Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Məmurdan aylıq 2000 manat aliment tələb olunur
Məmurdan aylıq 2000 manat aliment tələb olunur27-01-2025, 17:31 |
Parlamentin əməkdaşı ilə bağlı aliment qalmaqalı yaranıb. Bununla əlaqədar hazırda məhkəmə prosesi gedir. Bizimyol.info xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin eksperti Sayad Qılıcovdan keçmiş alimentlə əlaqədar keçmiş həyat yoldaşı şikayətçidir. Səbəb isə onun tələb olunan məbləğdə alimenti ödəməyi ödəməkdən imtina etməsidir. İki yaşlı uşağa görə Sayad Qılıcov aylıq 500 manat aliment ödəməyə razılıq verib. Keçmiş həyat yoldaşı Esmiralda Bayramova isə ondan aylıq 2000 manat tələb edir. O, hesab edir ki, uşağın normal qidalanması, geyimi, bağçası və s. xərclərinin qarşılanması üçün 500 manat çox azdır. Həm də Sayad Qılıcovun övladına aylıq 2000 manat aliment ödəmək üçün kifayət qədər maddi imkanı var. Birinci instansiya məhkəməsi Sayad Qılıcovun aylıq 700 manat aliment ödəməsi barədə qətnamə çıxarıb. Onun keçmiş həyat yoldaşı bu qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. O, aliment məbləğinin artırılmasını tələb edir. Uzun müddətdir ki, məsələ apellyasiya məhkəməsində araşdırılır. Sayad Qılıcov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində işləməklə yanaşı, həm də Vəkillər Kollegiyasının üzvüdür. O, 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Sayad Qılıcov Ali Məhkəmənin hakimi İlqar Qılıcovun oğludur. O, 2001-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2006-cı ildən Ali Məhkəmənin hakimidir. Geri qayıt |