Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI?
Əsas Səhifə > Güney Press > “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI?

“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI?


Bu gün, 16:00
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI?
“Ümumiyyətlə, bu cür təşkilatlar, əsasən, kəşfiyyat fəaliyyəti üçün yaradılır. Bunu USAID-in fəaliyyətində də görürük və eyni tendensiya bu gün “Rus Evi”nin fəaliyyəti ilə bağlı da müşahidə olunur. Bu qurumların əsas məqsədi kəşfiyyat işləri aparmaq və eyni zamanda, ölkənin milli maraqlarına qarşı fəaliyyət göstərməkdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili Bakıda fəaliyyət göstərən “Rus Evi” ilə bağlı səslənən kəşfiyyat iddialarına, habelə Qusarda keçirilən antiterror əməliyyatında saxlanılanların Rusiya tərəfindən maliyyələşdirilməsi haqqında səslənən fikirlərə münasibət bildirib.

C. Məmmədov əlavə edib ki, Qusarda həyata keçirilən antiterror əməliyyatı və terrorçuların həbsi məsələsinə gəldikdə isə məlumdur ki, bu ərazi Rusiya ilə sərhəddə yerləşir və zaman-zaman Rusiyanın bu kimi təxribatlar törətməyə çalışdığı müşahidə olunub:

“Bu baxımdan, belə ehtimallar gözlənilən idi və hadisə ciddi narahatlıq doğuran məqamlardan biridir. Buna görə də hər kəsin bu kimi məsələlərdə daha diqqətli olması vacibdir. Azərbaycan müstəqil siyasət yürüdür və bu cür fəaliyyətlərin qarşısının alınması istiqamətində ardıcıl addımlar atılır. Hesab edirəm ki, həm USAID-in, həm də “Rus Evi”nin fəaliyyəti nəzarətə götürülüb və gələcəkdə də bu kimi qurumların təsir imkanları məhdudlaşdırılacaq. Çünki onlar, əsasən, beyinləri manipulyasiya etməklə məşğuldur və milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”.

Geri qayıt