“Sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, .....                     Netanyahu Hikmət Hacıyevi qəbul edib .....                     General Mədət Quliyevin oğlu yenə soyundu: İndi də şalvarı “yoxa çıxıb” .....                     İstifadəsi və satışı qadağandır, amma ölkədə PEYDA olur .....                     Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi .....                     "Heç kim deməsin ki, xəyanəti bağışlamaram" .....                     Torpaq mübahisəsinə görə Xəzər İH məhkəməyə verildi .....                     Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır. .....                     “Tramp Rusiya və Ermənistanda dəyişikliyə gedir” .....                     Tibbi qurum 3,5 milyon manatlıq dərmanları bu şirkətdən .....                     Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir .....                     İcra başçısı vətəndaşları fərdi qəbul edib .....                     AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır .....                     Məhkəmədən qətl törədən azərbaycanlı ata-oğulla bağlı .....                     Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı .....                     Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. .....                     "Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" .....                     Səidədən QINAQ ATƏŞİ .....                     Daha bir şirkət ləğv edildi .....                     "Bəs ayrılan bu 2 milyon hara gedir?" .....                     "Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb .....                     `MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... .....                     “İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub .....                     “Qara-Qum Holding”in 600 min manata yaxın .....                     Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı .....                     “Ata, Rafiqi deşik-deşik elədim” .....                     Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... .....                     USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb .....                     "Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." .....                     Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər .....                     Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! .....                     "23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" .....                     "Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" .....                     «Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» .....                     Zəngəzur üçün YENİ MODEL .....                     QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... .....                     "Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." .....                     Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... .....                     Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki .....                     Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... .....                 

Efirlərimiz məişət mövzularının meydanına çevrilib - FAKT BUDUR!
Tarix: 16-02-2025, 01:02 | Çap et
Efirlərimiz məişət mövzularının meydanına çevrilib
Azərbaycanda televiziya yayımı ilk dəfə 14 fevral 1956-cı ildə başladı. Həmin gün Bakı Televiziya Studiyası rəsmi olaraq fəaliyyətə başladı və axşam saat 19:00-da ilk televiziya proqramı efirə verildi. Bu, Azərbaycanın televiziya tarixində mühüm bir hadisə oldu.
İlk yayımlar məhdud əhatə dairəsində və qara-ağ formatda həyata keçirilirdi. İlk televiziya aparıcılarından biri Nəcibə Məlikova olub. İlk illərdə proqramlar əsasən informasiya, ədəbi-bədii verilişlər və teatr tamaşalarından ibarət idi.
Sonrakı illərdə Azərbaycan televiziyası inkişaf edərək rəngli yayım sisteminə keçdi, texniki imkanlarını genişləndirdi və müxtəlif tematik kanallar yarandı. Hazırda Azərbaycan televiziya məkanı geniş şəbəkəyə malikdir və müxtəlif platformalar üzərindən yayımlanır. Maraqlıdır, bu gün televiziyamızın mövcud vəziyyəti necədir?

Mövzu ilə bağlı "Sherg.az"in budəfəki müsahibi media eksperti Xatirə Hüseynovadır. Suallarımızı cavablandıran ekspert 14 fevral Azərbaycan televiziyasının yaranması münasibətilə 69 yaşlı ana televiziyamızı, eləcə də bütün həmkarlarını ürəkdən təbrik etdiyini söyləyib.

- Salam, Xatirə xanım. Sizcə, hazırda Azərbaycan televiziyasının durumu hansı səviyyədədir?

- Azərbaycan televiziyasının hazırkı vəziyyətini təhlil edərkən məsələyə kompleks halında yanaşmaq mütləqdir. Həm müsbət, həm də mənfi məqamları nəzərə almaq lazımdır. Son illərdə televiziyamızda texniki baxımdan irəliləyişlər və beynəlxalq standartlara uyğunlaşma müşahidə olunsa da, məzmun baxımından ciddi problemlər qalmaqdadır. Xüsusilə, bir-birinə oxşar eyni formatlı verilişlərin təkrarlanması, yeni maarifləndirici və analitik proqramların azlığı tamaşaçıların haqlı narazılığına səbəb olur. Ekranın əyləncə və məişət mövzularının uzun-uzadı çək-çevir meydanına çevrilməsi ictimaiyyətin tənqid etdiyi əsas məsələlərdən biridir. Bir kəsim isə bu tipli proqramları, əslində, cəmiyyətin tələbinə uyğun təklif kimi dəyərləndirir. Mübahisəli mövzudur. Bununla belə, bəzi kanallar cəmiyyətə faydalı ola biləcək layihələr təqdim etməyə çalışırlar. Son zamanlar televiziyamızda yeni proqramlar, tok-şoular, maraqlı analitik verilişlər də az deyil. Ümumiyyətlə, Azərbaycan televiziyasında daha rəqabətli və keyfiyyətli məzmun yaratmaq üçün yeni yanaşmalara ehtiyac duyulur.

