![Qızılın qiyməti tarixi rekordunu yenilədi Qızılın qiyməti tarixi rekordunu yenilədi](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739255855_0001.jpg)
Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 2 950 dolları keçib.
Bakı vaxtı ilə saat 05:09-a olan məlumata görə, qızılın qiyməti 1,60% artaraq 2950,3 dollar olub.
Bakı vaxtı ilə saat 05:12-də qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 2953,8 dollara (+1,72%) çatıb.
Bakı vaxtı ilə saat 05:17-də qızılın qiyməti artımını yavaşladıb və bir unsiya üçün 2953,2 dollar (+1,70%) təşkil edib.