Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL:
Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL:Dünən, 17:22 |
“Sevil” operasından “Dilbərin ariyası”nı ifa edən müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində opera ifaçılarından təşəkkür gözlədiyini bildirib. Müğənninin sözlərinə görə, məhz bu ifadan sonra hansısa bir ariya sosial şəbəkələrdə viral olub: “Mən ariya oxuyanlardan təşəkkür gözləyirdim. Amma qınaq eşitdim, bilmirəm niyə? Məncə, mənə təşəkkür etməliydilər. Çünki “TikTok”-da bu günə qədər bir dənə ariya qabağınıza çıxmışdı? “İnstagram”da, “TikTok”-da bu qədər danışılmışdı? Amma bu gün danışılır. Neçə ildir verilişiniz gedir, ariya oxuyanlardan danışmışdız? “Dilbərin ariyası” bu günə qədər səslənmişdi, səslənməmişdi? Bu gün burada səslənir. Neçə verilişdir ki, bu haqda danışılır. “Dilbər ariyası”nı, sırf mənim paylaşdığım hissəni bu gün çox insan əzbər bilir. Hələ “YouTube”-a qoyulmayıb. Yalnız “TikTok”-a qoyulub və bu qədər böyük kütlə tərəfindən dinlənilib”. Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Respublikanın Əməkdar artisti, Opera və Balet Teatrının solisti Fərid Əliyev bildirib ki, bu cür sözlərə ehtiyac yoxdur. Fərid Əliyevin sözlərinə görə, opera sənətini və ariyalarını populyar etmək lazım deyil, opera sənəti əsrlərdir yaşayır və yaşayacaq: “Mən heç tanımıram ki, o kimdir. Nə adını bilirəm, nə üzünü görmüşəm. “Dilbərin ariyası”nı çox adam oxuya bilər. Onun çox güclü ifaçıları var. “Dilbərin ariyası” Vəfa xanımdan əvvəl də populyar olub və sonra da olacaq. Vəssalam. Heç kəsi pisləmək istəmirəm. Dediyim kimi, nə görmüşəm, nə də eşitmişəm. Lakin bu cür sözlər də deməyə ehtiyac yoxdur. Amma məşhur edibsə, çox sağolsun. Mən nə deyə bilərəm? O, “Dilbərin ariyası”nın bəstəkarının kim olduğunu bilir? Opera sənətini və ariyalarını populyar etmək lazım deyil. Opera hamısından qabaq populyar olub. Neçə əsrlərdir yaşayıb və yaşayacaq da”. Geri qayıt |