
ABŞ dövlət katibi Marko Rubio “ABC News” telekanalına müsahibəsində Ukrayna münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində Rusiyaya mümkün güzəştlərdən danışmayıb.
APA xəbər verir ki, ABŞ rəsmisi bu mövzuyla bağlı suallardan yayınmağa çalışıb.
Rubio bildirib ki, bu sual media üçün deyil.
“Bu, danışıq prosesinə aiddir. Problem bundadır”, - Rubio vurğulayıb.