Əsas Səhifə > Güney Press > İran daha böyük təhülkə ilə üzləşir
İran daha böyük təhülkə ilə üzləşirBu gün, 11:13 |
![]() İsrail 2000-ci illərin əvvəlindən ABŞ-dan istədiyi və “Bombalar anası” kimi tanınan ən güclü qeyri-nüvə bombası MOAB-ı ala bilər. Reyting.az xatırladır ki, prezident Donald Tramp çərşənbə axşamı Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib. O, Qəzza zolağından didərgin düşmüş fələstinlilərin istifadə etdiyi torpaqlarda dəbdəbəli kurortlar tikmək planını təqdim edib. Qalmaqallı plan dünyada əks-reaksiya doğurub. Trampın ikinci prezidentlik müddəti çox iddialı şəkildə başlayandan dərhal sonra respublikaçı lider İranı yenidən hədəf siyahısına salıb. Trampın Yaxın Şərqdəki “böhran meneceri” Stiv Vitkoff isə ən güclü qeyri-nüvə silah sistemlərindən birini İsrailə təhvil verəcəklərini açıqlayıb. Vitkoffun sözlərinə görə, Pentaqon dərin yeraltı bunkerləri məhv edə bilən 11 tonluq nəhəng bombaları İsrailə göndərəcək. “Mesaj aydındır: İsrail ordusu bu bombalarla İranın nüvə silahı üçün xammal istehsal etdiyi uranın zənginləşdirildiyi yeraltı obyektləri hədəfə ala bilər", - “Bild” qəzetinin şərhində deyilir. ![]() Məlumata görə, bu bombaların çatdırılma planları İsrailin Tehranla gələcək münaqişələr üçün strateji istiqamətinin siqnalı hesab olunur. Xatırladaq ki, israillilər bu meqabombaları 2000-ci illərin əvvəllərindən tələb etsələr də, Corc Buşdan Co Baydenə qədər bütün prezidentlər bu ixracı rədd edib. Hətta Tramp ilk prezidentlik dövründə bu tələbi qəbul etməyib. Buna görə də hərbi analitiklər İsrail ordusunun İranın nüvə proqramını məhv etmək gücünə malik olmadığını bildiriblər. Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, İran bu il ən pis ssenaridə dünyanın onuncu nüvə dövləti ola bilər. Onu da diqqətə çatdırırıq ki, “Bombalar anası” kimi tanınan MOAB ABŞ ordusu üçün hazırlanmış idarə olunan bombadır. O, Amerika hərbi arsenalında ən güclü nüvə olmayan silah kimi təqdim edilir. MOAB-dan ilk dəfə 2017-ci il aprelin 13-də Əfqanıstanda İŞİD-in sığınacaqlarına hava hücumlarında istifadə edilib. Geri qayıt |