Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                     Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər .....                     Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… .....                     TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... .....                     Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? .....                     Sabiq nazir AQTA-nı ifşa etdi .....                     Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub .....                     Azərbaycanda da bu cərimələr silinə bilərmi? .....                     Məktəblərimizdən FRANSAYA axan milyonlar... .....                     "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." .....                     "Biz seyrə balonlarla çıxmaq istəmirik..." .....                     Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... .....                     Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır .....                     "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." .....                     "Fransa kimi əldəqayırma bir dövlətdə... " .....                     Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi .....                     Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub .....                     Bakı tələb etdi, İrəvan razılaşmadı... .....                     FHN 205 minlik tenderi simsar şirkətə verdi: .....                     “Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...” .....                     Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər .....                     “Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” .....                     ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... .....                     "İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır" .....                     Trampın Ağ Evdəki ilk 10 günü .....                     "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" .....                     "BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" .....                     "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır .....                     Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: .....                     Rusiyadan Azərbaycana müsbət cavab .....                     Ermənistanda hərbi hərəkətlənmə: .....                     AŞPA-ya ETİRAZ: .....                     Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək .....                     Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? .....                     ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR .....                 

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib? – Aslanov haqda SENSASİON İDDİALAR
Tarix: 19-12-2022, 12:42 | Çap et
Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Vəzifəsindən uzaqlaşdırılsa da, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Aslan Aslanov haqda iddialar səngimək bilmir. Dövlət Agentliyinə rəhbərlik etdiyi illərdə onun vəzifəsindən sui-istifadə hallarına yol verdiyi, əməkdaşlar arasında ayrı-seçkilik hallarına şərait yaratdığı haqda kifayət qədər faktlar mövcuddur. Bu dəfə KONKRET.az-ın redaksiyasına anonim mənbədən daxil olan faktlar isə Aslan Aslanovun qanunsuz əməllərini ifşa etmək baxımından çox qiymətli material sayıla bilər.

Qeyd edək ki, Aslan Aslanov haqqında hələ onun vəzifədə olduğu vaxtlardan saytımızda dəfələrlə tənqidi məqalələr dərc etsək də, AZƏRTAC-ın direktoru bunlardan heç bir nəticə çıxarmayıb. Görünür, elə ona görədir ki, tutduğu vəzifədən azad edilib. Lakin hesab edirik ki, onun idarəçiliyi zamanı yol verdiyi ciddi nöqsanlar araşdırılmalı, maxinasiyalar varsa, bu zaman mənimsənilən pullar dövlət büdcəsinə qaytarılmalıdır. Biz sadəcə əlimizdə olan faktları dərc edirik, gerisi müvafiq dövlət strukturlarının işidir.

Beləliklə, anonim mənbədən daxil olan məlumata görə, Aslan Aslanovun rəhbərliyi dövründə adı işdə olan, lakin özü Dövlət Agentliyinin dəhlizlərində belə görünməyən, buna rəğmən hər ay hesabına pul yazılan şəxslərin sayı kifayət qədərdir. Məsələn, AZƏRTAC-ın keçmiş Həmkarlar Təşkilatının rəhbəri Azər Əliyevin xeyli boş çekə imza atdırması ilə bağlı tutarlı faktlar mövcuddur.

Novruz Məmmədovun baldızı qızı AZƏRTAC-a necə müxbir təyin edilib?
Azər Əliyev

KONKRET.az-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Azər Əliyev öz oğlu Həsən Əliyevə ildə 500 manat yardım ayırıb. Ancaq AZƏRTAC-ın kollektivi Həsən Əliyevi heç vaxt işdə görməyib. Bundan başqa, Aslan Aslanovun rəhbərliyi dövründə özünə yaxın işçilərə əlavə saatlar yazılıb. Həmin işçilərlə sövdələşmə nəticəsində isə küllü miqdarda vəsait mənimsənilib. Mənbənin verdiyi məlumata görə, Azər Əliyev və Anar Cəlilov həftədə bir dəfə Aslan Aslanovun Şabranda yerləşən villasında təsərrüfat işləri görmək üçün rayona ezam edilib. Anar Cəlilov Aslanovun villasında aparılan təsərrüfat işlərinə rəhbərlik edib.

