniyetmənin uşaq dünyaya gətirənə qədər 9 ay məktəbə gediş-gəlişi olub. İstintaq yaradılmalı, uşağın dərsə davamiyyəti yoxlanılmalı, məktəbin tibb bacısından və məktəbin idman müəllimindən bu məsələlərlə bağlı münasibət öyrənilməlidir. Ola bilməz ki, həmin məktəbin idman müəllimi, o uşağın idman etdiyi dövrdə qarnındakı şişkinliyi görməsin. Bütün fənlər üzrə məktəbin jurnalları yoxlanılmalıdır, test aparılmalıdır. Bu məsələnin sakitçiliklə üzərindən keçmək olmaz. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
• "Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34 |
|
|
|
• Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28 |
|
|
|
• Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25 |
|
|
|
• Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22 |
|
|
|
• FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05 |
|
|
|
• “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59 |
|
|
|
• Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56 |
|
|
|
• “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53 |
|
|
|
• ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45 |
|
|
|
• "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11 |
|
|
|
• Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06 |
|
|
|
• "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02 |
|
|
|
• "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00 |
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09 |
|
|
|
|