Əsas Səhifə > Güney Press > Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldıBu gün, 09:23 |
![]() Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Məhkumun Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Nicat Baxşəliyevin 2021-ci ilin oktyabr ayında zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar Şəki Apellyasiya Məhkəməsinin qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən xaric olunub və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədə-qorxu ilə tələb etmə cinayət əməli Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilib. Ona bu maddə əsasında, 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi. İttihama görə, Nicat Baxşəliyev rəhbəri olduğu "amia.az" saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb. Geri qayıt |