Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdırBu gün, 10:54 |
![]() İran Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bir daha təsdiqləyir. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani mətbuata açıqlamasında bildirib. Ümumiyyətlə, səfirin mətbuata açıqlamasında bir neçə detal diqqəti çəkir. Sobhani deyir ki, Azərbaycan və Rusiya dairələri israrla vəziyyəti gərginləşdirməyə çalışaraq, guya İranın Ermənistanla ABŞ arasında strateji razılaşmadan narazı olduğunu bildiriblər. Lakin səfir vurğulayıb ki, İran sənəddə problem görmür: “Ermənistan hakimiyyəti bizə açıq şəkildə bildirdi ki, ABŞ və Ermənistan arasında bu yaxınlarda imzalanmış sənəd İran-Ermənistan münasibətlərinə qarşı yönəlməyib və İran-Ermənistan münasibətlərinə və İranın maraqlarına xələl gətirəcək heç bir addım atmayacaqlarını vurğulayıblar”. Digər mühüm məsələ EUMA missiyasının uzadılması ilə bağlı idi. Bununla bağlı Sobhani vurğulayıb ki, bu, hərbi missiya deyil və Ermənistan bunu sabitliyin qorunması mexanizmi kimi təqdim edib: “Biz Ermənistanın xarici siyasətinin şaxələndirilməsi məsələsinə hörmətlə yanaşırıq". Azərbaycan hərbi yola əl atsa, İranın hərəkətləri ilə bağlı suala cavab olaraq səfir belə bir addımın heç bir izahı ola bilməyəcəyini vurğulayıb və əlavə edib: "Ermənistanın müdafiə gücü və özünü müdafiə etmək imkanı var”. Rusiya ilə İran arasında mümkün fikir ayrılıqlarından danışan səfir vurğulayıb: "Biz ölkəmizin təhlükəsizliyi məsələsində qətiyyətliyik, zarafat etmirik, “Zəngəzur dəhlizi” deyilən məsələni heç kimlə, heç bir ölkə ilə müzakirə etməyəcəyik". Burada bəzi məsələləri Sobhaninin nəzərinə çatdırmaq yerinə düşər: 1. “Zəngəzur dəhlizi” deyilən məsələni heç kimlə, heç bir ölkə ilə müzakirə etməyəcəyik". Bu məsələni Azərbaycan ancaq Ermənistan ilə müzakirə edir və nəqliyyat xəttinin gələcəyi Bakı və İrəvan arasındakı dialoqdan asılıdır. Zəngəzur xətti İran ərazisindən keçmədiyindən İranla müzakirənin heç bir hüquqi əsası yoxdur. 2. Səfir deyir ki, "ABŞ və Aİ ilə Ermənistan arasında münasibətlərlə bağlı İranda narahatlıq yoxdur". Lap yaxşı. Amma Azərbaycanda var. Belə olan təqdirdə bu məsələdə Ermənistanın yanında yer almaq Azərbaycanın qarşısında olmaq deyilmi? İran və ABŞ, İran və Fransa Ermənistanla bağlı eyni mövqeyi bölüşdüklərinə görə özünü İslam respublikası adlandıran siyasi elita Zəngəzura müsəlman azərbaycanlıların dinc yolla qayıdışına qarşı çıxır. Lakin Azərbaycan Respublikasının öz milli maraqları var və heç kim Bakı ilə İrəvan arasında dialoqa müdaxilə etməməlidir. Mövzusunun davamı olaraq. Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında mümkün yaxınlaşma bəzilərini narahat edir. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın da imzası olan Üçtərəfli Bəyanatın müvafiq bəndində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb. Mövzu ilə bağlı Rusiya-ABŞ, İran-Azərbaycan mövqelərində uzlaşmanın olmaması fonunda Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam etməkdədir. Ötən həftə N. Paşinyanın yol ilə bağlı mövqeyini bu dəfə bir qədər fərqli şəkildə ifadə etməsi və Azərbaycan tərəfinin bu kommunikasiya xəttinin açılacağına dair əmin mövqeyi Tehranı yenidən hərəkətə keçirdi. Bu dəfə də aydın olan məqam odur ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane olan və narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İranda müxtəlif bəyanatlarda və tez-tez verilən açıqlamalarda özünü büruzə verir. Ötən həftə Azərbaycan və İran nümayəndələri