Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Qızı vermədilər, oğurladılar
Qızı vermədilər, oğurladılarBu gün, 11:01 |
İmişlidə qadının oğurlanması ilə bağlı təfərrüatlar məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, oğlanın ailəsi əvvəllər qızın ailəsinə elçi gedib. Lakin qız evi evliliyə razı olmayıb. Bunu görən oğlan tərəf məcburi evliliyə qərar veriblər. Oğlan tərəfi qızı zorla qaçıraraq, məcburi evliliyə çalışıblar. Lakin onlar saxlanılaraq, istintaqa təhvil veriliblər. Hazırda adam oğurluğu maddəsilə araşdırma aparılır. *** 10:01 İmişlidə qadın oğurlanıb. "DİA-AZ" xəbər verir ki, rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb, əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar. Faktla əlaqədar İmişli rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Geri qayıt |