
"Avropa Ukraynaya zəmanət altında, borc pul verir. Onu geri alacaqlar. ABŞ isə verdiyi pulları geri almayacaq".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayami şəhərində Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi investisiya forumunda çıxışı zamanı bildirib.
ABŞ lideri əlavə edib ki, Ukrayna hakimiyyəti nadir torpaq elementlərinin işlənməsinə dair razılaşmanı pozub.
"Bizim nadir torpaqlara və bütün bunlara əsaslanan müqaviləmiz var idi və onlar bu sövdələşməni pozdular", - ABŞ prezidenti deyib.
Qeyd edək ki, nadir torpaq metalları dedikdə Mendeleyevin dövri cədvəlinin 17 elementi nəzərdə tutulur. Bura müasir elektronika, optika və yüksək texnologiyalı silahların istehsalında istifadə olunan titan, skandium, sirkonium, prometium, litium, qrafit, nikel, niobium, tantal, vanadium, berillium, itrium kimi metallar daxildir.