Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Əsas Səhifə > Güney Press > ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib

ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib


Bu gün, 08:34
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib.

"Report" xəbər verir ki, o, 59 səs lehinə, 38 səs əleyhinə olmaqla növbəti müddətə energetika naziri vəzifəsini daşıyacaq.

ABŞ Energetika Nazirliyinin səlahiyyətlərinə milli nüvə hərbi kompleksi də daxildir.

Qeyd edək ki, 60 yaşlı Rayt hazırkı prezidenti Donald Tramp kimi ABŞ-də neft hasilatının artırılmasını dəstəkləyir və fosil yanacaqlardan istifadənin vacibliyinə inanır. Yaxın vaxtlara qədər Rayt Amerika neft şirkəti "Liberty Energy"nin rəhbəri olub. Hazırkı energetika naziri istixana qazı emissiyalarının planetdə temperaturu artırdığını və təbii fəlakətlərə səbəb olduğunu düşünmür.

Yanvarda namizədliyinin müzakirəsinə həsr olunmuş dinləmələrdə Rayt bildirib ki, ABŞ atom elektrik stansiyaları üçün yanacaq kimi Rusiyadan uran idxalından asılılığı təcili aradan qaldırmalıdır. O, ABŞ-da uran və plutonium istehsalını artıracağına söz verib.

Geri qayıt