
Rusiya hərbçiləri Sverdlikov yaxınlığında irəliləməklə Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat arteriyasını kəsiblər.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
Mənbə bildirib ki, əsas marşrut nəzarət altındadır: “Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını əhəmiyyətli dərəcədə pozmağa imkan verir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Kursk vilayətində Ukrayna ilə sərhədi keçib.