Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                     'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı .....                     "Şagirdlərdə əlavə stres yaradır..." .....                     Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... .....                     Beyləqanda Şəhid ailəsinin iztirabları... .....                     İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? .....                     "ABB-də bundan da biabırçı hallar var imiş..." .....                     İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... .....                     Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? .....                     Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar .....                     “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər” .....                     Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi .....                     DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? .....                     Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA .....                     "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." .....                     Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı .....                     Daşaltı əməliyyatından 33 il ötür .....                     Metroda SÜNİ QİYMƏT ARTIMI: .....                     “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” .....                     "Musa küsəyəndir, çantası da qapının ağzındadır" .....                     Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək .....                     AZAL-ın sabiq prezidenti yeni məqamları açdı .....                     Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır .....                     “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” .....                     Çin İrəvana "sarı işıq" yandırıb .....                     Vasif Xatirədən incidiyini etiraf etdi .....                     Əli Əhmədov HƏBS OLUNDU .....                     Qonşularımız pisdir, AMMA... .....                     1 milyonluq dələduzluqdan bəraət almışdı .....                     Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... .....                     Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb .....                     USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı .....                     Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş .....                     İran ÖZÜNƏ YIĞIŞMADI .....                     Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... .....                 

`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` - Müştəriyə "qapı açıq", müştəri deyilsənsə "pul ödə"
Tarix: 25-09-2023, 12:13 | Çap et
`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır`
Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.



Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.



Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20
Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30
DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19
"Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10
Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07
Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04
Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00
“10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46
"Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37
AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23
“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20
Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18
Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16
Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10
Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08
1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06
Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04
Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00
USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09
Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06
İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21
Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05
Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00
Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32
“Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29
Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27
“Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26
"Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20
“Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15
“Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00
Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51
Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru