![Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var...](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739252552_888.png)
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ vardır:
Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin zərərli və xüsusi sahələrində, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan, işlədikləri peşə və ya vəzifə adlarının:
Azərbaycan Respublikası NazirlərKabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıslnda olan,bu işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və ən azı 10 il çalışmış qadınlarınyaş həddi 5 il azaldılmaqla yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır.
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaü hüququnun yaranması üçün minimum yaş həddi hal hazırda 60 yaş nəzərdə tutulur. Qeyd olunan şəxslər güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün digər əsas şərtdən biri isə bu zaman şəxsim minimum əmək pensiyası kapitalının olmasıdır.
Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün dövlət orqanı tərəfindən imtina qərarı qəbul edilərsə (praktikada göstərir ki, bir çox hallarda belə əsassız və qanunsuz imtina qərarları da qəbul edilir) və şəxs bu qərardan narazı qaldığı halda, İddia ərizəsi ilə inzibati məhkəməyə müraciət efə bilər.
Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)