Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır
Əsas Səhifə > Güney Press > Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır

Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır


Bu gün, 16:54
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır
Azərbaycanda investisiyaların sığortalanmasına başlanılacaq.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, "Əmanətlərin sığortalanması haqqında" qanunvericiliyə dəyişiklik layihəsi investisiya şirkətlərinin ödəmə qabiliyyətinin itirilməsi zamanı da investorlara sığorta ödənişlərinin verilməsini nəzərdə tutacaq.
"Bu məsələ hazırda aidiyyəti orqanlarla müzakirə mərhələsindədir"- AMB-dən əlavə edilib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov "Sherg.az"a açıqlamasında bildirib ki, prinsipcə, investisiya sığortası, əmlak sığorta növlərindən biridir:

“Düşünmürəm ki, bu, investorların sayını artıracaq. Birincisi ona görə ki, Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır. Yəni Azərbaycanda sığorta bazarı kiçikdir və sığorta təşkilatlarının özlərinə etimad yoxdur. İnvestisiyaları cəlb etmək üçün qanunçuluq olmalıdır. Sahibkarı üç məsələ düşündürür. Mülkiyyət hüququnun müdafiəsi, bağlanılan müqavilələrin icrası və sağlam rəqabət. Bizdə isə bunlar yoxdur, hətta tam əksidir. Yəni mülkiyyət hüququ pozulur, istənilən binanı, əmlakı dövlət və şirkət gəlib qanunsuz yolla sizin əlinizdən ala bilər. Məhkəmələr də buna göz yumur, haqq qazandırır, vətəndaşların, hətta mənzilləri əlindən alınır. Qanunsuz, yəni mülkiyyət hüququ qorunmur. İkinci məsələ isə müqavilələrin icrasıdır. İstənilən investisiya qoyan şəxs, müqavilələr bağlayır. Həmişə də risk var ki, müqavilə üzrə sizin tərəfdaşınız sabah öz öhdəliyini yerinə yetirə bilmir. Normal qanunvericilik sistemi, hüquq sistemi iqtisadiyyatı olan ölkələrdə məhkəməyə verən zamanonu cərimələyirlər. Bizdə isə belə deyil. Üçüncü məsələ isə, sağlam rəqabətdir. Sağlam rəqabət mühiti də Azərbaycanda daha da pisləşir və inhisarlaşma gedir. İnvestor ilk növbədə bu məsələləri fikirləşir”.

Geri qayıt