Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Rusiyada “İntervision” keçiriləcək
Rusiyada “İntervision” keçiriləcəkDünən, 21:55 |
Fevralın 3-də Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə “İntervision” beynəlxalq musiqi müsabiqəsinin keçirilməsi haqqında fərman imzalayıb. Yeniavaz.com xəbər verir ki, fərmana əsasən, müsabiqə beynəlxalq mədəni-humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə keçiriləcək. “İntervision”un təşkilat komitəsinə baş nazirin müavini Dmitri Çernışenko, müşahidə şurasına isə Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko rəhbərlik edəcək. Qeyd edək ki, 2024-cü ilin sentyabrında Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy elan edib ki, müsabiqə 2025-ci ilin payızında keçirilə bilər. Şvıdkoyun sözlərinə görə, “İntervision”da təxminən 20 ölkə iştirak edəcək. 2024-cü ilin payızında Putin deyib ki, “Çinli dostlar” Rusiyanın “İntervision kimi yüksək səviyyəli festival yaratmaq” ideyasını dəstəkləyiblər. Xatırladaq ki, “İntervision” 1970-1980-ci illərdə sosialist bloku ölkələrində, ilk növbədə Polşada keçirilib. Geri qayıt |