arasında baş tutan görüşdən sonra Bakı və Tehran arasında ziddiyyətlərin yumşalacağına ümidlərin edildiyi bir vaxtda, rəsmi Tehranın İrəvandakı səfiri dünən növbəti dəfə Zəngəzur haqda danışıb. O deyib: “İran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə, geosiyasi dəyişikliklərə və regional problemlərin həlli üçün güc tətbiqinə qəti şəkildə qarşıdır. İran Ermənistanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Yalan xəbərlər, təhdidlər və şübhəli videolar yaymaq (İranda yaşayan azərbaycanlıların İrəvanın mərkəzində “Qarabağ” mahnısını oxumaları nəzərdə tutulur - Z.M) iki ölkə arasında möhkəm münasibətləri poza və ya aramızda fikir ayrılıqlarına və şübhələrə səbəb ola bilməz”. İran tərəfi açıqlamaları ilə, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünə işarə edir, Ermənistanla sərhədinin bağlana biləcəyini bildirir və bu baxımdan Zəngəzur dəhlizini təhlükə hesab edir. Halbuki Üçtərəfli Bəyanatda sərhədlərin dəyişdirilməsi və ya Ermənistan ərazisinə hər hansı iddia nəzərdə tutulmur. Qərbi Zəngəzur rayonu tarixən Azərbaycan ərazisi olsa da, Bakı bu əraziyə Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirəcək, insanların və yüklərin daşınmasını asanlaşdıracaq tranzit zona kimi baxır. Burada söhbət yalnız nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim İranın ərazisini məhdudlaşdırmır, İrana heç bir məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyü və təhlükəsizliyinə heç bir təhlükə yoxdur. O ki qaldı İran-Ermənistan sərhədinə, yuxarıda deyildiyi kimi, bu sərhədin dəyişdirilməsindən söhbət getmir. Əslində isə, Tehranın narahatlığının səbəbi bölgənin tarixi ilə bağlıdır. İranda yaxşı bilirlər ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan arasında heç vaxt üçüncü dövlət olmayıb və ermənilərin Ararat Respublikası dövründə belə Arazın şimalındakı bütün sərhədboyu ərazilərdə Azərbaycan Respublikası mövcud idi. Görünür, Tehranda tarixin əsl ədalət səhifəsinə qayıdacağından narahatdırlar. Əgər məsələ bundadırsa, o zaman tələsməyə ehtiyac var. Ermənistanla ABŞ arasında “Strateji Tərəfdaşlıq haqqında sənəddə” və “Ermənistanla Aİ arasında Zəngəzurla bağlı dialoqa” əsasən bölgə faktiki olaraq Qərbin öhdəliyinə və kurasiyasına verilib. Əgər İranın Ermənistandakı səfirinin bəyanatlarına baxsaq, “onun regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə qarşıyıq” bəyanatı hansı məntiqi güdür? Məgər, regiona Qərbi gətirən Ermənistan deyilmi? Əgər bu fonda, İran Azərbaycanın narahatlığına qulaqardına vuraraq, nə qədər paradoksal səslənsə də, Parisin, Makronların yanında yer alacaqsa, deməli, gələcəkdə rəsmi Bakının regionla bağlı görəcəyi “tədbirlər” fonunda açıqlama belə verməyə haqqı olmayan dövlətlər siyahısına aid ediləcək. Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir. Bu yolun açılmaması fonunda Azərbaycan Ermənistanın hücum xarakterli silahları və müəyyən ölkələrin hərbçilərini şərti sərhədlərimizə doldurmasına imkan verməyəcək. Əgər Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlasın. Əgər etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq. Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də, çoxu Azərbaycana “status - kvo hələ uzun müddət qalmalıdır” kimi çağırışlar edirdi. Azərbaycan isə öz bildiyini etdi və nəticə göz qabağındadır. Azərbaycan Zəngəzur xəttinin də açılacağına əmindir. Ya reallığı qəbul etməli, ya da seyrçi olmalıdırlar. Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov APA Geri qayıt |