- İctimaiyyət arasında belə bir fikir var ki, televiziya və radiolarda peşəkar maarifləndirici proqramlar çox azdır. Bunun səbəbi nədir? Biz nə vaxta qədər aşağı səviyyəli məişət proqramlarına baxacağıq?

- Televiziyada maarifləndirici proqramların azlığı bir neçə amillə izah edilə bilər. İlk növbədə, televiziya kanallarının kommersiya yönümlü olması, yəni reytinq qazanmaq üçün daha asan və cəlbedici məzmunlara üstünlük verməsi əsas səbəbdir. Digər tərəfdən isə maarifləndirici proqramların hazırlanması daha çox araşdırma və peşəkarlıq tələb etdiyindən, bəzi kanallar bu istiqamətdə sərmayə qoymağa maraq göstərmirlər. Eyni zamanda nəzərə alaq ki, tamaşaçıların böyük bir hissəsi də əyləncəli proqramlara üstünlük verir. Çünki hazırkı dövrdə texnologiyanın inkişafı televiziya auditoriyasının tərkibinə ciddi təsir göstərir. Bu da keyfiyyətli və intellektual məzmunun populyarlığını azaldır. Zənnimcə, günümüzün media siyasəti bu sahəyə daha çox diqqət yetirməlidir ki, nəticədə tamaşaçıya balanslı, çoxçeşidli məzmun təqdim edə bilək.

- Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri, ümumiyyətlə, uşaqlara yönəlik verilişlər ya yoxdur, ya da çox azdır. Yaşlı nəsil uşaq proqramlarının maarifçi gücündən yaxşı xəbərdardır. Belə proqramların sayını artırmaq üçün nə etmək lazımdır?

- Düşünürəm ki, uşaqlara yönəlik proqramların və animasiyaların azlığı bu sahəyə kifayət qədər investisiya edilməməsi ilə bağlıdır. Yerli animasiya və cizgi filmlərinin hazırlanması üçün texniki imkanlar, ssenari yazan mütəxəssislər və maliyyə dəstəyi lazımdır. Hazırda uşaqlar daha çox xarici istehsal olan animasiya və filmlərə baxırlar ki, bu da milli dəyərlərin təbliği sahəsində problemlərə səbəb ola bilər. Bəzən bir cizgi filminin, hansısa bir film qəhrəmanının ötürdüyü mesaj keçilən dərslərdən daha çox uşağa təsir göstərə bilər. Orta yaşlı nəsil yaxşı bilər, bizim formalaşmağımızda uşaq filmlərinin, dostluğu, qayğıkeşliyi, vətənə məhəbbəti tərənnüm edən cizgi filmlərinin rolu danılmazdır. Maarifləndirici uşaq proqramlarının sayını artırmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilsə, bu sahəyə xüsusi diqqət ayrılsa, daha gözəl nəticələr əldə etmək olar. Bundan əlavə, yerli prodüser və rejissorlar bu sahədə qabaqcıl xarici təcrübəni mənimsəyib daha peşəkar məhsul ərsəyə gətirə bilərlər. Beləliklə, gələcək nəsillər üçün milli və keyfiyyətli uşaq kontenti yaratmaq mümkün olar.

- Televiziya kanallarında işarət dili tətbiq ediləcək. Bu, televiziya auditoriyasının dəyişməsinə təsir göstərəcəkmi?

