Əsas Səhifə > Güney Press > Ermənistan Aİİ-də özünü yaxşı hiss edir

Ermənistan Aİİ-də özünü yaxşı hiss edir


Bu gün, 16:02
 Ermənistan Aİİ-də özünü yaxşı hiss edir
Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü yaxşı hiss edir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

Baş nazirin sözlərinə görə, bunu rəqəmlər sübut edir.

"Lakin eyni zamanda, erməni xalqının bir hissəsinin Ermənistanın gələcəyi üçün variantlar formalaşdırmaq istəyini görməzdən gələ bilmərik", - o bildirib.

N.Paşinyan qeyd edib ki, ölkə balanslaşdırılmış xarici siyasət yürüdür.

Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Avropa ölkələri ilə bazarların açılması Ermənistan üçün Aİİ ölkələri ilə bazarların bağlanması deməkdir.

O, həmçinin qeyd edib ki, Ermənistanın Aİİ ölkələri ilə ticarəti ötən il 12 milyard dollar təşkil edib ki, bu da Ermənistanın Avropa İttifaqı ilə ticarət həcmindən dəfələrlə çoxdur.

Geri qayıt