
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reaksiya TV-də çıxışında olduqca maraqlı və sensasion sayıla bilən iddialarla çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, Bakıda fəaliyyət göstərən “Rus evi”nin bu yaxınlarda bağlanması məsələsinə toxunub. O cümlədən, rus dilində təhsilin Azərbaycana ciddi təhlükə yaratdığını bildirib.
Sərdar Cəlaloğlu aktyor Bəhram Bağırzadə barədə də danışıb. Onun sözlərinə görə, Bəhram Bağırzadə Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış edir. Sərdar Cəlaloğlu aktyorun bu mövqeyini sərt dillə tənqid etməklə yanaşı, Bəhram Bağırzadəni Rusiyanın “təsir agenti” adlandırıb.
Daha ətraflı videoda: