Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Kəşfiyyat məlumatları aşkara çıxdı
Əsas Səhifə > Güney Press > Kəşfiyyat məlumatları aşkara çıxdı

Kəşfiyyat məlumatları aşkara çıxdı


Dünən, 18:36
Kəşfiyyat məlumatları aşkara çıxdı
Rusiya Prezidenti Vladimir Putinin sülh masasından imtina etdiyinə dair proqnozlar verilir. Belə ki, ABŞ-ın yeni administrasiyasının sülh danışıqları ilə bağlı təklifinə Ukrayna Prezidenti Volodimir Zelenski müsbət cavab versə də Putinin bu təklifə isti yanaşmadığı haqda ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Putinin nəyə arxayındır ki, ABŞ Prezidentinin ona uzanan əlini havada qoyur?

Rusiya Ukraynanı tam götürməyi qarşısına məqsəd qoyub? Putin Kiyevə bayraq sancmağı hədəfləyir?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, 3 illik müharibənin sürət tempinə baxdıqda Rusiyanın Kiyevə bayraq taxmaq məsələsi yalnız xülya ola bilər:

“Rusiya bir milyona yaxın əsgər, on milyonlarla texnika və raket sistemləri itirməsinə rəğmən hələ də Donetsk və Luqansk inzibati sərhədlərinə çata bilməyib. Proseslər tədricən ona doğru gedir ki, artıq sadəcə silah, sursat və maliyyə deyil, Qərb dünyasının Ukraynaya əsgər göndərməsinin də şahidi olacağıq. Bu prosesin yaxın perspektivdə baş verəcəyi istisna edilmir. Bu halda Rusiyanın Kiyevə bayraq taxmaq məsələsi bir yana, iqtisadi baxımdan çöküb, dağıla bilər. Hazırda Rusiya vəziyyətdən istifadə edərək özünün bütün geosiyasi məqsədlərinə nail olmağa çalışır. Bir tərəfdən Ukraynanı tamamilə ram edib ələbaxan vəziyyətə gətirmək, silahsızlaşdırmaq, digər tərəfdən NATO-ya üzvlük məsələsini aradan qaldırmaq və daha böyük əraziləri işğal etmək istəyir. Lakin reallıq tamamilə başqadır. Seçkilər dönəmində Rusiya-Ukrayna müharibəsinin tezliklə bitməsindən bəhs edən ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindəki çıxışlarında tamamilə fərqli notlar üzərində danışdı. Rusiyanın bir milyon, Ukraynanın isə 700 min itkisinin olduğunu, dövləti belə idarə etməyin düzgün olmadığını bildirib. Bu, Vladimir Putinə qarşı böyük etirazdır. Yəni Ukraynaya ABŞ daha böyük yardımlar, silah-sursat verə bilər. Beləlikə, Rusiya acınacaqlı duruma düşəcək”.

Politoloqun sözlərinə görə, Donald Tramp Ukraynaya verilən yardımların ədalətli şəkildə olmasını tələb edir:

“Yəni əsas yükün ABŞ-ın üzərinə düşməsini istəmir. Müharibə Avropa sərhədlərində gedir və potensial təhlükə Aİ-ni gözləyir. Nəticə etibarilə onlar daha çox vəsait ayırmalıdırlar. Perspektivdə müharibənin ilin sonuna qədər davam edəcəyi ehtimalı da var. Donald Tramp və Vladimir Putinin görüşündən sonra müharibənin gələcəyi haqqında daha dəqiq danışmaq mümkün olacaq. Məsələdə ABŞ-ın mövqeyi çox həlledicidir. Ukrayna prezidenti Volodimir Zelenski də Trampla dil tapacağından əmindir. Ona görə də tələsik qərarlar vermək doğru deyil. Trampın Ukrayna maraqlarını təkbaşına Rusiyaya satacağını da söyləmək olmaz. Çünki o, təkbaşına hərəkət etmir. Pentaqonun xüsusi xidmət, kəşfiyyat orqanlarının verdiyi konkret təhlillər var. Bunların hamısı prosesdə nəzərə alınacaq. Rusiyanın özünü qalib görməsi Qərb üçün ciddi, ağır nəticələrə gətirib çıxarda bilər. Hətta NATO-nun tamamilə dağılması ilə nəticələnər. Putinin elə əsas məqsədlərindən biri də NATO-nu parçalamaqdır. Donlad Trampın hakimiyyəti dönəmində bunun mümkün olacağını düşünür. Donald Trampın məlum xəbərdarlığı hərbi, maliyyə yardımın artırılması və çox ciddi sanksiyaların tətbiq olunacağını ehtiva edir. Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ehtimalı da var. Bu Kiyevin imkanlarını daha da artırar”.

Geri qayıt