Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > Tramp praqmatik və rasional siyasətçidir
Tramp praqmatik və rasional siyasətçidirBu gün, 07:29 |
ABŞ-nin keçmiş hökuməti, Bayden administrasiyası səlahiyyətlərinin bitməsinə günlər qalmış Ermənistanla strateji tərəfdaşlıq haqqında sazişə imza atdı. ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi, şübhəsiz, çoxsaylı sualların yaranmasına səbəb oldu. Xüsusən, sazişdə “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi artıq ömrünü başa vurmuş Bayden administrasiyasının, o cümlədən bu administrasiyada Dövlət katibi vəzifəsini tutmuş Antoni Blinkenin indiyədək bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürü sayıla bilər. Bayden administrasiyası dünyanın müxtəlif bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin əsas səbəbkarıdır. Son 4 ildə ABŞ-nin addımlarına diqqət yetirdikdə ölkəmizlə münasibətlərində də kəskin dəyişikliyi aydın görmək mümkündür. Çünki Ermənistana birmənalı dəstək Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərdi. Azərbaycan məhz bu illər ərzində Qərb ölkələrinin, ələlxüsus ABŞ-nin əsassız təbliğatları, qarayaxma kampaniyası ilə üz-üzə qaldı. Artıq ABŞ-də Ağ Evdə Donald Tramp əyləşib və ümid edilir ki, Tramp administrasiyası sələfi Baydenin yanlış siyasətini aradan qaldıracaq və Bakı ilə münasibətləri normallaşdıracaq. Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə də bu məqamlara xüsusi toxundu. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulandı. Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Dövlət başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub. Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyev ABŞ-Azərbaycan münasibətlərini qiymətləndirərkən münasibətlərin tarixinə qısa ekskursiya etdi. Deputatın sözlərinə görə, dövlət başçısı müqayisədə Azərbaycanın daima etibarlı tərəfdaş olmasını önə çəkdi: "Ölkə rəhbəri daim Amerika ilə münasibətlərin yaxşı səviyyədə olmasında Azərbaycanın maraqlarını qeyd etdi. Dövlət başçısı yerli mediaya müsahibəsində ABŞ-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq müstəvisində görmək istədiyini ifadə etmişdi. Amma çox təəssüf ki, bəzi hallarda müxtəlif qərarlar ikitərəfli münasibətlərdə xoş olmayan izlər buraxır. Bayden hakimiyyəti də ABŞ-Azərbaycan münasibətlərində belə bir hal yaşatdı. Məhz Bayden dönəmində Azərbaycana qarşı fəaliyyəti dondurulmuş 907 düzəlişin fəaliyyəti yenidən bərpa edildi. Halbuki Bakı bunun tamamilə ləğv olunmasını gözləyirdi. Çünki 907-ci düzəliş qəbul edildiyi andan qərəzli qərar sayılır. Qarabağ ətrafında baş verən hadisələr zamanı zərərçəkən də, hüquqları pozulan da birbaşa azərbaycanlılar idi. Torpağı işğala məruz qalan Azərbaycan idi. Ancaq Amerika Birləşmiş Ştatları bizim hüquqlarımızı məhdudlaşdıran qərarlar qəbul etdi. Belə bir qərar separatçılar əleyhinə qəbul edilməliydi. Bu addımlar ABŞ-Azərbaycan münasibətlərinə kölgə saldı. Prezident də bunu açıq şəkildə vurğuladı". Parlamentari qeyd edib ki, hazırda Amerika Birləşmiş Ştatlarının tarixində yeni bir mərhələ başlayır: "Bu, Donald Tramp dövrüdür. Tramp praqmatik və rasional siyasətçidir. Ona görə də Azərbaycanın Tramp hakimiyyətindən gözləntiləri çoxdur. Əminik ki, Tramp dövründə Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qədər qalxacaq. Əlbəttə, bu saziş işlək bir saziş olmalıdır, hər iki ölkənin maraqları bunu zəruri edir. Ermənistanın Bayden hakimiyyəti ilə imzaladığı sazişin isə beynəlxalq hüquqi əsası yoxdur. Regionda Azərbaycanın iştirakı olmadan digər münasibətlər yüksək səviyyədə ola bilməz. Regionun kommunikasiya reallığı, geostrateji gerçəkliyi Azərbaycanla bağlıdır". Geri qayıt |