Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Mövcud olmayan sensasiya
Mövcud olmayan sensasiyaBu gün, 13:58 |
Baxmaq və görmək iki fərqli məsələdir. Bir sıra KİV-lərin xarici nəşrlərə istinadən yaydığı xəbərləri təhlil edərək buna bir daha əmin oldum - yazdılar ki, “ABŞ bu həftə Ukraynaya əvvəllər İsraildə saxlanılan “Patriot” zenit-raket kompleksləri üçün 90-a yaxın raket göndərib”. Bu xəbərin orijinal mənbəyi öz mənbələrinə istinad edən “Axios”dur. Bildirilir ki, raketlər Polşaya çatdırılıb, oradan da Ukraynaya ötürülməsi nəzərdə tutulur. Və sonra əsas, ən yanlış ifadə gəlir: “Bu, 2022-ci ildə münaqişə başlayandan bəri İsraildən Kiyevə ən böyük silah tədarükü idi”. Portalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri özünün hava hücumundan müdafiə sistemlərinin inkişafı fonunda köhnəldiyini nəzərə alaraq, 2024-cü ilin aprelində “Patriot” sistemini sıradan çıxarıb. Ukrayna hakimiyyəti raketlərin modernləşdirilməsi və Kiyevə təhvil verilməsi üçün ABŞ-a qaytarılmasını təklif edib, lakin İsrail Rusiyanın mümkün reaksiyasından ehtiyat edərək, bu qərarı təxirə salıb. Bu mesajın məntiqindən nə çıxır? İsrail rəhbərliyinin xeyli fikirləşdikdən və şübhələndikdən sonra, son nəticədə Ukraynaya “Patriot” zenit-raket kompleksləri üçün 90-a yaxın raket göndərmək qərarına gəlməsi, əslində, belə deyil. İsrail öz silahlarını Ukraynaya ötürməyib. Ancaq İsrail ərazisində Amerika silahları və ABŞ sursatlarının Amerika anbarları var. 1990-cı illərin əvvəllərinə aid köhnə Amerika “Patriot” batareyaları İsraildə ordudan çıxarılıb. Amerikalılar İsrailin razılığını almadan anbarlarını və avadanlıqlarını sərəncama verə bilərlər. İsrailin Baş naziri Benyamin Netanyahu bacardığı qədər məsələni uzatdı. Nəticədə amerikalılar Amerika raketlərini (köhnələrini) əvvəlcə Almaniyaya, sonra Rzeşova apardılar. İsrail Amerika silahlarının hərəkətinə təsir göstərə bilməz. Amma İsrail öz silahlarını nə Ukraynaya, nə də Rusiyaya verir. Sonuncu cümlə kontekstin düzgün başa düşülməməsi səbəbindən yanlış nəticələr çıxarıldığı yöndəmsiz vəziyyətlərə düşməmək üçün, heç omasa, vurma cədvəlini öyrənməyin vacibliyi kimi bir şeydir. Təəssüf ki, belə hallar nadir deyil. Və bu yaxınlarda yerli media İsrailin hərbi əməliyyatlar zamanı “Hizbullah”dan ələ keçirdiyi Rusiya istehsalı silahları Ukraynaya təhvil verməyi təklif etdiyi barədə məlumatları yenidən dərc etdi. Doğrudan da, bunu İsrail xarici işlər nazirinin müavini Şaren Haskel Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk ilə görüşdə bildirib. “Kan 11” Ukrayna diplomatik missiyasının məlumatlarına istinad edərək, yazır ki, səfirin təklifə görə minnətdarlığını bildirib və hər iki ölkənin üzləşdiyi mövcud təhlükələrin qarşılıqlı tanınmasının vacibliyini vurğulayıb. Belə görünürdü ki, İsrailin sözügedən silahları Ukraynaya təhvil verməsi bitmiş sövdələşmədir. Ancaq yenə də hər şey tamamilə fərqli oldu. Fakt budur ki, Şaren Haskel Ukraynanın İsraildəki səfiri ilə görüşdə səsləndirdiyi təklifi həyata keçirmək üçün kifayət qədər səlahiyyətə malik deyil. Nəticədə, İsrail hökumətində heç kim Ş.Haskelin təklifinə münasibət bildirmədi. Bu da təəccüblü deyil. Axı İsrailin Baş nazir Benyamin Netanyahunun seçdiyi strateji kurs ondan ibarətdir ki, nə Ukrayna, nə də Rusiya üçün ciddi silah verilsin. Təl-Əviv bu münaqişədə bitərəf qalmağa üstünlük verir. Bunu İsrailin Ukraynadakı səfiri Mixael Brodski də təsdiqləyib. O bildirib ki, hazırda Livanda ələ keçirilən Rusiya silahlarının Ukraynaya təhvil verilməsi ehtimalından söhbət getmir. O, “Azadlıq” radiosuna müsahibəsində qeyd edib ki, İsrail Ukraynanı dəstəkləyir və Rusiyanın təcavüzünü pisləyir. Bununla belə, Ukraynaya hərbi dəstəkdən söhbət getmir. "Əsas nəzərə alınacaq məqam Rusiya ilə əlaqələrimizi pozmaq istəməməyimiz, təhlükəsizliyimizi riskə atmaq istəməməyimizdir, çünki biz başa düşürük ki, bu, İsrailin təhlükəsizliyi üçün çox ciddi nəticələrə gətirib çıxara bilər", - deyə səfir izah edib. Belə. Heç bir “sensasiya” yox idi, çünki bunun sadəcə olaraq heç bir əsası yox idi. Sadəcə, yerli mətbuatda, o cümlədən xarici nəşrlərə istinadla dərc olunan xəbərlərin mahiyyətini başa düşmək lazımdır. AYNA.az Geri qayıt |