- Televiziya kanallarında işarət dilinin tətbiqi inklüzivlik baxımından mühüm bir addımdır, bu, cəmiyyətin müxtəlif qruplarını ekran qarşısına cəlb edə bilər. Bu addım eşitmə qabiliyyəti məhdud olan insanlar üçün informasiyaya çıxışı asanlaşdıracaq və onların cəmiyyətə inteqrasiyasına töhfə verəcək. Məncə, bu, önəmli bir addım olacaq. Çünki televiziya məzmununa əlçatanlığın genişlənməsi ümumilikdə auditoriyanın profilinə də təsir göstərəcək. Zənnimcə, xüsusilə, xəbər proqramları, ictimai-siyasi tok-şoular və maarifləndirici proqramlarda işarət dilinin tətbiqi vacibdir. Ümumilikdə, bu addım televiziyaya inklüziv və müasir yanaşmanın inkişafına xidmət edəcək, cəmiyyətin diqqətdən kənarda qalan kəsimlərini də kütləvi kommunikasiya prosesinə cəlb edəcək.

- Radio və televiziyalar üçün daha peşəkar kadrların hazırlanması istiqamətində hansı addımlar atılmalıdır?

- Bu məsələyə köklü yanaşmaq vacibdir. İlk növbədə, jurnalistika və kütləvi informasiya vasitələri üzrə təhsil proqramları müasir standartlara uyğun təkmilləşdirilir. Bununla yanaşı, universitetlər və media şirkətləri arasında əməkdaşlıq gücləndirilməli, tələbələr üçün praktiki təcrübə imkanları artırılmalıdır. Həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün jurnalistlərin xaricdə təhsil və təcrübə proqramlarına qatılması stimullaşdırılmalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sahədə ciddi işlər görülür. BDU jurnalist-tələbələrin praktik baxımdan müasir dövrün tələblərinə uyğun yetişdirilməsi üçün Media Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir. Jurnalistika fakültəsində fəaliyyət göstərən Tədris Teleradio Studiyası gənc jurnalistlərin peşəkar vərdişlərini cilalamaq üçün unikal imkanlar yaradır. Peşəkar kadrların hazırlanması təkcə jurnalistika sahəsinin deyil, bütövlükdə media sektorunun inkişafına müsbət təsir göstərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun”
Bu gün, 12:37
Netanyahu Hikmət Hacıyevi qəbul edib - FOTO
Bu gün, 12:33
General Mədət Quliyevin oğlu yenə soyundu: İndi də şalvarı “yoxa çıxıb” - FOTOLAR
Bu gün, 12:30
İstifadəsi və satışı qadağandır, amma ölkədə PEYDA olur – Kameralı eynəklə bağlı Gömrük Komitəsindən ABSURD AÇIQLAMA
Bu gün, 12:27
Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi - FOTO
Bu gün, 12:26
"Heç kim deməsin ki, xəyanəti bağışlamaram"
Bu gün, 12:24
Torpaq mübahisəsinə görə Xəzər İH məhkəməyə verildi
Bu gün, 12:21
Bu gün “qazancını” rəqabət mühitində qazanmayanlar “Turan”a rişxənd yağdırır. - TAPDIQ FƏRHADOĞLU YAZIR
Bu gün, 12:18
“Tramp Rusiya və Ermənistanda dəyişikliyə gedir” - Balasanyan
Bu gün, 12:12
Tibbi qurum 3,5 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 12:05
Qəzaya uğramış AZAL-a məxsus təyyarənin pilotlarının danışıqlarının stenoqramları bütün tərəflərdədir - Lastayev
Bu gün, 11:52
İcra başçısı vətəndaşları fərdi qəbul edib - FOTO
Bu gün, 11:48
AZAL-a məxsus təyyarənin qəzası ilə bağlı texniki ekspertizalar aparılır - Talqat Lastayev
Bu gün, 11:43
Məhkəmədən qətl törədən azərbaycanlı ata-oğulla bağlı YENİ QƏRAR
Bu gün, 11:41
