Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİBu gün, 13:04 |
“İran Azərbaycana qarşı məkrli siyasətindən əl çəkməli və Azərbaycanın etdiyi kimi siyasi yaxınlaşmada addım atmalıdır”. Bu sözləri Yenicag.az saytına açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev bildirib. O, Prezidentin köməkçisi Hikmət Hacıyevin İran prezidenti Məsud Pezeşkian sonuncu ilə görüşünü şərh edərək İran-Azərbaycan münasibətlərində önəmli məsələlərə toxunub: “Düşünürəm ki, bir müddət əvvəl ilə hazırkı münasibət arasında çox ciddi fərq var. Müsbətə doğru addımlar atılmaqdadır. Həm, səfirliyimizin bərpası, həm səfirliyimizə hücum edən şəxsin layiqli cəzasını alması, həm iqtisadi cəhətdən yol infrastrukturunda bir sıra addımların atılması, həm körpülərin tikilməsi, həm də siyasi baxımdan müəyyən yaxınlaşmaları İranla Azərbaycan münasibətlərində müsbət addım kimi dəyərləndirmək olar. Cənab Prezidentin köməkçisinin məhz İran prezidenti ilə görüşməsi xüsusi qeyd edilməli məsələdir. Əsas məqam ondan ibarətdir ki, biz qonşuluq siyasəti həyata keçirəcək dövlətik. 100 kilometrlərlə sərhədimiz, eyni zamanda, İran ərazilərində yaşayan çoxsaylı həmvətənlərimiz var. Bütün bunlara baxanda, təbii ki, bizim yaxınlaşmağımız çox vacib məsələdir. Eyni zamanda, İran tərəfi başa düşməlidir ki, Azərbaycandan onların təhlükəsizliyinə hər hansı təhdid yoxdur, ola da bilməz” Millət vəkili hesab edir ki, bu yaxınlaşmaların fonunda İran tərəfi də Azərbaycana qarşı qarayaxmaları dayandırmalı və bizim atdığımız addımları təkrarlamalıdır: “Digər tərəfdən, İranın Azərbaycana qarşı məkrli siyasəti dayandırılmalıdır. Xüsusi xidmət orqanlarının apardığı əməliyyat nəticəsində də bir sıra vacib məqamlar aşkarlandı və düşünürəm ki, İran tərəfi də bunun nə qədər ciddi məsələ olduğunu bir daha dərk etdi. Təbii ki, bu proseslərdə İran-Rusiya və İran-Ermənistan münasibətlərini də nəzərə almaq lazımdır. İranla Ermənistan arasında olan münasibət dolayı şəkildə Azərbaycana təsir etməyə bilməz. Eyni zamanda, İran-Rusiya münasibətlərini xüsusi vurğulamaq lazımdır”. A. Nağıyevin fikrincə, Zəngəzur dəhlizinin açılması məsələsi də çox mühüm məsələdir: “Burada İran öz mövqeyini ortaya qoymalıdır. Bu tək Ermənistanın və havadarlarının istəyi ilə deyil, eləcə də birmənalı şəkildə beynəlxalq daşınmalarda çox mühüm rol oynayan məsələdir. Bundan başqa, İran və Ermənistanın münasibətlərində zərər çəkən digər dövlətlər olmamalıdır. İran başa düşməlidir ki, vizual kəşfiyyatçıların Azərbaycan-Ermənistan sərhədinə gətirilməsi NATO qoşunlarının İrana daha da yaxınlaşmasını gündəmə gətirir. Buna görə də bütün bu proseslər nəzərə alınmalıdır. Odur ki, İran Azərbaycanın vacib aktor və Cənubi Qafqazda mühüm dövlət olduğunu bir daha nəzərə almalıdır”. Geri qayıt |