
Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The National Pulse” xəbər portalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur:
“ABŞ prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır”.
Qeyd edək ki, Ukrayna konstitusiyasına görə, müharibə şəraitində ölkədə Prezident və Ali Radaya seçkilərin keçirilməsi qadağandır.