Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldıBu gün, 17:01 |
![]() Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva həbsdən buraxılıb. “Qafqazinfo”nun məlumatına görə, eks-hakim barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır. Geri qayıt |