Digər iddialara görə, Aslanovun evində işləyən xadimələrin pulu da AZƏRTAC-ın hesabına ödənilib. Bununla bağlı ad və soyadlar, eləcə də tutarlı sənədlər mövcuddur. Anonim mənbənin redaksiyamıza göndərdiyi məlumatlara görə, Aslan Aslanovla yanaşı onun həyat yoldaşının yaxın qohumları da AZƏRTAC-da sözün əsl mənasında “at oynadıblar”. Belə ki, yaxın qohumlardan İradə Tağıyeva mühəndis, İlhamə Yusifova isə aparıcı mütəxəssis kimi idarədə ştata salınıblar. İlhamə Yusifova aparıcı mütəxəssis olsa da, nədənsə Aslanov tərəfindən ona xidməti maşın ayrılıb. Məhz Aslan Aslanovun himayəsi ilə jurnalistlər binasında həyat yoldaşının qohumuna ev verilib.

Digər texniki işçi Nərgiz Həsənovanın isə adına kart açılıb. Bu, həmin Həsənovadır ki, Aslanovun evindəki işlərinə də cəlb edilib. İddiaya görə Nərgiz Həsənova ilin bütün bazar günlərini işə çıxarılıb və ona əlavə pul yazılıb. Digər iddiaya görə, Aslan Aslanovun dövründə heç bir dili səlis bilməyən yaxınları tərcüməçi ştatında işə cəlb olunub. Sadəcə olaraq 44 günlük müharibədə qazi olan qardaşını işə götürdüyünə görə həmin faktın üzərinə çox getməyi məqbul saymırıq.

Bundan başqa AZƏRTAC-da adı işdə gedən, lakin üzü görünməyən əməkdaşlardan biri də Aqil Mirzəyev adlı sürücü olub. O, idarə etdiyi “Kia Karnival” markalı avtomobillə yalnız Aslan Aslanovun nəvələrini çox bahalı məktəb sayılan “Landau”ya aparıb. Ümumiyyətlə, idarəyə alınan xidməti maşınlar yalnız Aslanovun ailəsinə və yaxınlarına xidmət edib.

Apardığımız bəzi araşdırmalara görə, Aslan Aslanovun səhhətində yaranan problemlərə görə təyin edilən dərmənlar da AZƏRTAC-ın hesabına ödənilib. Yəqin ki, ölkənin hüquq-mühafizə orqanları bu faktları ciddi araşdıracaq. Ən gülməli və bəlkə də acınacaqlı məqam ondan ibarətdir ki, ildə bir dəfə müalicə masajistinə verilən pul da AZƏRTAC-ın hesabına ödənilib. Apardığımız araşdırmalar zamanı təxmini rəqəmlər də üzə çıxıb. Belə ki, AZƏRTAC-da işə götürülən əməkdaşların 50 faizi Aslanovun öz qohumları, digər yerdə qalan faiz göstəriciləri isə həyat yoldaşının və oğlunun yaxın adamları olub.

Mətbuatda gedən məlumatlardan da məlum olduğu kimi, AZƏRTACA-a məxsus pay torpaqları öz işçilərinə 2000 manata satılıb. Aslanovun qohumlarına bu torpaqlar pay verilsə də, işçilərin pulunu Azər Əliyev yığıb. 40 sot torpaq isə Aslan Aslanovun oğlunun adına rəsmiləşdirilib.

