Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ermənistanın ikibaşlı oyunu:
Ermənistanın ikibaşlı oyunu:Dünən, 17:41 |
Politoloq Suren Sarkisyan Çinlə Ermənistan arasında siyasi münasibətlərdə mövcud olan problemlərdən danışıb. “Cebheinfo.az”-ın məlumatına görə, Sarkisyan sosial mediada 7 aya yaxındır Çinin Ermənistanda səfirinin olmadığını yazıb və bunun səbəblərini açıqlayıb. Ekspertin təhlilləri bu “soyuqluğun” həm Çinin, həm də Azərbaycanın regiondakı maraqları ilə əlaqəli olduğunu göstərir. “1. Birincisi, yüksək səviyyədə təminat verilsə də, Ermənistan “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərmir və onun bir hissəsi olmaq üçün heç nə etmir. Bu baxımdan, Çinin yanaşması kifayət qədər aydındır. Layihəyə dost olan dövlətlər var, bir də onun əleyhinə olanlar. 2. Ermənistan faktiki olaraq fəaliyyətini dayandırmış Çin əleyhinə Dini Azadlıq Alyansının bir hissəsi olaraq qalır. ABŞ-nin keçmiş dövlət katibi Pompeo özü onun anti-Çin xarakterini təmsil edirdi. Alyansın 4 ildən artıqdır ki, fəaliyyət göstərməməsinə baxmayaraq, Ermənistan formal olaraq onun tərkibində qalır. 3. Onu da xatırlamaq lazımdır ki, Ermənistan Tayvan rəsmiləri ilə hər hansı birbaşa əlaqədən çəkinmək öhdəliyi olduğu halda, Tayvanın iqtisadiyyat nazirini qəbul etmiş bir ölkədir. Tayvan məsələsi Çin üçün ən həssas məsələdir və burada vahid Çin prinsipindən başqa heç bir fikrə dözmür. Bütün bunlardan sonra çinli həmkarlarımızın yanaşması kifayət qədər məntiqli və haqlıdır”, - deyə ekspert qeyd edib. O, həmçinin əlavə edib ki, fövqəlgüclərə bu cür yanaşmaq olmaz. Suren Sarkisyanın açıqlaması böyük Çinlə “cırtdan” Ermənistan arasında görünməyən gərginliyin olduğunu deməyə əsas verir. Hər üç bəndinin təhlili Çinin Ermənistandan kifayət qədər narazı qalması üçün amillərin mövcud olduğunu təsdiq edir. İlk növbədə, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına dair öhdəliyi yerinə yetirməməsi “Bir kəmər, bir yol” layihəsinin orta hissəsinin reallaşmasına mane olur. Yəni Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat-kommunikasiya əlaqəsini təmin edəcək “Orta dəhliz”in Zəngəzurdan keçən hissəsinin blokda saxlanılması Çinin regiondakı maraqlarına zərbə vurur. Bu səbəbdən, Çin Ermənistanla əməkdaşlığa müsbət yanaşmır. Hətta Pekinin 7 ay ərzində İrəvana səfir göndərməməsi iki ölkə arasındakı münasibətlərin diplomatik əlaqələrin dondurulması həddinə qədər zəiflədiyi qənaətini yaradır. Çin layihəyə dost olan, yəni Zəngəzur dəhlizinin açılmasını tələb edən Azərbaycanla əməkdaşlığa üstünlük verir. Ermənistan isə “Bir kəmər, bir yol”a dost olmayan ölkədir. Son illər Cənubi Qafqaz ölkələrindən Azərbaycanın və Gürcüstanın Çinlə daha çox yaxınlaşması müşahidə olunur. Ermənistan isə Çinlə əməkdaşlığa səy göstərmir. Pekini Ermənistandan narazı salan digər amil Nikol Paşinyan hakimiyyətinin Çinin dünyada ən başlıca rəqiblərindən biri olan Hindistanla strateji tərəfdaşlıq etməsidir. Hətta Hindistanın Ermənistanı sürətlə silahlandırması daha çox “Bir kəmər, bir yol” layihəsnin reallaşmasına mane olmaq üçün Azərbaycanla sərhəddə, o cümlədən Zəngəzur istiqamətində münaqişə yaratmaq məqsədi daşıyır. Hindistanla tərəfdaşlıq Ermənistanın xarici siyasət prioritetləri sırasında mühüm yer tutur. Bu baxımdan, Ermənstan Çinin Cənubi Qafqazdakı maraqlarına qarşı açıq mübarizə aparır. İkinci səbəblə bağlı demək olar ki, Beynəlxalq Dini Azadlıq Alyansı 2019-cu ildə ABŞ tərəfindən yaradılıb. Çində və İranda insan haqlarının və dini azadlıqların boğulmasına qarşı yönəlmiş bu qurumun fəaliyyəti nəzərə çarpmır. Amma ABŞ-də Donald Trampın prezidentliyə başlamasından sonra Çinə və İrana qarşı mübarizə fonunda sözügedən alyansın aktivləşəcəyi istisna olunmur. Lakin Ermənistan bu məsələdə ikibaşlı mövqe nümayiş etdirir. Yəni Çinə münasibətdə ABŞ-nin mövqeyini dəstəkləsə də, İranla strateji əməkdaşlıq siyasəti yürüdür. Eyni zamanda, Qərbyönlü siyasi kurs seçən Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalaması rəsmi İrəvanın anti-Çin düşərgəsində yer alması deməkdir. Bu isə Çinlə Ermənistan arasında siyasi uçurumu dərinləşdirə bilər. Suren Sarkisyanın qeyd etdiyi üçüncü səbəbə gəlincə, bu məsələdə Ermənistan Çinin ərazi bütövlüyünə qarşı çıxır. Azərbaycan isə vahid Çin prinsipini dəstəkləyir. Bu barədə ötən ilin iyul ayında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” imzalanıb. Ermənistan Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Tayvanın müstəqilliyinin tanınmasında daha çox maraqlı görünürdü. Çünki Qarabağın Azərbaycandan ayrılması üçün Ermənistana presedent lazım idi. Lakin Qarabağda qondarma rejimin ləğvi və ermənilərin könüllü şəkildə Azərbaycandan köçməsindən sonra Paşinyan hökuməti vahid Çin prinsipini dəstəklədiyini bəyan edir. Tayvanın iqtisadiyyat nazirinin İərvana səfəri barədə S.Sarkisyanın açıqlaması Paşinyanın bu məsələdə ikili mövqedən çıxış etdiyini və ABŞ-nin siyasətini dəstəklədiyini deməyə əsas verir. Bu da öz növbəsində, Çinlə münasibətlərində diplomatik böhrana səbəb ola bilər. Geri qayıt |