Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da...
Əsas Səhifə > Güney Press > Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da...

Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da...


27-01-2025, 19:10
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da...
“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni məhv edəcək”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Qərbə yönəlməsini şərh edərkən deyib. "Onlar indi Avropa İttifaqı ilə oynamağa başlayıblar. Bu, çox təhlükəli bir oyundur. O Ermənistanı məhv edəcək, onu orada sakitləşdirin", - Belarus prezidenti bildirib.
Lukaşenkonun bu sözləri bir növ xəbərdarlıq xarakteri daşıyır...

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uzun müddətdir ki, Ermənistan rəhbərliyi çox açıq formada təkcə Rusiya əleyhinə deyil, eyni zamanda Belarus qarşı da çox ciddi fəaliyyət göstərir: “Bu da əlbəttə ki, Belarus dövlət rəhbərliyində Nikol Paşinyanın “sorosçu” hakimiyyətinə qarşı qəzəbi artırmış olur. Lukoşenko bununla artıq necənci dəfədir ki, xəbərdalığını edir. Bearus rəhbərliyi əm Rusiyanın Ermənistandan narazılığını ifadə etmiş olur, həm də Nikol Paşinyan hakimiyyətinə nifrətini açıq formada göstərir”.

“Ermənistan hakimiyyəti də antibelarus kompaniyadan geri qalmır. Ermənistan hakimiyyətinə bağlı olan bütün media resusrslarında aparılan kampaniyalarda Belarus dövlətinə, Belarus rəhbərliyinə qarşı siyasi nifrət leksikonundan istifadə etməyə çalışırlar”-deyən Tural İsmayılov qeyd edib ki, digər tərəfdən həm də Belarus rəhbəri Ermənistana xatırlatma edir.

“Bu gün Ermənistana Qərbdən nə qədər dəstəklər olsa da, nə qədər provakasiyalara təhrik edilsə də ortada obyektiv reallıq var. Bu obyektiv reallıq ondan ibarətdir ki, bu gün Ermənistanın Gümrü şəhərində Ermənistanın hərbi bazası var. Eyni zamanda Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır”-deyən ekspertin fikrincə, Lukoşenkonun xəbərdarlığı həm də o deməkdir ki, Ermənistan-Rusiya münasibətlərinin dalana dirənməsi Ermənistan üçün çox ciddi iqtisadi çətinliklərə və böhranlara səbəb ola bilər.

“Bu səbbədən də Lukaşenko bu xəbərdarlığı Ermənistana edib. Ermənistan münasibətləri tənzimləmədikcə həm iqtisadi, həm də bir çox baxımdan çox ciddi bir böhran vəziyyətinə düşüb. Bu da Ermənistanın dövlət olaraq məhvinə gətirib çıxara bilər”-deyə Tural İsmayılov əlavə edib.

Geri qayıt