Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "İmam Əli Mərkəzi" casus yuvasıdır
"İmam Əli Mərkəzi" casus yuvasıdırBu gün, 11:06 |
Stokholm şəhərindəki "İmam Əli İslam Mərkəzi" İran kəşfiyyatının İsveç və xaricdə yaşayan iranlılara qarşı casusluq mərkəzi olub. Axar.az xəbər verir ki, bunu İsveçin sosial işlər naziri Yakob Forsmed özünün X hesabında yazıb. O, İrana bağlı mərkəzin İsveçin milli təhlükəsizliyinə ciddi təhdid olduğunu və bu səbəbdən də hökumətin bura bütün yardımları dayandırdığını bildirib: "Hökumət vəsaitləri təməl demokratik dəyərlərə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir", - nazir əlavə edib. Qeyd edək ki, bir müddət əvvəl İranın Stokholmdakı "İmam Əli İslam Mərkəzi"nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq. Geri qayıt |