Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblarBu gün, 15:42 |
![]() Ötən il ruslar rekord məbləğdə qızıl alıblar - 75,6 ton külçə, sikkə və zinət əşyaları. Yeniavaz.com xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının məlumatında deyilir. Bildirilir ki, 2021-ci ildə - Ukrayna ilə müharibə başlamazdan əvvəl Rusiyada istehlakçılar cəmi 46,8 ton qızıl alıblar. “Bloomberg” bunu rusların əmanətləri qorumaq istəyi ilə əlaqələndirib və qeyd edib ki, bu, dünyada beşinci ən yüksək göstəricidir. 2024-cü ildə ruslar əvvəlki illə müqayisədə (71,2 ton) 6% daha çox qızıl alıblar. Qeyd olunur ki, Rusiya dünyada ikinci ən böyük qızıl istehsalçısıdır. Ölkədə il əzində 300 tondan çox qiymətli metal istehsal edilir. Beləliklə, 2024-cü ildə ruslar ölkədə hasil edilən qızılın dörddə birini satın alıblar. Dünya Qızıl Şurasının hesabatında isə deyilir ki, 2024-cü ildə qlobal qızıl tələbi Mərkəzi Bankların alışları və artan investor tələbləri ilə rekord həddə - 4 974 tona yüksəlib. Yüksək qızıl qiymətləri və alış həcmləri fonunda ümumi tələb dəyəri 382 milyard dollara çatıb. Qızıla qlobal investisiya tələbi 2024-cü ilin ikinci yarısında qiymətli metala sərmayə qoyan birja fondlarına tələbin artması ilə əlaqədar olaraq illik müqayisədə 25% artaraq, 1 180 tona çatıb. Onu da bildirək ki, fevralın 5-də qızılın qiyməti beynəlxalq bazarlarda bir unsiya (31 qram) üçün 2 869,68 dollar olmaqla yeni rekorda çatıb. Geri qayıt |