Digər əldə etdiyimiz məlumatlara görə, yeni rəhbərlik AZƏRTAC-ın xarici bürolarında çalışan müxbirləri rotasiya edəcək. Qeyd edək ki, London müxbiri Ramiz Mehdiyevin yaxını Aynurə Tağıyeva, İstanbul müxbiri isə sabiq baş nazir Novruz Məmmədovun baldızı qızı Günel Məlikovadır. Ümumiyyətlə, Aslan Aslanovun Günel Məlikovanı təyin etməsi ilə bağlı təfərrüatlar məmur özbaşınalığının ən bariz nümunəsi kimi dəyərləndirilə bilər.

İddialara görə, Novruz Məmmədovun ciddi tapşırıqlarından sonra təcili olaraq baldızının qızı İstanbula müxbir təyin edilib. Amma əlavə ştat vahidi açılmadığından Günel Məlikovanın pulu idarə daxilində yığılaraq ödənilib. Mənbənin iddiasına görə, işçilərə ayrılan əlavə saatlardan və digər mənbələrdən əldə edilən pulların hesabına Günel Məlikovaya maaş təyin edilib. Sonradan Novruz Məmmədov öz baldızı qızının xatirinə Türkiyə üzrə yeni ştat vahidinin açılmasını məsləhət bilib.

Ümumiyyətlə, son dövrlər AZƏRTAC-da intriqalar son həddə çatıbmış. İddialara görə, həmin intriqaları Aslanovun həyat yoldaşının yaxın qohumları yaradırmış. Yeri gəlmişkən, dövlət başçısı tərəfindən yeni təyin olunan sədr haqqında hələ ki, müsbət fikirlər formalaşıb. Onun bir neçə dildə səlis danışdığı, vicdanlı və əxlaqlı şəxs olduğu haqda kollektivdə çox müsbət rəy mövcuddur.

HAZIRLADI: KONKRET.az-ın Araşdırma Qrupu

P.S. Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18
Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29
"Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23
"Fransa kimi əldəqayırma bir dövlətdə... " - partiya sədri
Bu gün, 06:34
Paşinyandan müharibə bəyanatı: Bu, gözlənilən idi - AKTUAL
Bu gün, 06:28
Təyyarəmizin raketlə vurulmasından Putinin xəbəri olub - BU FAKTDIR!
Bu gün, 06:25
Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
Bu gün, 06:22
FHN 205 minlik tenderi simsar şirkətə verdi: - “Qafqaznet” kimə məxsusdur?
Bu gün, 02:05
“Atamla anam aktrisa olmağıma dəstək verdilər, kaşki...”
Bu gün, 01:59
Bakıda qadın müğənnini bıçaqlayıb xəstəxanalıq etdilər - TƏFƏRRÜAT
Bu gün, 01:56
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı məni acılayıb dedi ki..” - İDDİA+ŞİKAYƏT
Bu gün, 01:53
ŞUŞANIN AZAD OLUNMASI UĞRUNDA DÖYÜŞÜB, MEDAL VERMƏYİBLƏR... – “Elçin Babayev dedi ki, Vətən üçün etmisiniz”
Bu gün, 01:45
"İnstaqramda milyonlarla izləyicin olsa da, əsas televiziyadır"
Bu gün, 00:11
Trampın Ağ Evdəki ilk 10 günü - “Öncə Amerika”, Ukrayna, miqrantlar və...
Bu gün, 00:06
"Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
Bu gün, 00:02
"BAKININ MƏŞHUR İCRA BAŞÇILARINDAN BİRİ MƏNDƏN YAZDIRIR" - Sabiq icra başçısı elə iddia irəli sürdü ki...
Bu gün, 00:00
"Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Dünən, 21:02
Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Dünən, 20:57
Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Dünən, 19:06
Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Dünən, 19:02
AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Dünən, 19:00
Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Dünən, 18:58
Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Dünən, 18:03
ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Dünən, 18:01
Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Dünən, 17:56
Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:48
16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Dünən, 17:45
Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Dünən, 17:36
Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Dünən, 17:28
Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Dünən, 17:26
Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Dünən, 17:23
Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Dünən, 17:09
“Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Dünən, 17:01
Tramp təyyarə qəzasını sabotaj hesab edir
Dünən, 16:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru