Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...
Tarix: 16-05-2024, 12:58 | Çap et
Məktəblərdə rus bölməsi üzrə hazırda kifayət qədər yer və pedaqoq ehtiyatı var. Bu barədə jurnalistlərə açıqlamasında Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin sədri Eşqi Bağırov deyib. O bildirib ki, bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. "Müraciət edənlərin sayı isə 10 minə çatıb. Ortalama bu gün üçün tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, müəllim sayı imkan verərsə, ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər", - deyə o əlavə edib. Rus bölməsi üzrə “kifayət qədər yer və pedaqoq var”, anlaşılandı. Amma “ehtiyac olduqca rus bölməsi üzrə sinif sayı artırıla bilər”, heç cür anlaşılan deyil. Yəni, nə? Ölkədə rus mənşəli əhalinin, ailələrin sayımı artır? Yoxsa, rus dili sevdalılarının sayımı? Rusiyadan ölkəmizə rus mənşəli ailələrin deportasiyası, köçü, köçürülməsi olmadığından birinci mümkünsüz görünür. Məsəl var, “bayram deyil, seyran deyil” (müharibə də deyə bilərik), niyə artsın ki, rus ailələrin sayı. Qalır, ikinci ehtimal – rus dili sevdalılarının sayca artımı, bax bu, bizcə üzərində düşünülməli məsələdir; Niyə? Ölkədə qarışıq tipli ailələrin sayı da çox olmamalıdı. Ən azından 1990-cı ildən üzü bəri rus mənşəlilərlə ailə quranların sayında xeyli azalma oldu. İndi də belə hallar tək-tük yaşanır. Məsələni hansı tərəfə çəksək, yenə eyni nöqtəyə gəlirik. Deməli, rus dili sevdalıları azalmayıb. Daha doğrusu, başlarından bu sevda çıxmayıb. Valideynlər qarışıqsız azərbaycanlı olduğu halda övladın rus dili bölməsinə qoyulması üçün necə bir düşüncə tərzi, necə bir “kafa” olmalıdır, izah etmək çətindir. Bunu da deyək – rus bölməsində təhsil keyfiyyətlidir, deyənlərin arqumentlərini uzun illərdir repetitorluq fəaliyyəti ilə məşğul olan təcrübəli müəllimlər inkar edir. Bununla bağlı youtub kanalında istənilən qədər videolar yerləşdirilib. Müəllimlər izah edir mövcud durumu. Maraqlananlar baxa bilər. Azərbaycan dilli məktəblərdə yeniyetmələrin təlim-tərbiyəsi, yetişməsi baxımından hazırkı mürəkkəb dönəmdə müəllimə, böyüyə az-çox hörmət qalıb, uşaqlar nədənsə çəkinir, heç olmasa. Rus bölməsində isə... Oralara çox da müdaxilə etməyək. Bəziləri düzgün anlamayacaq, “diskriminasiya” hesab edəcəklər. Bu, ümumi yanaşmadır, sadəcə. İstisnalar, fərdiliklər həmişə olub, olacaq da. Sual budur ki, rus bölməsinin hansı özəlliyi var ki, valideyn övladını ora yönləndirir? Bir arqument də, bəzi iş yerlərində rus dili bilgisinin tələb edilməsi, vəzifələrə təyinatda rus dili bilənlərin önə çəkilməsidir. Bu arqumentin dırnaqarası durğu işarəsiylə yazılıb-yazılmayacağı da mütəxəssis rəyindən sonra məlum olacaq.
Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, rus bölməsi ilə bağlı iddia olunan arqumentlərin heç biri əsaslı deyil: - Birincisi, gəlin, bu məsələyə diqqət edək. Elm və təhsil naziri Emin Əmrullayev açıq mətnlə bəyan etmişdi ki, rus bölməsi üçün müəllim tapa bilmirlər. 100 vakansiya elan edirlər, cəmi 20 nəfər müraciət edir. İndi isə nazirliyin tabeliyində olan qurumun rəhbəri isə başqa söz deyir. Burada nəsə yerində deyil. İşlər tərs gedir, deyəsən. Ya nazir yalan danışır, ya da Eşqi Bağırov. Bunu aydınlaşdırsınlar. İkincisi, rus bölməsinin, ümumiyyətlə, siniflərinin artırılması, həcminin genişləndirilməsi Azərbaycanın strateji maraqlarına cavab vermir. Dövlət vəzifəsində olan şəxslər də bunu yaxşı bilməli və buna uyğun davranmalıdırlar. Hər bir məmur ağzından çıxan sözə diqqət etməlidir. Azərbaycan bəlli səbəblərdən rus bölmələrini qorumaq məcburiyyətindədir hələ. Amma bu o demək deyil ki, biz geriyə dönüb yenidən Rusiyanın qucağına atılmağa hazırlaşırıq. Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin belə bir strategiyası yoxdur. Azərbaycan müstəqil dövlətdir. Dövlət dili Azərbaycan dilidir. Və dövlət dilində təhsil pulsuzdur, hər kəs üçün icbaridir. Dövlət dilindən qeyri, başqa dillərdə təhsil niyə pulsuz olmalıdır ki? Bəli, Azərbaycan ərazisində yaşayan, bütün digər azsaylı xalqların bütün hüquqlarını tanıyır, o cümlədən də təhsil almaq hüququnu. Bu hüquq Azərbaycan Konstitusiyası ilə təsbit edilib və təmin edilir. Amma dövlət dilindən başqa, qeyri xarici dildə təhsil almaq istəyənlər, buyursun, pulunu ödəsin, təhsil alsın. Rus dili Azərbaycanda heç bir statusa malik deyil. Azərbaycan vətəndaşının ödədiyi vergilər hesabına rus siniflərinin sayını artırmaqdan kimsə danışmasın. Mənim rusların ata-babasına borcum yoxdur ki, burada mənim ödədiyim vergi ilə ruslar üçün havayı məktəb açılsın. Rusiya Azərbaycan dilinə hansı münasibəti bəsləyirsə, biz də o münasibəti bəsləyək, artığı lazım deyil. Rusiya öz ərazisində - azərbaycanlıların da kompakt yaşadığı Dağıstanda hətta Azərbaycan əlifbasının istifadəsinə icazə vermir. Bunu dəfələrlə demişəm. Dərbənddə “Dərbənd” adlı qəzet nəşr olunur. Rusiya qəzetin latın əlifbasıyla dərcinə icazə vermir. Məcbur edir kiril əlifbasıyla nəşr olunsun. Bunun qarşılığında bizim bir məmur çıxıb deyir, rus bölməsinin sayını artıra bilərik. Sən kimə xidmət edirsən, Azərbaycana, yoxsa Rusiyaya? Bu adamlar nə dediklərinin fərqinə varmır. Azərbaycan Prezidentinin strategiyası bu deyil. Ona görə də məsələnin üzərinə yenidən gedilməlidir, nazir açıqlama verməlidir. Və Azərbaycan dövlətinin siyasi kursuna zidd ifadələrə görə cavab verməlidir. Azərbaycanın heç kimin atasına borcu yoxdu ki, onun dilində burada məktəb açsın. Azərbaycanda ümumilikdə 120 min rus yaşayır. Amma orta məktəblərin, liseylərin rus bölməsində 160 minə yaxın uşaq təhsil alır. Rusların ümumi sayından çoxdur bu rəqəm. 120 min rus ailəsinin 20 min rus balası olar. O zaman bu 140 min şagird kimdir və dövlət niyə onları pulsuz təhsillə təmin etməlidir? Rusiya Azərbaycanın dövlət dilini küncə sıxışdırdığı halda biz niyə rus dilinə bu qədər könül veririk? Məmur deyir, zərurət olsa yeni siniflər açıla bilər. Xeyr, bazar deyil bura. Heç kim bu cür yanaşa bilməz bu məsələlərə.
A.Həsrət işə qəbul zamanı rus dili bilgisi tələbinin qoyulması arqumentini də izah etdi: - Hansı işlərdir onlar? Mən deyim, hansı işlərdir və hansı rəhbər işçilərdir. Onlar “rus baş” rəhbərlərdir. Özləri zamanında rus dilində təhsil alıb, indi də ətraflarına rusdilliləri yığmağa çalışırlar. Elə bilməyin, bu, rus dilinə hörmətdən, ya, rus dilinə tələbatdan irəli gəlir. Belə adamlar sadəcə, Azərbaycan dilini, dövlət dilini bilmədiklərini ört-basdır etməyə çalışırlar. Rus dilinə dünyada tələbat yoxdur. Ötən əsrin ortaları deyil. Bütün dünyada tələbat olan dillər ingilis, alman, ispan, çin, yapon və sair dillərdir. Xarici dil öyrənmək üçün 6 ay vaxt lazımdır. Rus dilini bilmək üçün də rus sektorunda təhsil almaq vacib deyil. Mən özüm rus dilini gözəl bilirəm. Amma Azərbaycan dilində təhsil almışam. İngilis dilini də bilirəm, almanca da öyrənmişəm. Xarici dil blmək üstünlükdürsə, məni niyə işə dəvət etmirlər? Ali təhsilim də var. Bilirsiz, bunlar hamısı bəhanədir. Əsassız arqumentlərdir. Sadəcə, qafası rusca çalışanların ortaya atdıqları əsassız iddialardır. Bununla başqalarını da yanlış istiqamətə yönləndirirlər. Ölkəmizdə hazırda ən fəal ictimai təşkilat “Rus evi”dir. Tədbir keçirirlər, orada iştirak edən, deyək ki, 50 nəfərdən 10-u rus, qalanları azərbaycanlılar olur. Bu, Rusiyanın mədəni istilasının davamıdır. Məqsədli şəkildə davam etdirilir. Və təəssüf ki, bizim bəzi məmurlar da bu siyasətə, bilərəkdən, ya bilməzdən xidmət etmiş olurlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46 |
|
|
|
• Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40 |
|
|
|
• Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36 |
|
|
|
• Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32 |
|
|
|
• “Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25 |
|
|
|
• Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21 |
|
|
|
• Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14 |
|
|
|
• “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23 |
|
|
|
• Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00 |
|
|
|
• Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56 |
|
|
|
• Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39 |
|
|
|
• Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17 |
|
|
|
• Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14 |
|
|
|
• Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59 |
|
|
|
• “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55 |
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Dünən, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Dünən, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Dünən, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Dünən, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Dünən, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Dünən, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Dünən, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Dünən, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Dünən, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Dünən, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Dünən, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Dünən, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Dünən, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Dünən, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Dünən, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Dünən, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Dünən, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Dünən, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Dünən, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Dünən, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Dünən, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Dünən, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Dünən, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Dünən, 15:32 |
|
|
|
|