Ceyhun Cəfərovun cəza müddəti bitdi: Azadlığa çıxdı - ONUNLA BƏRABƏR...
Bu gün, 11:38
Bakıda kəşfiyyatçı eynəklərini kimlər satır?.. - KİMLƏR ALIR?
Bu gün, 11:34
"Onlar bu məsələlərə operativ şəkildə reaksiya verirlər" - Rəşad Məcid
Bu gün, 11:29
Səidədən QINAQ ATƏŞİ - “Əvvəllər abır-həya var idi, amma indi...”
Bu gün, 11:22
Daha bir şirkət ləğv edildi
Bu gün, 11:20
"Bəs ayrılan bu 2 milyon hara gedir?" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:08
"Sputnik Armeniya"nın redaktoru müəmmalı şəkildə ölüb
Bu gün, 11:06
`MİSLİ`dən MİSLİ-BƏRABƏRİ olmayan OĞURLUQ... - ETİRAZ
Bu gün, 11:02
“İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub
Bu gün, 10:52
“Qara-Qum Holding”in 600 min manata yaxın - VERGİ BORCU VAR
Bu gün, 10:49
Aİ Ermənistanı “özünə birləşdirməyə” başladı - GƏLİŞMƏ
Bu gün, 10:45
“Ata, Rafiqi deşik-deşik elədim” - Qız atasını öldürən ərini niyə bağışladı?
Bu gün, 10:13
Qazaxlar da söhbəti FIRLADIR: Yekun hesabat DEKABRA QALDI... - AXI NİYƏ?..
Bu gün, 10:02
USAİD müxtəlif ölkələrdə informasiya diversantları hazırlayıb - ARAŞDIRMA
Bu gün, 09:54
"Məhkəmənin qərarına hörmətlə yanaşıram, AMMA..." - deputat
Bu gün, 09:53
Bu ölkələrdəki yüksək inflyasiya bizdə də qiymət artımına səbəb ola bilər - TƏFƏRRÜAT
Bu gün, 09:45
Azərbaycanda AZPARKİNQ GERÇƏKLİYİ: İki dünya bir olsa da... CƏRİMƏLƏNƏCƏKSƏN! - AXI NİYƏ?..
Bu gün, 09:40
"23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır" - Di gedin, qeyd edin... XAİNLƏR!
Bu gün, 09:22
"Hacı Şahin məsələsinin kökü var, "müridlər"i məndən əl çəkmir" - Tənzilə Rüstəmxanlı
Bu gün, 09:18
«Bakı İnzibati Məhkəmənin hakimi Orxan Həsənov cavabdehə vəkillik edir…» - MÜRACİƏT
Bu gün, 09:16
Zəngəzur üçün YENİ MODEL - Nələr var?
Bu gün, 09:12
QAYIBOVUN QÜRUBU: Vaxt yetişib... - Bir neçə gün sonra...
Bu gün, 09:05
"Hansısa xarici təşkilatın vəsaiti hesabına maliyyələşən şəxslərdən..." - ŞƏRH
Bu gün, 08:59
Yasamalda başçının adından toplanan QALAQ-QALAQ PULLAR... - İTTİHAM VAR...
Bu gün, 08:55
Bakı Apellyasiya Məhkəməsinin hakiminə ağır itki
Bu gün, 08:50
Vəkillərin “ƏQRƏB MÖVSÜMÜ”: Haqlıdırlar... - "Çünki analoji münasibəti..."
Bu gün, 08:48
Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi - KİV
Bu gün, 08:42
Bakı-Moskva gərginliyinin SƏBƏBİ: Türkiyə... İLGİNC DETALLAR
Bu gün, 08:38
Çoxnövbəli iş rejiminə görə əmək haqqı... - Ekspert danışır...
Bu gün, 08:32
Xocalı şəhidlərinin qanı yerdə qalmadı - MƏQALƏ
Bu gün, 08:22
Neft işində çalışanların HEÇ DƏ HAMISI XOŞBƏXT DEYİL... Və yaxud "rayon adamı" olan neftçinin işə getmə macərası...
Bu gün, 08:21
Xocalı faciəsi: insanlığa qarşı terror və vəhşilik... - Israfil Kərimovun yazısı
Bu gün, 08:10
Müharibədən öncəki və sonrakı 5 il... - AKTUAL
Bu gün, 08:08
Rusiya və ABŞ Ukraynanı belə bölüşdürəcək... – Zelenski hansını seçəcək?
Bu gün, 07:13
Rusiya Ukrayna şəhərlərini qısa müddətdə məhv edə bilər, amma bunu etmək istəmir - Tramp belə deyir...
Bu gün, 07:10
Ermənistan-Rusiya arasında vəziyyət Qərbin şişirtdiyi qədər pis deyil - ÇÜNKİ...
Bu gün, 06:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru