Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tiktokda “Bakcell”in adından dələduzluq edilir
Tiktokda “Bakcell”in adından dələduzluq edilirBu gün, 16:36 |
Tiktokda “Bakcell” mobil operatorunun adından dələduzluq həyata keçirilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. "Qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50 GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatı yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edirik", - deyə Xidmət bəyan edib. Geri qayıt |