
ABŞ Prezidenti Donald Tramp 20 min amerikalı hərbçinin Avropadan çıxarılmasına göstəriş vermək niyyətindədir ki, bu da Avropa təhlükəsizliyi üçün əsl kabus olardı.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post”a adı açıqlanmayan mənbələr məlumat verib.
“Tramp administrasiyasının avropalı müttəfiqləri ilə dərinləşən fikir ayrılığı və ABŞ qoşunlarının sayının azaldılması təklifləri qoca qitənin narahatlığını artırıb”, - nəşr yazır.
Qeyd olunur ki, Avropa liderləri Amerika kontingentinin hər hansı ixtisarı baş verərsə, bunun Vaşinqton və Moskva arasında danışıqların nəticəsi olmayacağına dair zəmanətlərə sahib olmaq istəyirlər.