Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Mesaj verildi:
Əsas Səhifə > Güney Press > Mesaj verildi:

Mesaj verildi:


Bu gün, 17:22
Mesaj verildi:
ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə silahını inkişaf etdirmə fəaliyyətlərinə qarşı təzyiqin artırılması lazım olduğunu bildirib.

Onun sözlərinə görə, İranın mövcud hərəkətləri sonunda nüvə silahının yaradılmasına yönəlib. Bu bəyanat ABŞ-nin və beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı ciddi narahatlıqlarını əks etdirir. İran Prezidenti Masud Pezeşkian isə yanvar ayında “NBC News”-a verdiyi müsahibədə İranın nüvə silahı yaratmaq məqsədi daşımadığını bildirib.

Bu açıqlama İranın öz mülki nüvə proqramını əsaslandırmaq üçün verdiyi bəyanatlarla uyğun gəlir. Lakin ABŞ və digər Qərb ölkələri İranın atom enerjisi inkişaf etdirmə sahəsindəki gizli məqsədləri barədə şübhə edir. Bu, Tehranın nüvə silahı istehsal etmə potensialına dair narahatlıqları artırır.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında türkiyəli ekspert, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı nümayəndəsi Engin Özer bildirib ki, İranın nüvə silahını inkişaf etdirib-etdirməməsi diqqətlə öyrənilməlidir:

"Lakin İranın sivil nüvə proqramı var və bunu inkişaf etdirməyə çalışır.

Əlbəttə, belə bir fürsət yaranarsa, nüvə silahına da keçə bilərlər. Lakin bu prosesin nə qədər vaxt və dəstək alacağı barədə dəqiq söz demək çətindir.

Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin açıqlamasına gəlincə, Çin Xalq Respublikasının bölgədəki ən yaxın müttəfiqi olduğu, İranla neft və təbii qaz anlaşmaları üzərində işlədiyi məlumdur.

Çin hökumətinin Əfqanıstan üzərindən neft və təbii qaz boru xətləri çəkmək haqqında planları olduğu düşünülür. Bu məsələ ilk dəfə “Taliban” dövründə, 2001-ci ildə gündəmə gəlmişdi. Bu layihə Çinin enerji sahəsində xarici asılılığını əhəmiyyətli dərəcədə azaldacaq. Buna görə də ABŞ üçün böyük bir təhlükə kimi qiymətləndirilir. Bu baxımdan, İran üzərindəki təzyiqlərin yaxın gələcəkdə artacağını gözləmək olar. Bu da Çin və İran arasındakı strateji müttəfiqliyin səbəbidir”.

Ekspert deyib ki, İranın Rusiya ilə müttəfiq olması isə birbaşa ABŞ üçün təhlükə yaratmır:

“Çünki Rusiya və ABŞ bir-birinə ciddi təhdid yaratmır. Lakin enerji məsələsi ilə bağlı Çin-lə aparılacaq anlaşmalar ABŞ üçün ciddi təhdid təşkil edir. Buna görə də, İranın daxilində rejim dəyişikliyi cəhdləri mümkündür. Bu cəhdin 2025-ci ildə baş verməsi ehtimalı var və hətta bu, “isti” münaqişəyə çevrilə bilər.

Xarici müdaxilə olma ehtimalı da mövcuddur. Bütün bu açıqlamalar buna işarə edə bilər".

Geri qayıt