Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edibBu gün, 16:04 |
![]() Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Sarov kəndində Vətən müharibəsinin üçüncü dərəcəli əlili Muradov Təhmuraz Gündüz oğlunu ziyarət edib, onun və ailəsinin qayğıları ilə maraqlanıb. Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib. Qeyd edək ki, Muradov Təhmuraz Gündüz oğlu 1988-ci il yanvarın 24-də Tərtər rayonunda anadan olub. 2006-2007-ci illərdə müddətli hərbi xidmət keçib. 2014-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində kurs keçir, gizir kimi ordu sıralarına daxil olur. Bir müddət snayperçi kimi xidmət etdikdən sonra döyüş maşınının komandiri, heyət rəisi vəzifəsinə keçir. Təhmuraz İkinci Qarabağ Savaşının ilk günündən cəbhədə olur, döyüşlərdə iştirak edir. Sentyabrın 29-u yaralanır və döyüşü dayandırmalı olur. Döyüşlər zamanı aldığı xəsarətlərə görə Təhmuraz Muradova üçüncü dərəcəli əlillik təyin edilib. Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”, “ İgidliyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. "DİA-AZ" ![]() ![]() ![]() Geri qayıt |