Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək
Əsas Səhifə > Güney Press > Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək

Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək


25-01-2025, 16:37
Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək
Ötən ilin sonlarında Əsəd rejiminin devrilməsindən Suriyada yeni hakimiyyət qurulub. Əhməd əl-Şaranın rəhbərlik etdiyi hakimiyyət artıq xarici dövlətlərlə əlaqələr qurmağa başlayıb. Müşahidəçilər deyir ki, yeni hakimiyyət region ölkələrinə, həmçinin digərlərinə müsbət mesajlar verirlər.

Hazırda Suriyada dövlət sturukturlarının bərpası, iqtisadiyyatın dirçəldilməsi, insanların sosial vəziyyətinin yaxşılaşdırılması və digər işlər üçün addımlar atılır. Türkiyə də prosesə yaxından dəstək verir.

Azərbaycan Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra qurulan hakimiyyətlə əlaqələr qurub. Xarici işlər nazirinin müavini dekabrın son günlərində Suriyada olub və bu ölkənin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşüb.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Azərbaycanın bu yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğu bildirilib. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub. Ertəsi gün Azərbaycanın Suriyaya ilk humanitar yardım karvanı yola düşüb.

Azərbaycanla Suriya arasında diplomatik əlaqələr 1992-ci ilin mayında başlanıb. Ancaq vətəndaş müharibəsinin başlamasından sonra əlaqələr kəsilib. Hazırda Azərbaycanın Suriyada səfirliyi yoxdur, ancaq səfirliyin yenidən açılması nəzərdə tutulub.

Əsəd rejiminin süqutundan sonra bölgədə yaşayan azərbaycanlıların və Azərbaycanəsilli türkmənlərin (bəzi mənbələrdə türkmanlar - red.) vəziyyəti də ən çox müzakirə edilə mövzulardandır.

Modern.az-a danışan Suriya Türkmən Eli - Azərbaycan Dostluq Cəmiyyətinin və Suriya Türkmən Həkimlər Birliyinin sədri Muxtar Fatih Beydili bildirib ki, Əsəd rejiminin süqutundan sonra sonra bölgədə elə də böyük xaos yaranmayıb:

"Türkmənlər yaşadıqları bölgədən asılı olaraq müxtəlif vəziyyətlərlə üzləşirlər. Şimaldakı türkmənlər ümumiyyətlə Türkiyənin dəstəyi ilə öz təhlükəsizliyini təmin etməyə çalışır. Rejimin nəzarətində olan bölgələrdə qalan türkmənlər əvvəlcə daha çox təzyiq və assimilyasiya siyasətinə məruz qalmış, sonra isə rejimin süqutu ilə birlikdə öz ləyaqət və azadlıqlarına qovuşmuşlar. Əvvəllər rejimin zülmü nəticəsində yaranan iqtisadi çətinliklər və miqrasiya təzyiqləri türkmənlərin ən böyük problemlərindəndir".
Ətraflı

Qeyd edək ki, Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd Latakiya əyalətinin Türkmən dağları deyilən hissəsində, habelə Hələb, İdlib, Homs, Tartus və Dəməşq regionlarında yaşayan türkmənlərin dəqiq sayı məlum deyil. Müxəlif mənbələrə görə, türkmənlərin sayı 1,5 – 3,5 milyon nəfər arasında dəyişir.

Suriyada Əsəd rejimi ərzində türkmənlərə öz dillərində qəzet-jurnal dərc etmək və yazmaq qadağan edilmişdi. Hökumət onları milli azlıqlar kimi tanımırdı.

Beydili deyir ki, türkmənlərin ata-baba yurdu olan Hələbdə Azərbaycan türkləri var, İmadəddin Nəsiminin məzarı isə Hələb şəhərində yerləşir. Azərbaycanlılar ümumiyyətlə türkmənlərlə qarışıq yaşayırlar. "Onların əhalisinin sayı dəqiq bilinməsə də, kiçik bir icma olduğunu söyləmək olar. Hələb və ətraflarında türkmənlər daha çox yaşayır. Əslində Suriyada insanlar bütün türkləri türkmən kimi tanıyır, ona görə də orada heç kimə azərbaycanlı deyilmir. Orada hamı özünü türkmən kimi təqdim edir. Bəzi adamlardan ətraflı soruşanda deyirlər ki, mənşəyi Azərbaycandandır, Qafqazdandır.", - o qeyd edib.

Yeni hakimiyyətin formalaşmasından sonra Suriyada şəriət dövlətinin yaranacağı barədə iddialar yayılır. Ancaq Fatih Beydili bu iddiaları yalan adlandırır:

"Suriyada şəriət qanunlarına əsaslanan dövlət qurmaq istəyən yeni hökumət yoxdur və bu iddialar yalandır. Əhməd Şəra bunu hər görüşdə deyir. Ümumilikdə Suriyanın etnik və məzhəb müxtəlifliyi belə bir dövlətin qurulmasını çətinləşdirir. Hələb kimi bölgələrdə hazırda belə bir radikal transformasiyanın heç bir aydın izi yoxdur. Camaatın əksəriyyəti bu tip idarəetmə modelindən uzaq durur".

Birliyin sədrinin sözlərinə görə, hakimiyyətə gələn qüvvələrlə türkmən icması arasında hələlik rəsmi görüş olmayıb: "Yeni hökumət türkmənlər də daxil olmaqla bütün etnik qruplarla danışıqlar aparır və onların hüquqlarını müdafiə etmək, yerli səviyyədə nüfuz sahibi olmaq üçün səylər göstərir".

O deyir ki, Türkiyə ilə yeni hakimiyyət arasında çox yaxşı əlaqələ var: "Türkiyə ilə keçmiş Suriya rejimi arasında münasibətlər illərdir gərgindir. Türkiyənin müxalifəti dəstəkləməsi buna səbəb olmuşdu. Ancaq son vaxtlar hökumətin yeni lideri Əhməd-Şara Türkiyə ilə çox yaxşı münasibətdədir. Türkiyə ilə Suriyanın əlaqələri çox sıx olduğu üçün xalq arasında qohumluq və s. əlaqələr var".

Vətəndaş müharibəsi illərində Suriyadan Azərbaycana gedən türkmənlərin olduğunu deyən Beydili onların qayıdıb-qayıtmadığı barədə məlumatın olmadığını bildirib. O deyir ki, gedən şəxslərin qayıdışlar fərdi seçimlərdən və ərazidəki təhlükəsizlik vəziyyətindən asılıdır.

"Türkmənlərin yeni hökumət daxilində siyasi fəaliyyəti indi kifayət qədər məhduddur. Lakin mart ayından sonra bütün Suriya xalqının, o cümlədən etnik qrupların milli toplantısı olacaq. Görüş olacaq və təbii ki, türkmənlər də orada olacaqlar", - Birlik sədri qeyd edib.

Geri qayıt