Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir?
Əsas Səhifə > Güney Press > İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir?

İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir?


Bu gün, 16:39
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir?
Azərbaycan İlahiyyat İnstitututunun ötən ilki məzunlarının bir hissəsinə diplomlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilirdi ki, bu təhsil ocağındakı kadr çatışmazlığı ilə bağlıdır.

Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun 2023/2024-cü tədris ili məzunlarına diplomların təhvil verilməsi ilə bağlı 2024-cü ilin noyabr ayında elan verilib.

“Ötən müddət ərzində müraciət edən məzunlara diplomlar təqdim olunub. Bir neçə nəfər müəyyən səbəblərdən diplomunu təhvil almaq üçün müraciət etməyib. Diplomların verilməsində ləngimələrin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Məsələ İnstitut rəhbərliyinin diqqət mərkəzindədir”, - deyə Dövlət Komitəsindən bildirilib.

Komitədən əlavə məlumat üçün bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları sırasında Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakının bir sıra məscidlərində din xadimi, imam müavini və qadın dini ayinlərinin icraçısı kimi fəaliyyət göstərən məzunlar var.

Geri qayıt