Əsas Səhifə > Güney Press > Gecə vaxtı yerinə yetirilən işlərə...

Gecə vaxtı yerinə yetirilən işlərə...


Bu gün, 08:28
Gecə vaxtı yerinə yetirilən işlərə...
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına son dövrlərdə bu barədə coxlu müraciətlər daxil olur.
Gecə vaxtı yerinə yetirilən işlərə, iş norması vaxtından artıq işlərə, istirahət, iş günühesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə - hansı işçilərin cəlb edilməsinə yol verilmir?
Edilən müraciətlər və onların analizi təsdiq edir ki, Əmək Məcəlləsi ilə tənzimlənməsinə baxmayaraq bu əmək münasibətilə əlaqədar işçilərin hüquqları pozulur. Əmək Məcəlləsi ilə nəzərdə tutulan aşağıdakı maddi hüquq normaları düzgün tədbiq olunmur, xüsusən də işçilərin razılığı nəzərə alınmır. Əmək Məcəlləsinə əsasən isə bu əmək münasibəti aşağıdakı qaydada tənzimlənir:
1. Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18-n az olan işçilərin cəlb edilməsinə yol verilmir.
2. Əlilliyi olan işçilərin: gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə və tibbi orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
3. Hamilə, 14 yaşınadək uşağı, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər
4. Hamilə,14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş norması vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.top)


Geri qayıt